Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası Azərbaycanda Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçılarını bir platformada birləşdirməkdir.

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) ölkədə fəaliyyət göstərən qabaqcıl meyvə və tərəvəz istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, me

yvə-tərəvəz istehsalının artırmaq, ölkənin ixrac imkanlarının genişləndirmək məqsədi ilə təsis edilmişdir.

2025-ci il iyunun  4-də Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) sədr müavini Ja...
05/06/2025

2025-ci il iyunun 4-də Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) sədr müavini Jalə Əmirbəyova və icraçı direktoru Vüqar Əlimirzəyev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən 17-ci Karyera Sərgisində iştirak ediblər

28/05/2025
10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü
10/05/2025

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü

AMTA üzvləri ilə AQTA rəsmiləri arasında “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi keçirilib2025-...
16/04/2025

AMTA üzvləri ilə AQTA rəsmiləri arasında “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi keçirilib

2025-ci il aprelin 16-da Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) üzvləri ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi nümayəndələri arasında “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbirin məqsədi layihənin sahibkarların təcrübə və ehtiyaclarına uyğun şəkildə formalaşdırılması, həmçinin bitki mühafizəsi sahəsində mövcud çağırışların və imkanların birlikdə dəyərləndirilməsi olmuşdur.

Müzakirədə çıxış edən AMTA-nın İdarə Heyətinin sədri Bəşir Quliyev, qanun layihəsinin ictimai rəy əsasında hazırlanmasını yüksək qiymətləndirmiş, bunun sahibkarların maraqlarının nəzərə alınması baxımından əhəmiyyətini vurğulamışdır. O, həmçinin gələcəkdə bitki mühafizə tədbirlərinin təkmilləşdirilməsi istiqamətində Assosiasiya üzvlərinin təkliflərini təqdim etmişdir.

Görüş zamanı Assosiasiya üzvlərinin fikir və rəyləri dinlənilmiş, səsləndirilən suallar AQTA nümayəndələri tərəfindən cavablandırılmışdır.

Bu cür dialoq platformaları dövlət qurumları ilə kənd təsərrüfatı sektorunun nümayəndələri arasında qarşılıqlı anlayış və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

20 Yanvar - şəhidlərimizi qürur və ehtiramla anırıq!
19/01/2025

20 Yanvar - şəhidlərimizi qürur və ehtiramla anırıq!

Address

Rashid Behbutov 71, 2nd Floor
Baku
AZ1022

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası:

Share