ICAMS

ICAMS At the heart of ICAMS lies a steadfast mission – to empower the next generation of medical professionals.

By leveraging the power of webinars and seminars, ICAMS aims to provide a comprehensive platform that goes beyond traditional classroom learning.

Dəyərli üzvlər!​Bildiyiniz kimi, xaricdə magistr təhsili almağı planlayan tələbələr üçün təqaüd imkanlarını daha yaxında...
20/04/2026

Dəyərli üzvlər!

​Bildiyiniz kimi, xaricdə magistr təhsili almağı planlayan tələbələr üçün təqaüd imkanlarını daha yaxından tanıtmaq və müraciət prosesinin incəliklərini paylaşmaq məqsədilə yeni "Təqaüdlə Təhsil" seriyasına başlamışdıq.

​Seriyanın növbəti görüşündə qonağımız Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən nüfuzlu Chevening təqaüdünün qalibi Nərmin Məmmədovadır. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra, King’s College London-da magistratura təhsilini davam etdirmişdir. Hazırda "Nargis" Fondunun baş hüquqşünası olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, Chevening proqramı yalnız humanitar sahələr üçün deyil, eyni zamanda "Tibb və Sağlamlıq elmləri" üzrə magistr təhsilini də əhatə edir. Bu görüş tibb sahəsindəki akademik karyerasını beynəlxalq müstəviyə daşımaq istəyənlər üçün xüsusi fürsətdir.

​Bu vebinarda:
● Chevening Scholarships proqramı nədir?
● Qəbul şərtləri: Üstünlük sayılan xüsusiyyətlər, GPA və dil sertifikatları;
● Tam təqaüd nələri əhatə edir?
● Prosesin əsas çətinlikləri və adaptasiya mövzularında həm bu təqaüdün qalibi, həm də müsahibə panelinin üzvü (ekspert) kimi tələbələrə praktiki tövsiyələr veriləcək.

​📅 Tarix: 26 aprel, 20:00 (Bakı)
📍 Platforma: Zoom
🔗 Qeydiyyat linki bio'da yerləşdirilib.

Hər birinizi vebinarımıza gözləyirik!

ICAMS üzvləri Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresində iştirak etdilər. Dəstəklərinə görə  təşəkkül...
19/04/2026

ICAMS üzvləri Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresində iştirak etdilər. Dəstəklərinə görə təşəkkülərimizi bildiririk!

Bir ildən sonra yenə doğma məkana çevrilmiş Yeni Klinikada bir yerdəyik! Hər növbəti forumumuzu daha yaxşı edəcəyimizi m...
10/04/2026

Bir ildən sonra yenə doğma məkana çevrilmiş Yeni Klinikada bir yerdəyik!

Hər növbəti forumumuzu daha yaxşı edəcəyimizi məqsəd qoyduğumuz üçün Azərbaycan Tibb Tələbələrinin Elmi Araşdırmalar Forumu da daha faydalı və maraqlı keçdi. Forumun ərsəyə gəlməsində başda olmaqla bütün jürilərə, çıxışçılara və iştirakçılara dərin minnətdarlığımızı bildiririk.

Forumdan ən çox faydalananların kim olduğunu deyə bilərik, ancaq tələbələr olaraq yaxşıca itiləndik, kəskinləşdik. Artıq növbəti səfərlərə daha hazır və güclü hiss edirik!

Gələn forumda görüşənədək!

Elmi Araşdırmalar Forumunun proqramı! 🔥Foruma gələrək tələbə yoldaşlarınıza və dostlarınıza dəstək olmağı unutmayın. Çox...
28/03/2026

Elmi Araşdırmalar Forumunun proqramı! 🔥

Foruma gələrək tələbə yoldaşlarınıza və dostlarınıza dəstək olmağı unutmayın. Çox maraqlı forum olacaq.

🔗 Qeydiyyat linki bio'da yerləşdirilib

Hər biriniz gözləyirik!

Qeydiyyat açıldı!📢 Çoxdan gözlənilən Azərbaycan Tibb Tələbələrinin Elmi Araşdırmalar Forumu na iştirakçı qeydiyyatı açıl...
25/03/2026

Qeydiyyat açıldı!

📢 Çoxdan gözlənilən Azərbaycan Tibb Tələbələrinin Elmi Araşdırmalar Forumu na iştirakçı qeydiyyatı açıldı!

👨🏻‍🏫 Bu dəfəki forumda spiker qismində tələbələr özlərinin iştirak etdiyi və ya hazır elmi araşdırmaları auditoriya və jüri heyəti qarşısında təqdim edəcəklər.

İzləyiciləri də unutmadıq❗️

● Kahoot! yarışında ilk 3 yerə çıxan tələbələrə xüsusi hədiyyələr

● TƏBİB Könüllüsü olmaq (Yeni Klinikada praktika etmək) imkanı

● Promo məhsullar, xüsusi endirimlər və hədiyyələr qazanmaq imkanı

Elə isə indi qeydiyyatdan keç!

📅 Tarix: 4 aprel, 10:00
📍 Məkan: Yeni Klinika
🔗 Qeydiyyat linki bio'da yerləşdirilib.

Hər birinizi foruma gözləyirik!

Dəyərli üzvlər! 4 aprel tarixində baş tutacaq Elmi Araşdırmalar Forumuna hazırlıq çərçivəsində "Prezentasiyalar necə haz...
24/03/2026

Dəyərli üzvlər!

4 aprel tarixində baş tutacaq Elmi Araşdırmalar Forumuna hazırlıq çərçivəsində "Prezentasiyalar necə hazırlanır?", "Elmi Məqalələr necə təqdim olunmalıdır?" başlıqlı vebinarlarımız olmuşdu.

Bu dəfəki vebinarımız isə seriyanın davamı kimi Dr. Elxan Yusifovla "Elmi məqalələr necə dəyərləndirilir?" haqqında olacaq.

🔎 Vebinar çərçivəsində forumda çıxış etmək istəyən tələbələr öz prezentasiyalarını təqdim edərək mütəxəssis rəyi alacaqlar.

Dr. Elxan Yusifov Azərbaycan Neyroelm Cəmiyyətinin həmtəsisçisi və prezidenti, Xəzər Universitetində qonaq professor və İsveçrənin Zürix xəstəxanasında postdoktorantdır. O, neyroelm mütəxəssisi olaraq ölkəmizdə Azərbaycan dilində ilk neyroelm dərslərini təşkil və tədris edir. Hal-hazırda Dr. Yusifovun tədqiqatları neyropatik və neyrodegenerativ xəstəliklərdə lipidlərin rolunun araşdırılmasına yönəlib.

❓️Xüsusilə forumda çıxış etmək istəyən tələbələr bu vebinara qoşularaq:

● Təcrübəli mütəxəssidən rəy ala
● Öz çıxışlarındakı əskiklikləri görə
● Foruma qədər prezentasiyanı və çıxışı təkmilləşdirə bilərlər.

📅 Tarix: 30 mart 20:00
📍 Platforma: ZOOM
🔗 Qeydiyyat linki bio'da yerləşdirilib.

Hər birinizi vebinarımıza gözləyirik!

Dəyərli üzvlər!ICAMS | NeuroHealth klubu olaraq yeni vebinarımız ”İmtahan Stressi yoxsa Təşviş Pozuntusu? Klinik Meyarla...
21/03/2026

Dəyərli üzvlər!

ICAMS | NeuroHealth klubu olaraq yeni vebinarımız ”İmtahan Stressi yoxsa Təşviş Pozuntusu? Klinik Meyarlar və Praktik Həll Yolları” haqqında olacaq.

Spikerimiz Uzman Psixoloq Ləman Ağayeva, Bakı Dövlət Universitetində Psixoloji xidmət üzrə bakalavr, İstanbul-Cerrahpaşa Universitetində isə Psixologiya üzrə magistr təhsilini tamamlamışdır. İş prosesində elmi əsaslı metodlar olan Koqnitiv Davranış Terapiyası (CBT), EMDR və Gottman Cütlük Terapiyası metodlarını tətbiq edən uzman psixoloq və psixoterapevt Ləman xanım hazırda Hollandiyada yaşayır və onlayn psixoterapiya xidməti vasitəsilə dünyanın müxtəlif yerlərindəki pasiyentlərinə peşəkar dəstək göstərir. 

❓️İmtahan stressi və performans təşvişi hər tələbənin qarşılaşdığı bir vəziyyətdir: bəs bu normal narahatlıqdır, yoxsa təşviş pozuntusu?

Bu vebinarda aşağıdakı məqamlara toxunulacaq:
● Normal narahatlıq ilə təşviş pozuntusu arasındakı əsas fərqlər
● Tələbələrin özlərinə yanlış “etiket” qoyma meyli
● İmtahan stressinin performansa təsiri
● Gündəlik həyatda tətbiq oluna biləcək praktik həll yolları və effektiv strategiyalar

📅 Tarix: 28 mart, 20:00 (Bakı)
📍 Platforma: ZOOM
🔗 Qeydiyyat linki bio'da yerləşdirilib

Daha sağlam zehin və daha effektiv performans üçün hər birinizi vebinarımızda gözləyir, imtahanlarınızda isə uğurlar arzulayırıq!

Azərbaycan Tibb Tələbələrinin Elmi Araşdırmalar Forumunun jüri heyətini təqdim edirik!🔥Müxtəlif sahələrdən olan 10 peşək...
16/03/2026

Azərbaycan Tibb Tələbələrinin Elmi Araşdırmalar Forumunun jüri heyətini təqdim edirik!🔥

Müxtəlif sahələrdən olan 10 peşəkar mütəxəssis hər çıxışı ədalətli və şəffaf formada, 10 ballıq şkalada aşağıdakı kriteriyalar üzrə dəyərləndirəcək.

1-ci nominasiya üzrə (şəxsən iştirak etdiyi araşdırmanı təqdim edənlər) dəyərləndirilmə meyarları:

● Məqalənin elmi keyfiyyəti və aktuallığı
● Suallara cavab və elmi müdafiə
● Şifahi təqdimat və zaman idarəsi
● Prezentasiya strukturu və vizual keyfiyyət
● Problemin və elmi sualın düzgün formalaşdırılması
● Tənqidi yanaşma qabiliyyəti

2-ci nominasiya üzrə (hazır məqaləni təqdim edənlər) dəyərləndirilmə meyarları:
● Suallara cavab və elmi müdafiə
● Şifahi təqdimat və zaman idarəsi
● Prezentasiya strukturu və vizual keyfiyyət
● Tənqidi yanaşma qabiliyyəti

⏳️ Qeydiyyatdan keçməyə tələsin!
🔗 Link bio bölməsində yerləşdirilib.

📍 Qeyd: İştirakçılar üçün qeydiyyat yaxın zamanda açılacaq.

Dəyərli üzvlər! Yeni vebinarımız "Türkiyədə Fizioterapiya: Klinik Yanaşmalar və Təhsil Yolu" haqqında olacaq. Spikerimiz...
15/03/2026

Dəyərli üzvlər!

Yeni vebinarımız "Türkiyədə Fizioterapiya: Klinik Yanaşmalar və Təhsil Yolu" haqqında olacaq.

Spikerimiz Aygün Ocaqzadə İstanbul Medipol Universitetinin Fizioterapiya və Reabilitasiya fakültəsinin sonuncu kursunda təhsil alır. O, eyni zamanda oxuduğu universitetdə FTR Klubunun Sədri və "Fizyotto" platformasının nümayəndəsi olaraq fəaliyyət göstərir. Həmçinin təhsil müddətində Türkiyənin ən köklü tibb ocaqlarında - Medipol Mega, Medipol Çamlıca, Sefaköy Medipol və xüsusilə İstanbul ÇAPA Tibb Fakültəsində çox geniş klinik təcrübə qazanıb.

Görüşdə aşağıdakı məqamlara toxunulacaq:
● Türkiyədə fizioterapiya təhsilində klinik və akademik fərqlər
● Gələcəyin fizioterapevti üçün üçün lazımi bacarıq və sertifikatlar
● Müasir reabilitasiyada robotik texnologiyalar
● İnsult və onurğa zədələrində beynəlxalq bərpa protokolları
● Elmi araşdırmalar, iş axtarışı (tələb, imkanlar və s.)

📅 Tarix: 19 mart, 20:00 (Bakı)
📍 Platforma: ZOOM
🔗 Qeydiyyat linki bio'da yerləşdirilib

Hər birinizi vebinarımıza gözləyirik!

Dəyərli izləyicilər! Yeni vebinarımız Almaniyada Anesteziologiya haqqında olacaq. Bu vebinarda Azərbaycan Tibb Universit...
14/03/2026

Dəyərli izləyicilər!

Yeni vebinarımız Almaniyada Anesteziologiya haqqında olacaq.

Bu vebinarda Azərbaycan Tibb Universiteti məzunu, hazırda isə Almaniyanın Frankfurt am Main şəhərində yerləşən Universitätsklinikum Frankfurt-da Anesteziologiya şöbəsində həkim-rezident kimi fəaliyyət göstərən Leylan Məmmədova çıxış edəcək.

Spikerimiz həm də Notfallmedizin üzrə əlavə ixtisaslaşmaya (Zusatzbezeichnung für Notfallmedizin – təcili tibbi yardım həkimi kvalifikasiyası) sahibdir. Tibbi karyerası ilə yanaşı, AMD və 2bKind kimi cəmiyyətlərdə də idarə heyətinin üzvü kimi fəaliyyət göstərir.

Görüşdə aşağıdakı məqamlara toxunulacaq:
● Almaniyada Anesteziologiya sahəsinin vəziyyəti, perspektivləri və gələcəyi
● Peşə kimi müsbət və mənfi tərəfləri, iş yükü
● Həyat-iş balansı
● Elmi araşdırmalar, iş axtarışı (tələb, imkanlar və s.)
● ATU-da tibb bakalavrı bitirəndən sonra Almaniyada Anesteziologiya rezidenturası

📅 Tarix: 22 mart, 20:00 (Bakı)
📍 Platforma: ZOOM
🔗 Qeydiyyat linki bio'da yerləşdirilib.

Hər birinizi vebinarımıza gözləyirik!

Dəyərli izləyicilər!Komandamız üçün Kontent Yaradıcı axtarırıq! 📸Əgər sən də yaradıcılığınıza güvənirsənsə, sosial media...
13/03/2026

Dəyərli izləyicilər!

Komandamız üçün Kontent Yaradıcı axtarırıq! 📸

Əgər sən də yaradıcılığınıza güvənirsənsə, sosial media üçün maraqlı və trendlərə uyğun kontentlər hazırlamaq ilə maraqlanırsansa, elə indi komandamıza qoşul.

Tələblərimiz:
● Trendlərə uyğun reels
● Kreativ video və şəkillər (memes) hazırlamaq

🔗 Qeydiyyat linki bio'da yerləşdirilib.
⏳️ Son qeydiyyat tarixi: uyğun namizəd tapılanda bağlanacaq

Address

Baku

Telephone

+994559383738

Website

Alerts

Be the first to know and let us send you an email when ICAMS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ICAMS:

Share