Nida Vətəndaş Hərəkatı

Nida Vətəndaş Hərəkatı Bizə qoşulmaq üçün: https://bit.ly/3Z0qTWJ

N!DA - Azərbaycan vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik - hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial - iqtisadi dəyişikliklərin həyata keçirilməsi ideyası ətrafında birliyidir.

NİDA VH üzvü Araz Əliyevin ölkədən çıxışına qadağa qoyulduAraz Əliyev hazırda çox ağır bir vəziyyətlə üz-üzədir. Onun an...
07/07/2025

NİDA VH üzvü Araz Əliyevin ölkədən çıxışına qadağa qoyuldu

Araz Əliyev hazırda çox ağır bir vəziyyətlə üz-üzədir. Onun anası 6 aydır ki, onkoloji xəstəlikdən əziyyət çəkir, əməliyyat keçirib və kimoterapiya alır. Təəssüf ki, müalicə gözlənilən nəticəni vermir, son günlərdə vəziyyəti daha da ağırlaşıb.

Bu səbəbdən Araz anasını təcili olaraq ölkə xaricinə aparmaq istəyib. Lakin hava limanında məlum olub ki, onun ölkədən çıxışına stop qoyulub.

Qeyd edək ki, Araz Əliyevin üzərində heç bir cinayət işi yoxdur, o təqsirləndirilən şəxs deyil və stop-un səbəbi ona açıqlanmayıb.

Biz bu məsələni ictimailəşdiririk və aidiyyəti qurumlardan tələb edirik: Araz Əliyevin ölkədən çıxışına qoyulmuş əsassız qadağa dərhal ləğv olunsun. Həmçinin beynəlxalq təşkilatları da vəziyyəti diqqətdə saxlamağa dəvət edirik

Tofiq Yaqublunu öldürürlər!Tofiq Yaqublu 33 gündür ki aclıq edir, vəziyyəti hər gün daha da ağırlaşır. Həkimi Adil Qeybu...
03/05/2025

Tofiq Yaqublunu öldürürlər!
Tofiq Yaqublu 33 gündür ki aclıq edir, vəziyyəti hər gün daha da ağırlaşır. Həkimi Adil Qeybulla müalicə müəssisəsinə buraxılmadığı üçün onu müayinə edə bilmir. Bu, insan hüquqlarının və tibbi yardıma çıxış hüququnun açıq şəkildə pozulmasıdır.

Həyəcan təbili çalırıq və hakimiyyət orqanlarından onun həkiminin yanına buraxılmasını tələb edirik!

Tofiq Yaqubluya azadlıq tələb edirik!

Bu gün saat 15:00-da "Azərbaycanda qadın olmaq" mövzusunda təlimimiz baş tutacaqdı. Ancaq təlimə az qalmış üzvlərimiz Cə...
08/03/2025

Bu gün saat 15:00-da "Azərbaycanda qadın olmaq" mövzusunda təlimimiz baş tutacaqdı. Ancaq təlimə az qalmış üzvlərimiz Cəmilə Əlişeva və Elmir Abbasovdan xəbər ala bilmədik.

Onlarla ən son 20 yanvar və Elmlər metrolarında olarkən əlaqə saxlamışdıq və hər ikisi gəldiklərini bildirdilər.

Lakin sonrakı saatlarda onlardan xəbər almaq mümkün olmadı. Telefonları söndürülmüşdü və geolokasiyaları bağlandı. Ən son məlumata görə şəhərin tamamilə fərqli hissəsinə doğru hərəkət edirdilər.

Həmçinin təlimə gələn üzvlərimizə qarşı və təlim məkanında açıq şəkildə izlənmə həyata keçirilib.

Hal-hazırda üzvlərimizdən xəbər ala bilmirik. Vəkillər də axtarış prosesinə qoşulub. Lakin hər hansı məlumat verilməyib

Təxminən 1 il əvvəl, 21 aprel 2024-cü ildə “Sputnik Azərbaycan” Azərbaycan vətəndaş cəmiyyəti fəllarını və müstəqil hərə...
12/02/2025

Təxminən 1 il əvvəl, 21 aprel 2024-cü ildə “Sputnik Azərbaycan” Azərbaycan vətəndaş cəmiyyəti fəllarını və müstəqil hərəkatları açıq şəkildə hədəf göstərən, onların həbsini tələb edən yazı yayımlandı. Yazıda bizim ünvanımıza da əsassız və saxta ittihamlar səsləndirildi, azərbaycanlı ictimai fəallar həbsinə çağırışlar edildi.

Bu gün isə “Sputnik Azərbaycan” özü hökümət mediasının hədəfinə çevrilib. Dövlətlərarası gərginliyin fonunda “Sputnik Azərbaycan”-a qarşı oxşar ittihamlar səsləndirilir. Onlar “rus agenti” olmaqda, “Rusiya maraqlarına xidmət etməkdə” günahlandırılır. Cəmi bir il əvvəl vətəndaş cəmiyyəti fəallarına qarşı sərgilədikləri rəftarla bu gün özləri üzləşirlər.

N!DA Vətəndaş Hərəkatı olaraq bir daha saxta ittihamlarla, dəlilsiz, sübutsuz şəkildə kimlərinsə hədəf göstərilməsini, şərlənməsini, həbsinə çağırış edilməsini qınadığımızı bəyan edirik.

Ən əsası media qurumlarının sifarişli yazıların, təxribatların və qarayaxama kampaniyasının aləti olmasını pisləyirik. Bu cür fəaliyyətlərə alət olan media qurumlarını, onların təmsilçilərini, işçi heyətini jurnalist etikasına sadiq qalmağa, öz qələmlərinə, peşələrinə hörmət etməyə səsləyirik.

“Sputnik Azərbaycan”-ın kollektivini və tezis strateqlərini “Toplum TV”, “Meydan TV”, “Abzas Media” kimi müstəqil medialardan nümunə götürməyə, onların fəaliyyətini örnək almağa, “sifarişli” yox, cəsarətli jurnalist olmağa dəvət edirik.

Karikatura: Gündüz Ağayev

Bu gün N!DA Vətəndaş Hərəkatının yaranmasından 14 il keçir. Arxada qoyduğumuz 14 il ərzində Azərbaycanın ictimai-siyasi ...
04/02/2025

Bu gün N!DA Vətəndaş Hərəkatının yaranmasından 14 il keçir.

Arxada qoyduğumuz 14 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında çox şey dəyişib. Bir-birini əvəz edən repressiya dalğaları, avtoritar sistemin daha da sərtləşməsi, "qələbə" və "qalib xalq" eyforiyasının zərbə vurduğu müxalifət, zəifləmiş vətəndaş cəmiyyəti bu dəyişikliyin nəticəsidir.

Lakin bütün çətinliklərə, üzləşdiyimiz təzyiq və həbslərə baxmayaraq N!DA olaraq hələ də ayaq üstəyik. Hələ də ilk günki dəyərlərimizə sadiq şəkildə elan etdiyimiz məqsədlərimizə uyğun fəaliyyətimizi təşkil edirik.

Arzular və gözləntilər fərqli olsa da, eyni dəyərləri bölüşən gənclik ruhunu hələ də yaşatmağa, mübarizə fikrini təkrar istehsal etməyə davam edirik. Mövcud reallıqda məqsədlərimizə və hədəflərimizə inanmağa, bu hədəflər üçün gücümüzün və resurslarımızın imkan verdiyi ölçüdə çalışmağa davam edirik.

14 il sonra da hər şeyə rəğmən məhz proqressiv dəyərlərin daşıyıcısı olan gənclərin müsbət dəyişikliklərin öncülləri olacağına inanırıq.

Hər şeyə rəğmən N!DA!

1990-cı il 19 yanvardan 20-nə keçən gecə Rus qoşunları Bakıya daxil olaraq imperiya rəhbərliyinə etiraz edərək azadlıq v...
20/01/2025

1990-cı il 19 yanvardan 20-nə keçən gecə Rus qoşunları Bakıya daxil olaraq imperiya rəhbərliyinə etiraz edərək azadlıq və suverenlik tələb edən Azərbaycan xalqına divan tutmuşdur. Əliyalın dinc etirazçıların üzərindən tankla keçmiş, hətta yaralılara yardım göstərməyə gələn təcili yardım maşınları belə atəşə tutulmuşdur. Bu gün müasir tariximizin ən faciəvi günlərindən biri olmaqla yanaşı, həm də misli görülməmiş mübarizə və azadlıq günüdür. 

İttifaqdan istədiyimiz zaman ayrılmaq hüququmuz olmasına baxmayaraq azadlıq üçün ayağa qalxan xalqın qətl edilməsi bir daha Rusiya ilə münasibətdə təhlükəsizlik baxımından heç bir hüquqi sənədin, anlaşmanın qarantiya vermədiyini göstərir. Rusiya hər hansısa bir proqressiv bəşəri dəyərlərə sahib olmayan klassik imperialist dövlətdir. Onun dostları yoxdur, onun maraqları var və bu maraqları təmin etməkdə onu işğallardan, kütləvi qətliamlardan çəkindirən nə hansısa qırmızı xətt, nə də çəkindirici demokratik rasional idarəetmə mövcuddur. 

Nida Vətəndaş Hərəkatı olaraq 35 il əvvəl bu gün həlak olan  soydaşlarımızın əziz xatirəsini hörmətlə yad edir və onların mübarizəsi ilə həmrəy olduğumuzu bildiririk!

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Nida Vətəndaş Hərəkatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nida Vətəndaş Hərəkatı:

Share