MBH - Müsəlman Birliyi Hərəkatı

MBH - Müsəlman Birliyi Hərəkatı Müsəlman Birliyi Hərəkatının rəsmi facebook səhifəsi

28/10/2025
Bu hadisə Azərbaycan tarixinə utanc gətirəcək bir olay kimi həkk olunacaq - BƏYANATAzərbaycanda keçiriləcəyi elan olunan...
27/10/2025

Bu hadisə Azərbaycan tarixinə utanc gətirəcək bir olay kimi həkk olunacaq - BƏYANAT

Azərbaycanda keçiriləcəyi elan olunan Avropa Ravvinlərinin Konfransı, onilliklərdir uşaq qatilliyi və insanlıq əleyhinə cinayətlər törədən bir sistemə – sionist rejimə – dəstək xarakteri daşıyır və Azərbaycan xalqı üçün yalnız üzqarası anlamına gəlir. Bu addım, mövcud rejimin apardığı siyasətin növbəti acı nəticəsi kimi xalqımızın tarixinə daha bir utanc səhifəsi yazmaqdadır.

“İbrahim Sazişi” adı altında gizlədilməyə çalışılan İsrail cinayətlərinə və ABŞ-ın müsəlman dövlətlərini İsraillə yaxınlaşdırmaq məqsədi daşıyan siyasətinə Azərbaycanın ev sahibliyi etməsi, müsəlman kimliyinə və dəyərlərinə zidd, dərin təəssüf doğuran bir haldır.

Müsəlman Birliyi Hərəkatı olaraq, 3–6 noyabr tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılan Avropa Ravvinlərinin Konfransına kəskin etirazımızı bildiririk və hakimiyyətdən bu təxribat xarakterli addımın dərhal qarşısının alınmasını tələb edirik.

Müsəlman Birliyi Hərəkatı
Bakı, 27/10/2025

Dünya sionizmə etiraz etdiyi bir vaxtda Azərbaycanda ravvinlərin böyük toplantısı keçiriləcəkDünya İsrailin və sionizmin...
21/10/2025

Dünya sionizmə etiraz etdiyi bir vaxtda Azərbaycanda ravvinlərin böyük toplantısı keçiriləcək

Dünya İsrailin və sionizmin irticaçı mahiyyətinə qarşı etirazlarla çalxalanarkən, Azərbaycanın bu qüvvələrə yenidən qucaq açması haqlı suallar doğurur. 3–6 noyabr tarixlərində ravvinlərin (sionist din xadimlərinin) Azərbaycanda toplantı keçirməsi planlaşdırılır. Bu tədbirin reallaşması, şübhəsiz ki, hakimiyyətin birbaşa dəstəyi sayəsində mümkündür. Sayı 500-dən artıq olan din xadimlərinin belə bir görüşünün regional gərginlik fonunda, hətta ölkə qanunlarının tələbləri nəzərə alınmadan keçirilməsi ciddi narahatlıq doğurur.

İsrail son iki ildə Qəzzada törətdiyi soyqırımla bir daha öz mahiyyətini nümayiş etdirdi. Bu vəhşiliyin ən bariz xüsusiyyəti körpələr və qadınlar da daxil olmaqla dinc əhalinin amansızcasına qətlə yetirilməsidir. Bu, heç bir qanunla, heç bir dini dəyərlə uzlaşmayan insanlıq əleyhinə bir cinayətdir.

İsrailin qonşuluq siyasəti və regional münasibətləri gərginləşdirən addımları göstərir ki, bu rejim beynəlxalq qaydalardan deyil, yalnız öz maraqlarından çıxış edir. Yaxın Şərqi qan çanağına çevirən bu siyasət bir daha sübut edir ki, gücə əsaslanan sistem heç bir dövlət üçün etibarlı müttəfiq ola bilməz.

İsrailin beynəlxalq hüququ dəfələrlə pozması, özü imzaladığı müqavilələri ayaqlaması, dağıdıcılıq və qətliam siyasəti aparması onu hər hansı xüsusi münasibət üçün etibarsız tərəfdaşa çevirir. Bu da sionizmin zərərli və dağıdıcı bir ideologiya olduğunu bir daha təsdiqləyir.

Belə bir şəraitdə milyonlarla insanın qınadığı, bir çox ölkələrin əlaqələrini məhdudlaşdırdığı, beynəlxalq layihələrdən kənarda saxladığı İsrail üçün Azərbaycan hakimiyyətinin qapıları taybatay açması, təəssüf və təəccüb doğurur. Dost, qardaş və müttəfiq dövlətlərimizin istisnasız şəkildə etiraz etdiyi bir tədbirin məhz Azərbaycanda keçirilməsi xalq olaraq bizə hörmətsizlik və alçaldıcılıq gətirir.

Bundan əlavə, ölkə qanunları dini tədbirlərin keçirilməsinə ciddi məhdudiyyətlər qoyduğu halda, 500 sionist din xadiminin Azərbaycanda toplanmasına icazə verilməsi hüquq sistemimizin selektiv şəkildə tətbiq olunduğunu göstərir. Hətta bəzən küçədə ehsan paylayan vətəndaşların belə cəzalandırıldığı bir ölkədə bu tədbirin keçirilməsi ikiüzlü yanaşmanın bariz nümunəsidir.

Hakimiyyətin belə bir toplantının keçirilməsinə razılıq verməsi onun müəyyən öhdəlik və məcburiyyətlər altında olduğunu göstərir. Əks halda, həm daxildə, həm də xaricdə yaranacaq reaksiyaları nəzərə almadan bu tədbirin məhz Azərbaycanda – ilk müsəlman ölkəsində – keçirilməsinə razılıq vermək ağlabatan olmazdı.

Təəssüf və təəccüblə qeyd etmək lazımdır ki, rejim artıq bu tədbirə hazırlıqlara başlayıb və bununla əlaqədar ölkədə gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüləcəyi bildirilir.

Bu gün siyasi məhbus İsfəndiyar Məmmədovun doğum günüdür.Artıq ikinci ildir ki, İsfəndiyar Məmmədov günahsız olaraq, yal...
20/10/2025

Bu gün siyasi məhbus İsfəndiyar Məmmədovun doğum günüdür.

Artıq ikinci ildir ki, İsfəndiyar Məmmədov günahsız olaraq, yalnız dini əqidəsinə və inancına görə ad gününü həbsxana divarları arasında qarşılayır.

MBH ailəsi Məmmədov İsfəndiyar Arzu oğlunun 32-ci doğum gününü təbrik edir, ona möhkəm can sağlığı və haqqı olan azadlığa qovuşmağı arzulayır.

Ad günün mübarək, İsfəndiyar!

Tərlan Səyadov karserə salınıbSaxlanıldığı Umbakı təcridxanasında siyasi məhbus Tərlan Səyadov karserə salınıb. Bu barəd...
17/10/2025

Tərlan Səyadov karserə salınıb

Saxlanıldığı Umbakı təcridxanasında siyasi məhbus Tərlan Səyadov karserə salınıb. Bu barədə məlumatı Tərlanın həyat yoldaşı bildirib.

Saxta narkotik ittihamı ilə saxlanılan Tərlan Səyadov iyunun 23-də 3 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 26-da isə o, 1 saylı İstintaq təcridxanasından Umbakı müəssisəsinə köçürülüb. Oktyabrın 10-da ailəsi ilə son telefon əlaqəsi quran Tərlan bildirib ki, bu günlərdə onu bölgüyə salıb çəzaçəkmə müəssisələrindən birinə köçürəcəklər.

Oktyabrın 14-də növbəti zəng günündə Tərlanın ailəsi ilə əlaqə saxlamaması, onlarda Tərlanın köçürülməsi ilə bağlı ehtimal yaradıb. Xanım Umbakı ilə əlaqə yaradaraq Tərlan haqqında sorğusunda ona bildirirlər ki, Tərlan artıq burada deyil, o həbsxanaya köçürülüb.
Xanım sonrakı günlərdə yoldaşından xəbər gözləsə də, Tərlan zəng vurmayıb. Umbakı ilə dəfələrlə əlaqə saxlayan xanıma bildirilir ki, bizim nömrələri məşğul etməyin. Tərlan burada deyil.
Oktyabrın 17-də xanım Penitensiar Xidmətə şikayət ünvanlayaraq T. Səyadovdan heç bir məlumat ala bilmədiyini söyləyir. Cavabında ona bildirilir ki, həyat yoldaşı hələ də Umbakıdadır və ona Tərlan karserə salınma səbəbindən ailəsi ilə telefon əlaqəsi qura bilmir. Xanım karserin səbəbini soruşsa da, ona bu barədə heç bir məlumat verilmir.

T. Səyadovun Umbakıda olduğu halda idarənin bu məlumatı gizlətməsi heç bir hüquq müstəvisinə sığmır. Günlərdir ailənin narahat axtarışları idarənin vəzifəsi olan məlumatın verilməsi ilə həllini tapacağı halda Penitensiar xidmətin insanlara laqeyid münasibəti yalnız əsəb sarsıntısı yaradır. Hələ buna günahsız şəxsin karserə salınması kimi zorakılıqlar da daxildir.
Səyadov Tərlan Ağacan oğlu 2024-cü ilin 15 martında saxlanılıb. Barəsində saxta narkotik ittihamı irəli sürülən inanclı 2025-ci ilin 23 iyununda 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Cahad Babakişizadə ilə bağlı problem həllini tapıbCahad Babakişizadə aclıq aksiyasını dayandırıb. Onun etiraza səbəb old...
16/10/2025

Cahad Babakişizadə ilə bağlı problem həllini tapıb

Cahad Babakişizadə aclıq aksiyasını dayandırıb. Onun etiraza səbəb olduğu məsələlər bu gün (oktyabrın 16-da) Penitensiar xidmət rəsmilərinin işə qarşması ilə öz həllini tapıb. Bu barədə C. Babakişizadə özü telefon zəngində məlumat verib.

Siyasi məhbus onun narahatlığına səbəb olan problemlərin həll olunduğunu və bu səbəbdən aclıq aksiyasını dayandırdığını bildirib.
Cahadın vəziyyəti ilə bağlı atası Balahüseyn Babakişizadə Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olub. Seyidov atanı narahat edən məsələləri dinləyib və elə yerindəcə həlli üçün göstəriş verib.

Xatırladaq ki, Cahad Babakişizadə təzyiq səbəbindən sentyabrın 29-da özünə xəsarət yetirərək bədənini kəsmiş və oktyabrın 7-dən isə aclıq aksiyasına başlamışdı.

Tale Bağırzadə: “Cahad Babakişizadəyə qarşı son addımlar təxribatdır və qarşısı alınmasa biz də etiraza qoşulacağıq”Müsə...
15/10/2025

Tale Bağırzadə: “Cahad Babakişizadəyə qarşı son addımlar təxribatdır və qarşısı alınmasa biz də etiraza qoşulacağıq”

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Umbakıda aclıq aksiyası keçirən Cahad Babakişizadə ilə bağlı narahatlığını ifadə edib. O, Cahada qarşı planlı təxribatın və ciddi təzyiqin baş verdiyini bildirərək bu addımları kəskin pisləyib. Məsələnin Penitensiar Xidmətin həllinə ciddi yanaşmalarını tələb edən ilahiyyatçı əks halda özünün də etiraz olaraq aclıq aksiyasına qoşulacağını söyləyib.

“Bütün yaşananlar ciddi təxribat faktlarını ortaya qoyur. İyrəc oyun Cahad Umbakıya gələn andan ona qarşı icra edilir. Biz bunu qəbuledilməz özbaşınalıq adlandırır və tez bir zamanda həllini tələb edirik. Əks halda biz də baş verən zorakılığa etiraz olaraq aclıq aksiyasına qoşulacağıq.”

Xatırladaq ki, avqustun 30-da Cahad Babakişizadə Umbakıya köçürülüb və karantinə alınıb. Sentyabrın 14-də isə karantin müddətini bitirərək o, üç nəfərlik kameraya yerləşdirilib.

Sentyabrın 18-də son telefon əlaqəsi yaradan Cahad bildirib ki, ona burada iki aylıq rejim tətbiq edilib və bu səbəbdən o nə görüşə çıxa, nə azuqə ala, nə də zəng edə bilməyəcək.

Son məlumatlara görə isə Cahad Babakişizadə təzyiq səbəbindən sentyabrın 29-da özünə xəsarət yetirərək bədənini kəsib, oktyabrın 7-dən isə aclıq aksiyasına başlayıb. Vəziyyətinin hər ötən gün ağırlaşdığı bildirilən Babakişizadə kamera şəraitində saxlanılır.

Aclıq aksiyası keçirən Cahad Babakişizadənin vəziyyəti ağırlaşıbCiddi rejimli – Umbakı həbsxanasına (kritaya) köçürülərə...
14/10/2025

Aclıq aksiyası keçirən Cahad Babakişizadənin vəziyyəti ağırlaşıb

Ciddi rejimli – Umbakı həbsxanasına (kritaya) köçürülərək tam məhdudiyyətə məruz qalan Cahad Babakişizadə aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı müəssisədəki digər məhbuslar veriblər.

“Müəyyən müddətdir ki, Cahad aclıq edir. Son üç gündə vəziyyəti daha da pisləşib. Artıq su da içə bilmir, içdiyi suyu qaytarır. O, kamera şəraitində baxımsız vəziyyətdədir və hər an ölümlə üzləşə bilər. Onunla bağlı hansısa addım atılmasa, bu, həyatına son qoya bilər,” – deyə adının açıqlanmasını istəməyən məhbus yoldaşı bildirib.

Zəng edən şəxs Cahadın aclıq səbəbi barədə ətraflı məlumat verməsə də (çox ehtiyatla və qısa danışaraq telefon əlaqəsini kəsib), onun vəkil tələbini dilə gətirib.

Xatırladaq ki, avqustun 30-da Cahad Babakişizadə Umbakıya köçürülərək karantinə alınıb. Sentyabrın 14-də karantin müddəti bitdikdən sonra o, üç nəfərlik kameraya yerləşdirilib. Sentyabrın 18-də sonuncu telefon əlaqəsi zamanı Cahad bildirib ki, ona burada iki aylıq rejim tətbiq edilib və bu səbəbdən nə görüşə çıxa, nə azuqə ala, nə də zəng edə biləcək.

Beləliklə, C. Babakişizadənin ailəsi ilə bütün əlaqələri tamamilə kəsilib.

C. Babakişizadə iyulun 2-də “daxili qaydaları tez-tez pozma” bəhanəsi ilə məhkəmə qarşısına çıxarılıb və 3 il müddətinə ciddi rejimli müəssisəyə köçürülməsi barədə qərar qəbul edilib.

2015-ci il noyabrın 26-da saxlanılan, o zaman 18 yaşını yenicə tamamlamış Cahad Babakişizadə Nardaran hadisələri zamanı güllə yarası almış 10 nəfərdən biridir. O, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasının ilk 3 ilini ciddi rejimli müəssisədə keçirib. Məhz həmin dövrdə də dəhşətli işgəncələrə məruz qalıb.

Sonrakı illərdə Cahad müxtəlif müəssisələrə köçürülsə də, vəziyyət dəyişməyib. Bəzən “dini təbliğat” adı altında karserə salınıb, bəzən isə müxtəlif etiraz aksiyalarına görə fiziki işgəncələrin ən ağır formalarına məruz qalıb. Onun bu barədə səsli etirafları da bir müddət öncə sosial mediada geniş yayılıb.

Daha bir inanclı ciddi rejimli həbsxanaya köçürüləcəkHəbsxanalarda inanclı məhbuslara qarşı süni maneələrin yaradılması ...
11/10/2025

Daha bir inanclı ciddi rejimli həbsxanaya köçürüləcək

Həbsxanalarda inanclı məhbuslara qarşı süni maneələrin yaradılması və onların köçürüldükləri müəssisələrə buraxılmadan, birbaşa karantin otaqlarından ciddi rejimli müəssisələrə (“krıtı”ya) göndərilməsi artıq adi hal alıb. Onsuz da şərlənərək həbs edilən inanclıların, iş aldıqdan sonra yerləşdirildikləri cəzaçəkmə müəssisələrində rəhbərliyin onlara qarşı münasibəti çox vaxt onların gələcək taleyini müəyyənləşdirir.

Bəzi müəssisələrə yeni köçürülən məhbuslara karantin otağına daxil olduqları andan açıq şəkildə bildirilir ki, “səni müəssisəyə buraxmayacağıq”. Şübhəsiz, bu qərar yalnız müəssisə rəhbərliyinin müstəqil mövqeyi ilə izah oluna bilməz. İnanclının şərlənərək həbs edilməsində iştirak edən polis və ona hökm çıxaran hakim də bu prosesdə müəyyən rol oynayır. Son sözü isə məhbusun köçürüldüyü müəssisənin rəhbərliyi deyir. Belə ki, karantin müddətinin bitməsinə az qalmış rəhbərlik, daxili qaydaların guya pozulması bəhanəsi ilə məhbusa karser (tənbeh kamerası) cəzası verir və bu yolla karantin və karser dövrləri arasında növbəti “daxili məhkəmə” təşkil edilir.

Əvvəlcədən müəyyənləşdirilmiş bu məhkəmələrin qərarları, adətən, eynidir: məhbusun ciddi rejimli müəssisəyə köçürülməsi. Bu da inanclı məhbuslara qarşı baş verən çoxsaylı haqsızlıqların və özbaşınalıqların bir nümunəsidir.

Belə bir halı bu günlərdə 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülən inanclı Elvin Zeynalov da yaşayıb. O, sentyabrın 15-də saxlanıldığı Umbakıdan 10 saylı müəssisəyə köçürülüb. Karantin müddəti 4 oktyabrda başa çatsa da, müəssisə rəhbərliyi rejim qaydalarını pozma bəhanəsi ilə onun barəsində karser cəzası çıxarıb. Karserdə olduğu müddətdə isə Elvin Zeynalova bildirilib ki, 7 günlük cəzası bitdikdən sonra o, əlavə 10 günlük karserə göndəriləcək və ardınca daxili “məhkəməyə” çıxarılaraq ciddi rejimli müəssisəyə (“krıtı”ya) köçürüləcək.

Onsuz da inancına görə həbs edilən şəxslərin həyatını və ailə durumunu çətinləşdirənlər bununla kifayətlənməyərək onlara qarşı əlavə süni maneələr yaradır. Bu isə yalnız həmin şəxslərin mənəvi durumunun nə qədər acınacaqlı olduğunu göstərir.

Xatırladaq ki, Elvin Mübariz oğlu Zeynalov 2025-ci il yanvarın 31-də Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivində saxlanılıb. İnanclıların ardıcıl həbsləri fonunda gerçəkləşən bu repressiyanın qurbanına da eyni ssenari (saxta narkotik ittihamı) tətbiq olunub. 2025-ci il iyunun 6-da Ağır Cinayətlər Məhkəməsi E. Zeynalovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məlumat üçün qeyd edək ki, Elvin Zeynalov Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, Qarabağ qazisi Etibar İsmayılovun bacısı oğludur.

7 oktyabr hadisələri: Başlanğıcın sonuİki illik bir tarixin başlanğıc günü — 7 oktyabr 2023-cü il. Hər şey fələstinlilər...
07/10/2025

7 oktyabr hadisələri: Başlanğıcın sonu

İki illik bir tarixin başlanğıc günü — 7 oktyabr 2023-cü il. Hər şey fələstinlilərin İsrailə hücumu ilə başladı. Bu müharibənin hansı nəticələri olacağı, hamının təxmin etdiyi kimi, şübhəsiz idi. Kiçik bir məntəqə, blokada altında və ən cüzi silah-sursatla mübarizə aparan, lakin məqsədli və iradəli Fələstin... Eyni zamanda arxasında Amerika olmaqla, ən son texnoloji silahlarla təchiz edilmiş, Yaxın Şərqi nəzarəti altına almağı öz bayrağında simvolizə edən İsrail.

Müharibə çox qısa bir zamanda dünyanın gözü önündə cəhənnəmə çevrildi. Ən əsası, Qərbin təsiri altında olan böyük media resurslarının ciddi səyi ilə fələstinlilər “terrorçu” kimi göstərildi. 80 ilə yaxındır Fələstin torpaqlarını işğal edib əhalisini qətlə yetirən, tez-tez Yaxın Şərqi münaqişəyə sürükləyən, Livanı və Suriyanı bombalayan İsrail isə “hüquqları pozulan” və güya “məzlum dövlət” kimi təqdim olunmağa başladı. Bu yalan təbliğatla dünyanın gözünə kül üfürülür, Qəzza isə amansızcasına dağıdılırdı.

Hadisələrin bu cür inkişaf edəcəyini nə Həmasın, nə də Qəzza əhalisinin anlamaması inandırıcı olmazdı. Çünki onilliklərdir ki, heç bir etirazı səmərə verməyən fələstinlilərin səssizliyi onların öldürülməsi və torpaqlarının işğal olunması ilə nəticələnmişdi. Bu dəfə isə onların etirazının soyqırıma çevriləcəyi də məlum idi. Belə olan halda, sayı 70 minə yaxınlaşan fələstinlilərin qətliamına gətirib çıxaran bu addımı atmağa nə zərurət var idi?

Müharibənin əvvəlindən bəri, 1948-ci ildən bu günə qədər Amerikanın qoruması altında olan İsrailin bu döyüşlərdə də dəstək alacağı, ikinci bir dövlətin bu müharibəyə müdaxilə edə bilməyəcəyi bəlli idi. Bəs görəsən, fələstinlilər bu döyüşdən nə gözləyib özlərini fəda etdilər?

Bu sual ötən il bu sətirlərlə səsləndirilsəydi, çoxlarına inandırıcı görünməzdi. Lakin iki il sonra zaman göstərdi ki, bu hadisənin həqiqi qalibləri kimlərdir. Qərəzsiz hər kəs bu gerçəyi indi açıq şəkildə etiraf edə bilər.

Minlərlə fələstinli İsrail həbsxanalarında girov saxlanılır, torpaqlarının böyük hissəsi işğal olunub, əraziləri nəzarət altına alınıb, əhalisi isə İsrailin “qanunları” ilə mühakimə edilərək cəzalandırılır. Bütün bunlar İsrailin Qərbdən aldığı siyasi və hərbi dəstəyin nəticəsidir. Fələstinlilər bu haqsızlıqlara dəfələrlə, o cümlədən BMT tribunalarda etiraz səsini ucaltsalar da, ABŞ-ın bircə “veto”su bu səsləri boğmağa kifayət etdi. Necə ki, son bir il ərzində İsraillə bağlı bir neçə qətnamə məhz Amerikanın vetosu ilə qəbul edilmədi.

Bu səbəbdən, artıq məsələ təkcə Fələstin davası deyil, Amerikanın yalançı “demokratiya müdafiəçisi” obrazını ifşa etmək, dünya xalqlarını həqiqətə səs verməyə çağırmaq məsələsinə çevrildi. Bunun üçün on minlərlə fələstinlinin qanı, canı və malı bahasına bu həqiqətin üzə çıxması labüd idi.

Onlar bu yolu seçdilər. Necə ki, bir zamanlar İmam Hüseyn Bəni Üməyyənin və Yezidin əsl simasını açmaq, onları tarixin zibilliyinə atmaq üçün özünü, ailəsini və yaxınlarını qurban verdi, fələstinlilər də Qəzzada eyni fədakarlığı göstərdilər. Onlar, hətta 6 aylıq körpəni oxla öldürəcək qədər qəddar düşmənin iç üzünü dünyaya göstərmək üçün canlarından keçdilər.

Nəticədə bütün dünya medianın manipulyasiyalarına və dövlət başçılarının susqunluğuna baxmayaraq, İsraili dünyanın ən qəddar, qaniçən və insanlıq düşməni olan dövlət kimi tanıdı. Yəhudi dövlətinə qarşı nifrət, İsrailin aparteid rejiminə qarşı ədalət tələbi milyardlarla insanı ayağa qaldırdı. Amerika da daxil olmaqla, özünü “insan hüquqlarının müdafiəçisi” kimi təqdim edən dövlətlərin əslində insanlıq cinayətlərinə ortaq olduqları fələstinlilərin pak qanı ilə ifşa olundu.

Bu gün bütün bəşəriyyət İsrailin cinayətkar mahiyyətinə nifrətini açıq şəkildə nümayiş etdirir. Dinindən, irqindən, cinsindən asılı olmayaraq, İsrailin əsl siması artıq dünya üçün aydın və dərk ediləndir. Sonrakı mərhələdə dünya bu “xərçəng xəstəliyi”nə qarşı hansı addımı atacağına qərar verməlidir. Hələlik isə 7 oktyabr hadisələri bütün dünyaya bu müharibənin həqiqi mahiyyətini, qalib və məğlub tərəfini tam aydınlığı ilə göstərmiş oldu.

Bu gün siyasi məhbus seyyid Mahir Əzimovun atası Yaşar Əzimovun vəfatının ildönümü günüdür. Bir il öncə tarixin bu günün...
05/10/2025

Bu gün siyasi məhbus seyyid Mahir Əzimovun atası Yaşar Əzimovun vəfatının ildönümü günüdür. Bir il öncə tarixin bu günündə o, atasını itirib. Həbsxanada yaxınlarının ölüm xəbərini almaq həqiqətən də acıdır. Təəssüf ki, şərlənərək həbs edilən Mahir həbs dövründə yeniyetmə oğlu Məhəmmədin də faciəvi ölüm xəbərini həbsxana divarları arasında alıb.
Biz Müsəlman Birliyi Hərəkatı olaraq ailəmizin üzvü Mahir Əzimova bir daha bu acı itkidə baş sağlığımızı bildirir, Allahdan ataya rəhmət diləyirik.
Allah rəhmət eləsin.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when MBH - Müsəlman Birliyi Hərəkatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share