Güvən Xeyriyyə İctimai Birliyi

Güvən Xeyriyyə İctimai Birliyi Mərhəmət sevgidən başlayır! Səhifəyə daxil olub bu mətni oxuyan hər kəsi salamlayıram. Mənim adım Nigardı. Bu gün o həmin qrup artıq böyük bir cəmiyyətə çevrilib.

Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin yaradıcısı və təsisçisiyəm. 2009-cu ildən etibarən o vaxt üçün adı Güvən olmayan sosial şəbəkə daxilində kiçik bir yardım toplamaq məqsədiylə qrup yaratmışdım. Yüzlərlə uşağın qəlbini qazanan, doğma ölkəmizin hər guşəsini gəzən böyük bir cəmiyyətə çevrilib. GÜVƏN - dostluq rəmzidi, cəmiyyətə, Vətənə sevgidir. Nə yaxşı ki, sən mənim həyatımdakı ən böyük lahiyə

msən. Məni mənəvi böyüdən, bəzən incidən və yaralayan, mənə dost qazandıran varlığımsan. Nə yaxşı ki sən mənə yüzlərlə uşağın qəlbinə toxunmağa imkan yaradırsan. Bizim tək bir məqsədimiz var - ehtiyacı olan insanlara bacardığımız qədər çatmaq, uşaqları sevindirmək, cəmiyyətimizə faydalı olmaq! Güvən adına layiq hər zaman ətrafına dost topladı və atdığı addımlarda heç bir zaman tək olmadı. Biz Güvən dostları sayəsində varıq, heç bir zaman görmədiyimiz və eyni zamanda illərdi tanıdığımız dostlar sayəsində varıq. Bizə güvənən, illər boyunca bizə dəstək olan insanlara sonsuz təşəkkür edirəm və sevgimi ötürürəm. GÜVƏN - sən var ol! Qeyd: rusca olan məlumat, müsahibələrin birindəndir.

Конец 2009, начало 2010 года одна хорошая знакомая пригласила меня на благотворительную ярмарку. С большим удовольствием приняв приглашение, на следующий день я отправилась туда. Там продавались разные вещи, а на собранные средства помогали тяжело больному ребенку. После этого и я решилась помогать людям. Я принимала участие в всех благотворительных ярмарках. Соответственно, искала информацию о тех, кому может понадобиться моя помощь, в частности, это были больные дети и нуждающиеся семьи.

Мы с ребятами собирали деньги, носили им продукты и лекарства. С тех времен прошло много времени, я отделилась от групп и продолжаю самостоятельно помогать нуждающимся людям.

Меня поддерживают многие замечательные люди: это моя семья, мои друзья, товарищи, знакомые и не знакомые потрясающие люди. Делать добро - это не означает иметь миллионы и помогать, можно отложить немного денег и помочь кому-то. Поверьте, если каждый человек из нас скинется по одной копейке, соберется огромная сумма. И тогда мы сможем сделать счастливее одного или даже нескольких больных или нуждающихся людей.

Считаю, что занимаясь благотворительностью, человек получает колоссальную отдачу в виде детских улыбок, слов благодарности родителей, теплого и доброго чувства, рождающегося внутри каждого из нас при виде счастливых глаз выздоравливающего маленького человечка.

Моя главная цель - благотворительная помощь, в особенности детям с ограниченными возможностями, детям из малообеспеченных семей, детские дома по всем регионам наше страны.

Я не считаю, что просто делаю доброе дело, я считаю, что помогать людям - это мое предназначение! Я счастлива, когда люди улыбаются, верят в лучшее. Я вдохновляюсь и с каждым разом, хочу помогать все больше и больше. Это самое большое удовольствие видеть людей счастливыми. Надеюсь, я за свою жизнь успею еще многим помочь. Моя мечта - иметь свою собственную благотворительную организацию. Очень надеюсь, что в скором времени она воплотится в реальность. http://echo.az/article.php?aid=72555

15/06/2026

😇😇😇

Kortlardan Sabirabada uzanan sevinc körpüsü! 🎾Dostlar, vəd etdiyimiz kimi, bu gün Sabirabad Günərzi Qayğı Mərkəzinin və ...
11/06/2026

Kortlardan Sabirabada uzanan sevinc körpüsü! 🎾

Dostlar, vəd etdiyimiz kimi, bu gün Sabirabad Günərzi Qayğı Mərkəzinin və reabilitasiya mərkəzinin qonağı olduq. Xeyriyyə Padel Turnirimiz sayəsində toplanan bütün ianələrlə mərkəzdəki uşaqlara və xüsusi qayğıya ehtiyacı olan balalarımız üçün lazım olan hər şeyi və ən gözəl hədiyyələri aldıq. 🎉🎁👦👧

Bu gün orada uşaqların gözlərində gördüyümüz o saf sevinc, ürəklərindəki o həyəcan və üzlərindəki təbəssüm sözlə ifadə edilə bilməyəcək qədər dəyərli idi. Biz onlara sadəcə hədiyyə deyil, sizin sevginizi və tək olmadıqlarını çatdırdıq.

Bu möcüzənin baş tutmasına vəsilə olan, kortda hər zərbəsi ilə uşaqların gələcəyinə işıq tutan 32 fədakar padel iştirakçısına və turnirin təşəbbüskarına bir daha ürəkdən təşəkkür edirik!

Siz kortlarda mübarizə apardınız, amma qalib gələn Sabirabaddakı uşaqlarımızın saf dünyası oldu. Yaxşı ki varsınız, yaxşı ki bu gözəl hekayəni birlikdə yazdıq! 🤝

Sizin kiçik bir toxunuşunuz — onların böyük dünyasıdır!

Sabirabad Günərzi Qayğı Mərkəzinin rəhbərliyinə və bütün fədakar heyətinə göstərdikləri sonsuz sevgi və əməyə görə xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Ən ağır və məsuliyyətli yük məhz sizlərin çiyinlərindədir! O xüsusi balalara hər gün bəxş etdiyiniz qayğı və səbir hər cür alqışa layiqdir. Yaxşı ki varsınız! 💜

Xeyriyyə Padel Turnirimiz möhtəşəm keçdi! 🎾🏆✨Dostlar, təşkil etdiyimiz Xeyriyyə Padel Turniri böyük uğurla baş tutdu! Ya...
08/06/2026

Xeyriyyə Padel Turnirimiz möhtəşəm keçdi! 🎾🏆✨

Dostlar, təşkil etdiyimiz Xeyriyyə Padel Turniri böyük uğurla baş tutdu! Yarışda idman ruhu ilə xeyirxahlıq bir araya gəldi. Təşkilatımız adından bütün iştirakçılara xüsusi təşəkkürnamə sertifikatlarımızı təqdim etdik.

Bu gözəl layihənin təşəbbüskarına və kortda ürəklə mübarizə aparan 32 iştirakçının hər birinə sonsuz minnətdarıq!

Turnirdən yığılan bütün ianələr Sabirabad Reabilitasiya Mərkəzinə bağışlanacaq. Artıq bu cümə axşamı mərkəzdə uşaqların qonağı olub, sizin bu sevginizi onlara çatdıracağıq!

Sizin kiçik bir toxunuşunuz — onların böyük dünyasıdır!
az təşəkkür edirik!

İnadkar insanlar hər zaman zirvədə olacaqlar! Birmənalı şəkildə. Bəli, həyat onların önünə çoxlu daşlar atacaq, lakin on...
05/06/2026

İnadkar insanlar hər zaman zirvədə olacaqlar!

Birmənalı şəkildə. Bəli, həyat onların önünə çoxlu daşlar atacaq, lakin onlar istədiklərinə mütləq nail olacaqlar. Bəlkə də ona görə tarix boyunca adlarını qızıl hərflərlə yazdıranlar məhz inadkarlıqları sayəsində iz buraxıblar. İnqilablar, üsyanlar — hamısı böyük bir inadın nəticəsidir. Eynən bu iki balaca qız kimi... 👧👧✨

Oyuncaqların içində çox az sayda “Kitty” var idi və qızların çoxu məhz onu istəyirdi. Amma sadəcə istəməklə əldə etməyin arasında böyük fərq var. Bu iki gözəl qız Orxandan incimişdilər, mənə tərəf böyük bir təzyiqlə yaxınlaşıb dedilər: “Axı söz vermişdiniz...”

Söz vermişiksə, deməli, nə olur-olsun o oyuncağı tapıb sizə verməliyik! Lənkərana gedəcək oyuncaq qutularının içində nə olduğunu dəqiq bilmirdik. Orxana dedim ki, gəl gedək baxaq. Orxan bizi sığortalamaq üçün başqa oyuncaqlar təklif etdi, sanki bir anlıq razılaşdıq da... Amma yox, qızların ağlı-fikri hələ də o çox istədikləri «Kitty»də qalmışdı. 🧸🌸

Avtomobilə yaxınlaşanda Orxan bir az qorxa-qorxa qutunu açdı və... möcüzə baş verdi, o oyuncağı tapdı! Qızların o andakı sevinci yerlə göy arasında çəkilmiş sonsuz bir ip kimi idi.

Həyat inad edənlərindir!

04/06/2026

"Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu", "ROOM Airport" və “Güvən” Xeyriyyə İB-nin birgə tərəfdaşlığı ilə reallaşan "Give a Smile" kampaniyası çərçivəsində bu dəfə sevgi dolu töhfələrimizi Cəlilabada çatdırırıq.

Bu səfərimizdə Cəlilabad Günərzi Qayğı Mərkəzi və Cəlilabad Reabilitasiya Mərkəzinin himayəsində olan, xüsusi qayğıya ehtiyacı olan balaca dostlarımızın qonağı oluruq!

Hava limanındakı xüsusi stendimiz vasitəsilə bu uşaqların dünyasını rəngləndirən, hər bir oyuncaq və kitabla paytaxtdan bölgələrimizə saf sevinc körpüsü salan hər bir sərnişinimizə və xeyirxah dostumuza sonsuz təşəkkürlər! Biz birlikdə daha çox uşağın üzünü güldürməyə davam edirik. 💜💜💜

03/06/2026
01/06/2026

Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu", "ROOM Airport" və “Güvən” Xeyriyyə İB-nin birgə əməkdaşlığı ilə keçirilən "Give a Smile" kampaniyası çərçivəsində növbəti xeyirli köçümüz Kəlbəcər rayon 18 saylı tam orta məktəbinə yollanır.

200 uşaq — 200 oyuncaq və kitab! 👦👧🎁

Aeroportdakı stendimiz vasitəsilə uşaqların dünyasını rəngləndirən, hər bir töhfəsi ilə dağların qoynundakı uşaqlara sevinc körpüsü salan hər bir sərnişinimizə və xeyirxah dostumuza sonsuz təşəkkürlər!

01/06/2026

😍 Uşaqlarda təbəssüm yaradan təşəbbüs

🏢 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gədəbəy rayonunun Şınıx kənd məktəbində tədbir keçirilib.

🎒 Tədbir Gədəbəy rayonunun Çay Rəsullu, Göyəlli və Şınıx kənd məktəblərinin 1–4-cü siniflərində təhsil alan 70-dək uşağın iştirakı ilə baş tutub.

🎨 Layihə çərçivəsində müxtəlif interaktiv oyunlar, peşəkar animatorların iştirakı ilə əyləncəli proqramlar və yaradıcı boyama master-klasları təşkil edilib.

🎁 Tədbirdə iştirak edən ASCO nümayəndələri görüşün sonunda şagirdlərə dənizçilər adından xüsusi hədiyyələr təqdim edərək, onları bayram münasibətilə təbrik ediblər.

🤝 Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə baş tutan tədbirin əsas məqsədi ucqar dağ kəndlərində yaşayan uşaqların sosial-mədəni inkişafına, onların asudə vaxtının səmərəli və maraqlı təşkilinə dəstək olmaqdır.

Address

Baku

Telephone

+994553265432

Website

Alerts

Be the first to know and let us send you an email when Güvən Xeyriyyə İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Güvən Xeyriyyə İctimai Birliyi:

Share