Azad İqtisadiyyata Yardım ictimai birliyi

Azad İqtisadiyyata Yardım ictimai birliyi Azad İqtisadiyyata Yardım ictimai birliyi 2006-cı ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib.

24/04/2026

📊 Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin auditinin nəticələrinə dair məlumatı diqqət çəkən məqamları ortaya qoyur.

Gəncə şəhərində, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində inşa olunan 249 mənzilli yaşayış binası ilə bağlı korrupsiya aşkar edilib.

Belə ki, dövlət ekspertizasından keçmiş layihədə nəzərdə tutulandan artıq iş həcmləri smeta sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilib.

❗ Nəticədə obyektin müqavilə dəyəri 79 371,21 manat artırılıb və podratçıya artıq vəsait ödənilib.

05/03/2026
14/02/2026
21/10/2025

Almaniyadır, kiçik bir yol qəzası baş verib, yanğınsöndürən, təcili yardım, polis - hamısı tökülüb gəlib 😊 nə yanğın var, nə də yaralanan… sadəcə insan həyatına qiymət var!

27/03/2025
BMT-nin qlobal İqlim Dəyişikliyi Konfransının (COP29 – Tərəflərin Konfransı) 29-cu sesiyası 2024-cü ilin noyabrında Azər...
20/02/2024

BMT-nin qlobal İqlim Dəyişikliyi Konfransının (COP29 – Tərəflərin Konfransı) 29-cu sesiyası 2024-cü ilin noyabrında Azərbaycanında keçiriləcək. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq qeyd edək ki, təxminən iki həftə sürəcək konfransda on minlərlə xarici qonağın iştirakı gözlənilir. Eləcə də qonaqlar arasında Qərb ölkələri də olmaqla onlarla dünya lideri, yüksək ranqlı siyasətçilər və beynəlxalq təşkilatların rəhbərləri olacaq.

COP29 Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra ölkə ərazisində keçirilən ilk qlobal konfrans və ümilikdə müstəqillik dövründə ev sahibliyi ediləcək ən böyük beynəlxalq tədbir olacaq. Bu baxımdan COP29-un Azərbaycanda keçirlilməsi ətraf mühit məsələləri ilə yanaşı, siyasi və iqtisadi baxımından ölkə üçün böyük əhəmiyyət daşıyır.

Bununla belə, COP29 kimi möhtəşəm bir qlobal tədbirə ev sahibliyi edəcək Azərbaycanda vətəndaş hüquqları və ətraf mühitlə bağlı çoxsaylı problemlər var. Bu problemlər sırasına siyasi motivli həbslər, vətəndaş cəmiyyəti mühitinin daralması, məişət zorakılığı, korrupsiya, ətraf mühitin, xüsusilə də Abşeron yarımadasının neftlə çirklənməsi və su ehtiyatlarının azalmasına qarşı hökumətin fəaliyyətinin səmərəsizliyi və koronovirus pandemiyası bitdikdən sonra heç bir əsas olmadan quru sərhədlərin vətəndaşlar üçün bağlı saxlanmasını aid etmək olar.

Bütün bunları nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən QHT-lər olaraq Azad İqtisadiyyata Yardım ictimai birliyi, EcoFront, Qadınların Gücləndirilməsi Mərkəzi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Vətəndaş Hüquqları İnstitutu COP29 tədbirinə həm də ölkədəki vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması imkanı kimi baxır, COP29 - Ədalət Mühiti Təşəbbüsünü təsis edir və qeyd olunanan məsələlərin həlli üçün imkanlarını birləşdirərək analitik, vəkillik və əməkdaşlıq tədbirlərini həyata keçirməyi qərara alıb.

31/10/2023

Nəhayət ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 11 ildən sonra Gəncə şəhəri Nizami küçəsi 183A ünvanında yaşayan Ağamirovlar ailəsinə məxsus evin bir hissəsinin və həyətinin qanunsuz sökülməsi ilə bağlı məhkəmə çəkişmələrinə nöqtə qoydu.

2012-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti Nizami küçəsinin genişləndirilməsi adı altında 100-dən artıq özəl ev və torpaq sahəsini qanunsuz olaraq tam və ya qismən dağıtmışdı, ancaq sakinlərə adekvat kompensasiya verməmişdi. Bu evlərdən biri də Ağamirovlar ailəsinə məxsus idi. Həmin dövrdən etibarən Azad İqtisadiyyata Yardım ictimai birliyi Mülkiyyət Hüquqları layihəsi çərçivəsində Ağamirovlar ailəsinə hüquqi yardım göstərərək məhkəmədə iddia qaldırmışdı.

Çox təəssüf ki, 7 il ərzində Gəncə İnzibati və Apelyasiya məhkəmələri işə baxmayıb, prosesləri uzadıb və ya qanunsuz olaraq geri qaytarıb. Həmin dövrdə iş üzrə Ali Məhkəmə iki dəfə ədalətli qərar qəbul edərək Gəncə Apelyasiya Məhkəməsinin qərarlarını ləğv edib.

Nəhayət, 2022-ci il iyun ayının 1-də Gəncə İnzibati Məhkəməsi iş üzrə iddianı təmin edərək Şəhər İcra Hakimiyyətinin üzərinə mülkiyyətçi Rövşən Ağamirova 52 min manat maddi, 1000 manat isə mənəvi kompensasiya ödənməsi öhdəliyini qoyub. İcra Hakimiyyəti işlə bağlı apelyasiya şikayəti vermişdi. 2022-ci il sentyabrın 2-də Gəncə Apelyasiya Məhkəməsi apelyasiya şikayətini rədd etmişdi və kompensasiya ödənməsi haqda qərarı qüvvədə saxlamışdı. Gəncə rəhbərliyi bu qərardan da kassasiya şikayəti vermişdi. Ali Məhkəmə oktyabrın 27-də kassasiya şikayətini rədd edərək Gəncə Apelyasiya Məhməkəsinin qərarını qüvvədə saxlayıb. Beləliklə də, Gəncə İcra Hakimiyyətinin zərərçəkmişə 53 min manat kompensasiya ödəmək öhdəliyi qanuni qüvvəyə minmiş oldu.

Məhkəmə işlərini hüquqşunaslar Ziya Guliyev və Emin Abbasov başlayıb, son 4 ildə isə vəkil Fariz Namazli aparıb və uğurla tamamlayıb.

Bu işin tarixçəsi ilə şərh yerinə əlavə etdiyimiz videoda tanış ola bilərsiz.

Bertelsmann Tranaformasiya İndeksi 2022 hesabatına görə, Azərbaycanda 2020-ci ildə keçirilən növbədənkənar parlament seç...
23/02/2023

Bertelsmann Tranaformasiya İndeksi 2022 hesabatına görə, Azərbaycanda 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib, azad və ədalətli rəqabətə şərait yaradılmayıb. Siyasi və iqtisadi imkanların hakim Əliyevlər ailəsinin əlində inhisarlaşması artıb, avtoritar hakimiyyətin möhkəmlənməsi davam edib. Azərbaycanın hakim ailəsi yenə də böyük iqtisadi və siyasi islahatlara başlamaq istəməyib və hakimiyyət üzərində nəzarəti gücləndirmək yolunu davam etdirib.

“Demokratiyanın yeri azalmaqdadır.” Beynəlxalq “Bertelsmann Stiftung” Fondunun yeni Transformasiya İndeksi hesabatında belə deyilir. Demokratiya, idarəetmə və siyasi transformasiyalarla bağlı araşdırma və təhlillər aparan “Bertelsmann Stiftung”ın Transformasiya İndeksi ...

Azərbaycanda korrupsiya əleyhinə mübarizə mexanizmləri sıradan çıxarılıb. Buna görə də korrupsiya sahəsində cinayətlərin...
04/02/2023

Azərbaycanda korrupsiya əleyhinə mübarizə mexanizmləri sıradan çıxarılıb. Buna görə də korrupsiya sahəsində cinayətlərin araşdırılması məntiqi sonluğa çatmır.

İqtisadçı Zöhrab İsmayılla Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya Qavrama İndeksində Azərbaycanın kəskin geriləməsi və ölkədə korrupsiya ilə mübarizəni...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Azad İqtisadiyyata Yardım ictimai birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azad İqtisadiyyata Yardım ictimai birliyi:

Share