06/05/2026
Bakıda Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə, MÜSİAD Azərbaycanın da tərəfdaşı olduğu “IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi” təşkil olunub. Tədbir çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət qurumlarının nümayəndələri, akademiklər, mühəndislər, iş adamları və qeyri-hökumət təşkilatlarının təmsilçiləri bir araya gəliblər.
Zirvə çərçivəsində mühəndislik təhsili, müdafiə sənayesi, enerji və dayanıqlılıq, zəlzələyə davamlı tikililər, kibertəhlükəsizlik və süni intellekt kimi mövzular üzrə panel və müzakirələr keçirilib. Tədbirdə Türk dünyasında ortaq texnologiya ekosisteminin formalaşdırılması, elmi-texniki əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Proqram çərçivəsində, həmçinin B2B görüşlər, şirkət ziyarətləri və iştirakçılar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlmiş görüşlər təşkil olunub.