Gənc Mühasiblər İctimai Birliyi

Gənc Mühasiblər İctimai Birliyi “Gənc Mühasiblər” İctimai Birliyi (GMB) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qərarı ilə “

“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına start verildi.Gənc Mühasiblər İctimai Birliyi...
18/06/2026

“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına start verildi.
Gənc Mühasiblər İctimai Birliyinin “ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan Respublikasının QHT- lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi universitet məzunları və işsiz gənclər üçün karyera planlaması, müsahibə bacarıqları və iqtisadi biliklərin artırılması istiqamətində imkanlar yaratmaq, onların məşğulluq səviyyəsini yüksəltmək və əmək bazarına inteqrasiyasını asanlaşdırmaqdır.Bu layihə gənclərin məşğulluq səviyyəsini artırmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və iş dünyasına inteqrasiya imkanlarını genişləndirmək məqsədi daşıyır.
Layihə çərçivəsində gənclərə 2 aylıq “F3 Mühasibatlıq Kursu və Karyera inkişaf təlimləri ” keçiriləcək. Bu kurs beynəlxalq standartlara uyğun olacaq və praktik mühasibatlıq bilikləri qazandıracaq. Daha sonra bu layihə çərçivəsində “İqtisadi Bacarıqlar və Karyera Günü” festivalı olacaq. Layihə nəticəsində gənclərin peşəkar bacarıqları, iqtisadi savadlılığı və məşğulluq potensialı əhəmiyyətli dərəcədə artacaq.
Layihə 3 ay müddətində icra olunacaq.

Gənc Mühasiblər İctimai Birliyinin üzvlük endirim kartları artıq hazırdır!Dəyərli üzvlərimiz, üzvlük kartlarınız təqdima...
17/06/2026

Gənc Mühasiblər İctimai Birliyinin üzvlük endirim kartları artıq hazırdır!

Dəyərli üzvlərimiz, üzvlük kartlarınız təqdimata hazırdır. Kart sahibləri tərəfdaşlarımızın təqdim etdiyi xüsusi endirim və imtiyazlardan yararlana biləcəklər.

💙 Bizə göstərdiyiniz etimada və GMİB ailəsini seçdiyinizə görə hər birinizə təşəkkür edirik.

📌 Birlikdə öyrənək, inkişaf edək və uğurlara imza ataq!

15 İyun – Milli Qurtuluş Günü 🇦🇿Bu gün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan Milli Qurtuluş Gününü qüru...
15/06/2026

15 İyun – Milli Qurtuluş Günü 🇦🇿

Bu gün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan Milli Qurtuluş Gününü qürurla qeyd edirik. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz sabitliyə, inkişafa və tərəqqiyə doğru mühüm addımlar atdı.

Milli Qurtuluş Gününüz mübarək!

Qurban Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar və bol nailiyyətlər arzulayırıq. B...
27/05/2026

Qurban Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar və bol nailiyyətlər arzulayırıq. Bu müqəddəs bayramın ölkəmizə bərəkət, evlərinizə isə hüzur, rifah və sevinc gətirməsini diləyirik.

💼 Maliyyə sahəsində karyeranızı növbəti mərhələyə daşımağa hazırsınız?🌍 Maliyyə Direktoru üzrə peşəkar kvalifikasiya pro...
20/05/2026

💼 Maliyyə sahəsində karyeranızı növbəti mərhələyə daşımağa hazırsınız?

🌍 Maliyyə Direktoru üzrə peşəkar kvalifikasiya proqramı ilə aşağıdakı istiqamətlər üzrə beynəlxalq səviyyədə bilik əldə edin:

✔️ Business Performance Management
✔️ Advanced Financial Reporting
✔️ Financial Management and Analysis
✔️ Corporate Finance Management
✔️ Risk Management in Practice
✔️ Management Accounting
✔️ Professional Ethics

🎯 CFO, financial director və digər yüksək maliyyə rəhbərliyi vəzifələrini hədəfləyənlər üçün ideal proqram.

📍 Beynəlxalq sertifikat
📈 Praktiki yönümlü modul sistemi
🏆 Karyera inkişafı üçün güclü imkan

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən Gənc Mühasiblər İctimai Birliyinin 5 aylıq “Mühasib” pe...
15/05/2026

Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən Gənc Mühasiblər İctimai Birliyinin 5 aylıq “Mühasib” peşə hazırlığı kursunun növbəti qrupu uğurla başa çatdırılmışdır.
Kurs müddətində iştirakçılar həm nəzəri, həm də praktiki biliklər üzrə “Maliyyə Uçotu” və “Vergi Uçotu” sahələrində təlim almışlar.

Qeyd edək ki, kursu uğurla bitirən məzunlar sertifikatlarını təqdimetmə mərasimində almış və rəsmi işlə təmin olunmaları üçün dəstək göstərilmişdir. Məzunlarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

10 May — Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Onun dövlətçilik irsi və Azərbaycan üçün gö...
10/05/2026

10 May — Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Onun dövlətçilik irsi və Azərbaycan üçün gördüyü xidmətlər daim hörmətlə anılır.🇦🇿

Xalqın yaddaşında əbədi yaşayacaq böyük şəxsiyyət... Ulu Öndəri dərin ehtiramla anırıq. 🇦🇿
10/05/2026

Xalqın yaddaşında əbədi yaşayacaq böyük şəxsiyyət... Ulu Öndəri dərin ehtiramla anırıq. 🇦🇿

9 May – Faşizm üzərində Qələbə GünüBu tarix yalnız keçmişin deyil, həm də qəhrəmanlığın, birlik və mübarizə ruhunun simv...
08/05/2026

9 May – Faşizm üzərində Qələbə Günü

Bu tarix yalnız keçmişin deyil, həm də qəhrəmanlığın, birlik və mübarizə ruhunun simvoludur.
Qələbəyə gedən yolda canından keçən bütün qəhrəmanların xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Qələbə Günü münasibətilə hər kəsi təbrik edirik! 🇦🇿

💳 Gənc Mühasiblər İctimai Birliyi üzvlüyü – yalnız bir qeydiyyat deyil, gələcəyinə atdığın real bir addımdır.Üzv olaraq ...
05/05/2026

💳 Gənc Mühasiblər İctimai Birliyi üzvlüyü – yalnız bir qeydiyyat deyil, gələcəyinə atdığın real bir addımdır.

Üzv olaraq sən:
✔ Peşəkar təlim və seminarlarla biliklərini artırırsan
✔ Praktiki bacarıqlar qazanırsan
✔ Sahə üzrə güclü networking imkanları əldə edirsən
✔ Endirim və əməkdaşlıq imkanlarından yararlanırsan
✔ Öz inkişaf yolunu daha sürətli qurursan

Mühasibatlıq sahəsində irəliləmək istəyirsənsə, doğru ünvan buradır.

Üzv ol, inkişaf et, fərq yarat.🚀

Address

Səməd Vurğun Küçəsi 43
Baku
AZ1014

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994709314241

Alerts

Be the first to know and let us send you an email when Gənc Mühasiblər İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənc Mühasiblər İctimai Birliyi:

Share