Damla İctimai Birliyi

Damla İctimai Birliyi Saat: 10.00-17.00
Tel (+99412) 513 95 74 Mob: (+99450) 351 11 44

Damla İB xeyriyyə qurumu olaraq - aztəminatlı ailələrə,valideyn himayəsindən məhrum uşaqlara, əngəlli insanlara,tənha ahıllara,təbii fəlakətlər nəticəsində yardıma möhtac əhaliyə yardım məqsədi ilə yaradılmışdır. Müstəqil fəaliyyət göstərən “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi qeyri-hökumət qadın təşkilatıdır. İctimai Birlik 27 may 2010-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin dövlət qeydiyyatından keçmişdir (n:1108-Q21-2502). “Damla” İctimai Birliyi Azərbaycan xalqının əsrlər boyu sahib olduğu zəngin xeyriyyəçilik mədəniyyətinin qorunmasına və təbliğ olunmasına xidmət edir.

İş günlərimiz: I-VI günlər.

Xeyirxahlığa ortaq olmaq üçün Qurban Bazarında görüşürük! 🤝✨                                                            ...
19/05/2026

Xeyirxahlığa ortaq olmaq üçün Qurban Bazarında görüşürük! 🤝✨ “Damla” İctimai Birliyinin stendində sizləri həm ləziz təamlar, həm də elə oradaca isti-isti bişəcək qutablar gözləyir. Üstəlik, Qutab Master-klassına sacın başına sizləri dəvət edirik! Unutmayın, bu stenddən dadacağınız hər təam bir ehtiyac sahibinin üzündə təbəssümə çevriləcək. Gəlin, bayram bərəkətini birlikdə paylaşaq! ♥️ 📍 Məkan: Passage 1901
📅 Tarix: 24 May

17 yaşlı Nəzirənin müayinəsi üçün lazım olan 150 AZN qısa müddətdə toplandı. Dəstək olan, paylaşan və dualarını əsirgəmə...
16/05/2026

17 yaşlı Nəzirənin müayinəsi üçün lazım olan 150 AZN qısa müddətdə toplandı. Dəstək olan, paylaşan və dualarını əsirgəməyən hər kəsə dərin təşəkkürümüzü bildiririk.
Allah hər birinizdən razı olsun

17 yaşlı Nəzirə Şıxməmmədlinin Sumqayıt “Real” klinikasında təcili kolonoskopiya müayinəsinə ehtiyacı var. Ata himayəsin...
15/05/2026

17 yaşlı Nəzirə Şıxməmmədlinin Sumqayıt “Real” klinikasında təcili kolonoskopiya müayinəsinə ehtiyacı var. Ata himayəsindən məhrum gənc qızımızın müalicəsi üçün cəmi 150 AZN çatışmır.
Gəlin bu kiçik məbləği birlikdə tamamlayıb, Nəzirənin sağlığına vəsilə olaq. Dəstəyiniz və paylaşımınız çox önəmlidir.

Əzizin gülüşünü birlikdə qoruyaq! 💙10 yaşlı Əzizin ən böyük arzusu həmyaşıdları kimi rahat hərəkət edə bilməkdir. Serebr...
13/05/2026

Əzizin gülüşünü birlikdə qoruyaq! 💙
10 yaşlı Əzizin ən böyük arzusu həmyaşıdları kimi rahat hərəkət edə bilməkdir. Serebral iflicin ağır formalarından (spastik hemiplejiya və tetraparezi) əziyyət çəkən balamızın gündəlik həyatını asanlaşdırmaq, onun fiziki inkişafına dəstək olmaq bizim əlimizdədir.✅ Lazım olan avadanlıqlar:
• R82 Gazelle PS (Vertikalizator – ayaqda durma cihazı)
• R82 Flamingo (Xüsusi hamam və tualet kreslosu). Ümumi məbləğ: 17 850 AZN Toplanıb: 9643 AZN Qalıb: 8206 AZN
Gəlin, Əzizin daha rahat və ağrısız bir həyat yaşamasına vəsilə olaq. Kiçik ianə yoxdur, hər manat Əzizi sağlamlığına bir addım daha yaxınlaşdırır.
💳 İanə üçün Leobank hesabı: 5411 2498 0309 9550
Gəlin, Əzizin həyatına bir damla ümid olaq. Kiçik və ya böyük fərq etməz, hər bir ianə Əzizi arzusuna bir addım daha yaxınlaşdırır. Paylaşaraq da bizə dəstək ola bilərsiniz! ✨

“Caspian Agro 2026” sərgisini böyük uğurla başa vurduq! ✨Bu bir neçə gün ərzində “Damla” İctimai Birliyi olaraq həm yeni...
08/05/2026

“Caspian Agro 2026” sərgisini böyük uğurla başa vurduq! ✨
Bu bir neçə gün ərzində “Damla” İctimai Birliyi olaraq həm yeni əməkdaşlıqlar qurduq, həm də xeyirxah insanlarla bir araya gəldik. Sərginin ən gözəl nəticəsi isə 43 balamızın arzu məktubunun xeyirsevər insanlar tərəfindən götürülməsi oldu. 💌 Həmçinin, balalarımıza 50 kitab ianə edən Bəhram Bağırzadəyə xüsusi təşəkkür edirik! 📚
Bizə bu imkanı yaradan, hər zaman dəstəyini hiss etdiyimiz “Caspian Event Organisers” (CEO) şirkətinin rəhbərliyinə və dəyərli kollektivinə sonsuz minnətdarlığımızı bildiririk. Xeyir əməllərə vəsilə olduğunuz üçün var olun! 💙

💙 Bir uşağın təbəssümü bəzən bir ömür boyu unudulmayan xatirəyə çevrilir…Qurban Bayramı və 1 İyun – Uşaqların Beynəlxalq...
08/05/2026

💙 Bir uşağın təbəssümü bəzən bir ömür boyu unudulmayan xatirəyə çevrilir…

Qurban Bayramı və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə DAMLA İctimai Birliyi valideyn himayəsindən məhrum ailələrin uşaqları üçün xüsusi bayram tədbiri təşkil edir. ✨

Bu gün onların sadəcə əylənməsi üçün deyil…
Özlərini dəyərli, sevildiklərini və unudulmadıqlarını hiss etmələri üçündür. 🌈

🎡 Əyləncə proqramı
🎁 Hədiyyələr
🍽 Bayram süfrəsi
🎤 Maraqlı oyunlar və masterklasslar

Kiçik bir dəstəyiniz belə bir uşağın üzündə böyük sevinc yarada bilər. 🤝

📌 Sponsor olmaq üçün:
👤 Aygün Umarova – LEO
💳 4098 5844 7121 5556

Birlikdə onların sevincinə səbəb olaq 💙

Charity SponsorOl

💙 Bir uşağın üzündə yaranan təbəssüm bəzən dünyanın ən böyük xoşbəxtliyidir…Qurban Bayramı və 1 İyun – Uşaqların Beynəlx...
07/05/2026

💙 Bir uşağın üzündə yaranan təbəssüm bəzən dünyanın ən böyük xoşbəxtliyidir…

Qurban Bayramı və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə DAMLA İctimai Birliyi aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edir. 🎈

🎯 Məqsədimiz:
50 uşağa unudulmaz bir gün yaşatmaq, onları sevindirmək və bayram ab-havasını birlikdə paylaşmaqdır.

📅 29 May 2026
⏰ 11:00
📍 Happyland Əyləncə Mərkəzi

Tədbir çərçivəsində:
🎡 Əyləncə proqramı
🎁 Yeni geyim və ayaqqabı hədiyyələri
🍽 Xüsusi hazırlanmış menyu

🤝 Siz də bu sevincin bir parçası ola bilərsiniz.

Sponsor olmaq istəyənlər:
👤 Aygün Umarova – LEO
💳 4098 5844 7121 5556

👉 Suallar və ətraflı məlumat üçün: +994 50 351 11 44

Birlikdə onların sevincinə səbəb olaq 💙

Əzizin gülüşünü birlikdə qoruyaq! 💙10 yaşlı Əzizin ən böyük arzusu həmyaşıdları kimi rahat hərəkət edə bilməkdir. Serebr...
06/05/2026

Əzizin gülüşünü birlikdə qoruyaq! 💙
10 yaşlı Əzizin ən böyük arzusu həmyaşıdları kimi rahat hərəkət edə bilməkdir. Serebral iflicin ağır formalarından (spastik hemiplejiya və tetraparezi) əziyyət çəkən balamızın gündəlik həyatını asanlaşdırmaq, onun fiziki inkişafına dəstək olmaq bizim əlimizdədir.✅ Lazım olan avadanlıqlar:
• R82 Gazelle PS (Vertikalizator – ayaqda durma cihazı)
• R82 Flamingo (Xüsusi hamam və tualet kreslosu). Ümumi məbləğ: 17 850 AZN Toplanıb: 8672 AZN Qalıb: 9177AZN
Gəlin, Əzizin daha rahat və ağrısız bir həyat yaşamasına vəsilə olaq. Kiçik ianə yoxdur, hər manat Əzizi sağlamlığına bir addım daha yaxınlaşdırır.
💳 İanə üçün Leobank hesabı: 5411 2498 0309 9550
Gəlin, Əzizin həyatına bir damla ümid olaq. Kiçik və ya böyük fərq etməz, hər bir ianə Əzizi arzusuna bir addım daha yaxınlaşdırır. Paylaşaraq da bizə dəstək ola bilərsiniz! ✨

“Sədəqə verməklə mal azalmaz.” (Hədis)               Əksinə, paylaşdıqca çoxalan sevgimiz və mənəviyyatımızdır.
05/05/2026

“Sədəqə verməklə mal azalmaz.” (Hədis) Əksinə, paylaşdıqca çoxalan sevgimiz və mənəviyyatımızdır.

Bəzən balaca bir kağız parçasına sığan arzular, böyük bir xoşbəxtliyin qapısını açar... 💫Xeyirxah insanların dəstəyi ilə...
01/05/2026

Bəzən balaca bir kağız parçasına sığan arzular, böyük bir xoşbəxtliyin qapısını açar... 💫
Xeyirxah insanların dəstəyi ilə bir balamız yeni ayaqqabılarına, digəri isə arzuladığı geyiminə qovuşdu. Onların gözlərindəki işıq, bizə hər addımda nə qədər doğru yolda olduğumuzu xatırladır. ✨
Sən də bir damla ol, uşaqların dünyasını birlikdə rəngləyək! 💧💌

Aztəminatlı ailədə yaşayan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən və bir ayağı amputasiya olunmuş vətəndaşın müalic...
29/04/2026

Aztəminatlı ailədə yaşayan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən və bir ayağı amputasiya olunmuş vətəndaşın müalicəsinin davam etdirilməsi zəruridir. Xəstənin hazırkı vəziyyəti ilə əlaqədar olaraq təyin edilən dərman preparatlarının ümumi dəyəri 330 AZN təşkil edir.

Ailənin maddi imkansızlığı səbəbindən bu məbləğin toplanılması üçün xeyirxah şəxslərdən dəstək xahiş olunur.

✅ Məqsəd: Tibbi preparatların təmini.
✅ Məbləğ: 330 AZN.

Address

Binəqədi R-nu, Faiq Rüstəmov Küç. , 34 A
Baku
994

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 17:00

Telephone

+994503511144

Alerts

Be the first to know and let us send you an email when Damla İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Damla İctimai Birliyi:

Share