12/02/2026
Bugünlərdə dünya, Azərbaycan və Talassemiya Mərkəzinin gündəmini zəbt edən bu aşağıdakı 3 məsələ arasında bir ortaq nöqtə-əlaqə var:
1. "Cefri Epşteyn işi üzrə istintaq materiallarının" üstünün açılması ilə üzə çıxan dünyada xeyriyyə adı altında baş verən çirkin cinayətlər;
2. On illiklər boyu dövlət məmurlarının qorxduğu, çəkindiyi və "ağsaqqal" deyib özünə böyük saydığı, şəninə sağlıqlar, xeyir dualar dedikləri Ramiz Mehdiyevin dövlətə xəyanət etməsinin üstünün açılması;
3. Və nəhayət 10 fevral tarixində Hörmətli Leyla Aliyeva və Alyona Əliyevanın Talassemiya Mərkəzinə axşam saatlarında olan ziyarəti zamanı onun mərkəz rəhbərliyi və digərləri tərəfindən aldadılması.
Bu üç hadisənin ortaq cəhəti onu göstərir ki, pul və vəzifə hərisliyi insanlarda çox rahatlıqla sədaqət, şərəf, vicdan və digər insani hisslərin itirilməsinə səbəb ola bilir.
1-ci şəkil, aclıqdan və səfalətdən əziyyət çəkən ölkələrdə xeyriyyə adı altında azyaşlı uşaqların sığınacaqlara aparılması adı altında hansı cinayətlərin yatdığını göstərir,
2-ci şəkil, uzun illər ən önəmli dövlət vəzifələrində çalışmış Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması barədə yayılan xəbərlərdən birini göstərir,
3-cü şəkil hörmətli Leyla xanıma olan xəyanəti, bu xəyanəti etməyi gözə alanları (hamıya aid edilmir) göstərir və bəzilərinin Leyla xanımın həqiqətləri bilməsindən, yəni əslində öz yalanlarından, çirkablarının və korrupsiyalarının üstünün açılmasından qorxduqlarını göstərir.
4-cü şəkil isə səhiyyə nazirliyinin, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi və digərlərinin "SAVAB DÜNYASI" Talassemiya Assosiasiyası-ndan necə də el dilində desək "əsərək qorxduğunun" nəticəsidir. Bizdən tək sizin, yox, sizdən öncəki korrupsioner rəhbərliyinizin də necə qorxmağını hər kəs uzun illərdir bilir. Lakin görün bizdən olan bu qorxu sizlərə və havadarlarınıza hansı dərəcədə cahil cəsarəti verib ki, hörmətli Leyla xanım Əliyevanı belə aldatmaqdan çəkinməmisiniz.
Həmçinin, sonuncu olan 4-cü şəkil bu xəyanətdə əli və əməyi olan ən "kiçik fiqurlar"dan (məcaz edilir) olan mühafizə əməkdaşı Coşqun, onun rəisi Rövşən, Səhiyyə nazirliyinin daxili nəzarət şöbəsinin əməkdaşı Fəridin, mərkəzin stasionar şöbəsinin müdiri Samirə Həsənovaya məxsusdur.
Bu kiçik fiqurlar və onları idarə edən digərlərinin C. Epşteyn, Ramiz Mehdiyev və bütün xəyanətkar, yuxarıda sadalanan insani hisslərini itirənlərdən fərqinin olub olmamasını isə zaman, ədalət mühakiməsi və ictimai qınaq göstərəcək.
Ilham Aliyev
Mehriban Əliyeva
Arzu Aliyeva
Heydar Aliyev Foundation
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respublikasının Baş Prokurorluğu
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi