SOS Uşaq Kəndləri Azərbaycan

SOS Uşaq Kəndləri Azərbaycan SOS Uşaq Kəndləri bütün dünyada uşaqların sevgi dolu evdə öz valideynləri, yaxud himayədarları ilə birgə yaşamalarına kömək edən bir təşkilatdır.

Ailə əsaslı qayğı modeli uşağın müəssisə mühitində deyil, ailəyə yaxın, sabit və qayğı dolu bir mühitdə böyüməsini hədəf...
15/04/2026

Ailə əsaslı qayğı modeli uşağın müəssisə mühitində deyil, ailəyə yaxın, sabit və qayğı dolu bir mühitdə böyüməsini hədəfləyən yanaşmadır. Bu modeldə uşağın yalnız gündəlik ehtiyaclarının qarşılanması deyil, onun emosional rifahı, təhlükəsizlik hissi, fərdi inkişafı və cəmiyyətə sağlam inteqrasiyası da əsas götürülür.

SOS Uşaq Kəndlərində tətbiq olunan ailə əsaslı qayğı modeli uşaqlara uzunmüddətli dəstək, etibarlı münasibətlər və aid olduqları bir mühit hissi qazandırır. Uşaq burada qayğı görür, dəyərləndirilir və gələcəyini daha inamla qurmaq imkanı əldə edir.

Çünki hər uşağın sevgi ilə böyüyə biləcəyi bir mühitə ehtiyacı var 🩷

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www. soschildren.az

Böyük kəşflər uşaqkən qurulan böyük xəyallarla başlayır, gələcəyin böyük addımları da məhz həmin xəyallardan doğulur 🚀💙H...
12/04/2026

Böyük kəşflər uşaqkən qurulan böyük xəyallarla başlayır, gələcəyin böyük addımları da məhz həmin xəyallardan doğulur 🚀💙

Hər böyük kəşfin arxasında vaxtilə xəyal quran bir uşaq dayanıb. Uşaqların marağını, öyrənmək istəyini və xəyallarını dəstəkləmək onların gələcəyinə işıq tutmaq deməkdir.

Gəlin birlikdə onların arzularına inanıb, daha böyük üfüqlərə yol açılmasına dəstək olaq. Çünki bir uşağın xəyalı sabahın böyük uğuruna çevrilə bilər ✨

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www.soschildren.az

Sağlamlıq uşağın həyatında sadəcə bu gününü deyil, gələcəyini də formalaşdırır.Hər bir uşağın qayğı ilə əhatə olunmağa, ...
07/04/2026

Sağlamlıq uşağın həyatında sadəcə bu gününü deyil, gələcəyini də formalaşdırır.

Hər bir uşağın qayğı ilə əhatə olunmağa, sağlam böyüməyə və öz potensialını təhlükəsiz mühitdə inkişaf etdirməyə ehtiyacı var. Uşaqların rifahına göstərilən diqqət onların daha güclü, daha inamlı və daha ümidli böyüməsinə dəstək olur.

Gəlin birlikdə uşaqların sağlam və güvənli gələcəyinə töhfə verək. Çünki hər uşaq qayğı ilə böyüməyə layiqdir ✨

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www. soschildren.az

Hər uşağın aktiv, sağlam və xoşbəxt uşaqlıq yaşamağa haqqı var 💙İdman uşaqlara yalnız fiziki güc qazandırmır, eyni zaman...
06/04/2026

Hər uşağın aktiv, sağlam və xoşbəxt uşaqlıq yaşamağa haqqı var 💙

İdman uşaqlara yalnız fiziki güc qazandırmır, eyni zamanda özünəinam, nizam-intizam və komanda ruhu da aşılayır. Aktiv uşaqlıq isə sağlam gələcəyin ən vacib addımlarından biridir.
Sizin dəstəyinizlə uşaqların idmanla böyüməsinə, enerjilərini doğru istiqamətdə inkişaf etdirməsinə və daha sağlam gələcəyə addımlamasına töhfə vermək mümkündür.

Birlikdə daha çox uşağın hərəkətli, sağlam və ümid dolu sabahına dəstək olaq ✨

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www.soschildren.az

Uşaqların üzündəki təbəssüm bəzən sadəcə bir qayğının, bir diqqətin, bir dəstəyin nəticəsi olur 💙Sağlam təbəssüm uşaqlar...
01/04/2026

Uşaqların üzündəki təbəssüm bəzən sadəcə bir qayğının, bir diqqətin, bir dəstəyin nəticəsi olur 💙

Sağlam təbəssüm uşaqlara həm sevinc, həm də özünəinam, rahatlıq və xoşbəxt uşaqlıq bəxş edir. Sizin dəstəyiniz isə bu təbəssümün səbəbinə çevrilə bilər.

Gəlin birlikdə daha çox uşağın sağlam gülüşünə dəstək olaq.🙏🏻

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www. soschildren.az

Bir dəstək uşaqların yaddaşında sevinc dolu bir bayram xatirəsinə çevrilə bilir 💙Azərsun Holdinqin dəstəyi ilə Gəncə SOS...
31/03/2026

Bir dəstək uşaqların yaddaşında sevinc dolu bir bayram xatirəsinə çevrilə bilir 💙

Azərsun Holdinqin dəstəyi ilə Gəncə SOS Uşaq Kəndində bu il Ramazan bayramı münasibətilə təşkil olunan bayram süfrəsi uşaqlar üçün isti, səmimi və xoş anlarla yadda qaldı. Bu diqqət və qayğı onların bayram sevincini daha da artırdı.

Göstərdikləri dəstəyə görə Azərsun Holdinqə təşəkkür edirik. Birlikdə daha çox uşağın həyatına sevinc qata bilərik. ✨

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www.soschildren.az

Bəzən bir dəstək sadəcə ehtiyacı qarşılamaqla kifayətlənmir, eyni zamanda uşaqların qəlbində bayram sevincinə çevrilir 💙...
31/03/2026

Bəzən bir dəstək sadəcə ehtiyacı qarşılamaqla kifayətlənmir, eyni zamanda uşaqların qəlbində bayram sevincinə çevrilir 💙

B2B Group-un dəstəyi ilə Gəncə SOS Uşaq Kəndinin uşaqları bu il Ramazan bayramını yeni geyim və ayaqqabılarla qarşıladılar. Bu qayğı və diqqət onların bayramını daha yaddaqalan etdi.

Göstərdikləri həssaslıq və sosial məsuliyyətə görə B2B Group-a təşəkkür edirik. Birlikdə daha çox uşağın həyatına sevinc qata bilərik. ✨

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www.soschildren.az

Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anırıq.Tariximizə həkk olunmuş bu faciənin qurbanlarına Allahdan rəhm...
31/03/2026

Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anırıq.
Tariximizə həkk olunmuş bu faciənin qurbanlarına Allahdan rəhmət diləyir, xalqımıza sülh və əmin-amanlıq arzulayırıq.

Novruz Bayramınız Mübarək! 🌿✨Bu bayramın hər evə sevinc, hər ocağa ruzi-bərəkət, hər qəlbə ümid gətirməsini arzulayırıq....
20/03/2026

Novruz Bayramınız Mübarək! 🌿✨

Bu bayramın hər evə sevinc, hər ocağa ruzi-bərəkət, hər qəlbə ümid gətirməsini arzulayırıq. Yeni fəslin başlanğıcı hər birimiz üçün sülh, sağlamlıq və xoş günlərə açılan bir yol olsun.

Novruz Bayramınız Mübarək olsun! 🌸

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www. soschildren.az

Ramazan Bayramınız Mübarək! 🌙✨Bu müqəddəs bayramın hər evə bərəkət, hər qəlbə sevinc, hər birimizə sülh və mərhəmət gəti...
20/03/2026

Ramazan Bayramınız Mübarək! 🌙✨

Bu müqəddəs bayramın hər evə bərəkət, hər qəlbə sevinc, hər birimizə sülh və mərhəmət gətirməsini arzulayırıq. Dualarınızın qəbul, süfrələrinizin bol olmasını diləyirik.

Bayramınız xeyirli olsun! 🤍

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www. soschildren.az

Ramazanda ən gözəl paylaşım bir süfrəni bölüşməkdir. 🌙Kreativ İnşaatın dəstəyi ilə SOS Uşaq Kəndində yaşayan uşaqların ...
20/03/2026

Ramazanda ən gözəl paylaşım bir süfrəni bölüşməkdir. 🌙

Kreativ İnşaatın dəstəyi ilə SOS Uşaq Kəndində yaşayan uşaqların iftar və imsak süfrəsi ay boyu əsas ərzaqlarla təmin olundu.

Bu qayğı üçün ürəkdən təşəkkür edirik 💙

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www.soschildren.az

Onlar çox şey istəmir… 🤍Uşaqlarımızdan soruşduq:“Böyüyəndə uşaqların xoşbəxt olması üçün nə edərdin?”Cavablarda ən saf ...
16/03/2026

Onlar çox şey istəmir… 🤍

Uşaqlarımızdan soruşduq: “Böyüyəndə uşaqların xoşbəxt olması üçün nə edərdin?”

Cavablarda ən saf həqiqətlər var. Sevgi, qayğı, təhlükəsizlik və təhsil kim.

Onların dünyası ilə tanış olun. Bu arzuların gerçəyə çevrilməsi üçün siz də onların yanında ola bilərsiniz.

Daha çox məlumat almaq və ianə etmək üçün bizimlə əlaqə saxlayın:
📩 [email protected]
🌐 www. soschildren.az

Address

Nizami 137/1
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

0124988298

Alerts

Be the first to know and let us send you an email when SOS Uşaq Kəndləri Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SOS Uşaq Kəndləri Azərbaycan:

Share