ADU TGT

ADU TGT Azəbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı

Azerbaijan University of Languages Student Youth Organization

Offical page

Tələbə Gənclər Təşkilatının tarixi:
Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı 2005-ci may ayında yaradılmışdır. Tələbə Gənclər Təşkilatının yaradılması Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə layihəsi əsasında baş tutmuşdur. ADU-nun Tələbə Gənclər Təşkilatı 2009-cu ilin noyabr ayında Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının formalaşdırılmasında iştirak et

mişdir. Hal-hazırda həmin İttifaqın üzvüdür və İttifaqda Sədr, sədr müavini, İdarəetmə Şurasının bir üzvü olmaqla cəmi 3 nəfərlə təmsil olunur. Hal- hazırda təşkilata Faiq Məmmədov rəhbərlik edir.

Ünvan: Azərbaycan Dillər Universiteti Əsas tədris binası otaq: 218
2N-li tədris binası otaq: 500

Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyinə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir. ADU-nun daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat çempionatları, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nın üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Maraq və ixtisas dairəsinə əsaslanan bu layihələri həyata keçirən layihənin müəllifidir. Tələbə ideyasını TGT Layihələr Departamentinə təqdim edir. Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb mövzuya uyğun olan departamentə ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişlərdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihə start halını alır. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Layihənin məkanı və zamanı müəyyənləşdirildikdən sonra layihə başlayır. Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni fakültə sədrləri təşkil edir. Bundan əlavə, hər fakültənin qruplar üzrə nümayindələri (koordinatorları) olur. Bu sistem vasitəsi ilə ADU TGT tələbələrin asudə vaxtının təşkilində və onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə informasiyalandırmış olur. Tələbə Gənclər Təşkilatının fəaliyyət istiqamətləri:
Tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etmək;
Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
Tələbələr arasında maarifləndirmə işinin aparılması;
Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
Tələbələrin hüquqlarının təmin edilməsi;
Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
Təşkilata üzvlük: Tələbə Gənclər Təşkilatına üzvlük könüllü və hər bir tələbə üçün açıq xarakter daşıyır. Təşkilatın strukturu: Təşkilatın ali orqanı Konfransdır.Təşkilatın sədr,sədr müavinləri və İdarəetmə Şurasının üzvləri Konfransda seçilir.Konfrans hər 2 ildən bir təşkil çağırılır.İdarəetmə Şurası Konfranslararası dövrdə Təşkilatın fəaliyyətinə rəhbərlik edir. Şura Təşkilatın sədri, sədr müavinləri, universitetin 7 fakültəsinin TGT sədrləri və hər fakültədən bir sədr müavini olmaqla 17 nəfərdən təşkil olunur. ADU Tələbə Gənclər Təşkilatına Sədr başçılıq edir. Sədr müavinləri İcraedici və sərəncamverici səlahiyyətləri yerinə yetirməkdə Təşkilat sədrinə kömək edir. ADU Tələbə Gənclər Təşkilatının strukturuna aşağıdakı fakültələrin Tələbə Gənclər Təşkilatları daxildir:

Regionşünaslıq və Beynəlxalq Münasibətlər
Filologiya və Jurnalistika
Tərcümə
Pedaqoji

Fakültə TGT-lərinin işini fakültə tələbələrindən ibarət İdarə Heyəti həyata keçirir. Fakültələrin Tələbə Gənclər Təşkilatlarına Sədr və 2 Sədr müavini rəhbərlik edir Fakültə TGT-lərinin strukturuna Qrupların Tələbə Gənclər Təşkilatları daxildir. Qrup TGT-lərinə qrup tələbələri arasından seçilmiş Sədr və Sədr müavini rəhbərlik edir.
İcra Orqanları: İcra orqanlarının ümumi işinə İcraçı Direktor rəhbərlik edir və öz fəaliyəti zamanı Təşkilat sədrinə tabedir. ADU Tələbə Gənclər Təşkilatının İcra orqanları Departamentlərdir.Departamentlərə Direktorlar rəhbərlik edir. Departamentlərin tərkibinə daha kiçik icra strukturları olan Klublar və İşçi Qruplar daxildir.Klub və İşçi Qruplara isə Koordinatorlar rəhbərlik edir. Departamentlər aşağıdakılardır:
Ümumi işlər
İctimaiyyətlə Əlaqələr
Layihələr
İnsan Resursları
Vətənpərvərlik
Mədəniyyət və Kütləvi tədbirlər
Xarici işlər və Fand-Reyzinq

İctimaiyyətlə Əlaqələr: Departament təşkilatın ictimai əlaqələrini, tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasını təşkil edir,TGT-nin təqdimatını həyata keçirir. Layihələr: Departament Təşkilatın layihələrin hazırlanması və idarə olunmasını həyata keçirir.

İnsan Resursları: Təşkilat üzvlərinin uçotunun aparılması, yeni üzvlərin qəbulunu həyata keçirir, təşkilatın müvafiq bölmələrinə resursların yerləşdirilməsiylə bağlı tövsiyyələr verir. Mədəniyyət və Kütləvi tədbirlər: Departament Mədəni proqramlar və layihələrin həyata keçirilməsini təmin edir. Kütləvi tədbirlər təşkil edir.Tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində faəliyyət göstərir. Xarici işlər və Fand-Reyzinq: Təşkilata müxtəlif tədbirləri keçirmək üçün sponsorların, maliyyə vəsaitinin cəlbi kimi məsələləri həll edir. Nəzarət Təftiş komissiyası: Təşkilatın Nəzarət Təftiş Komissiyası (NTK) təşkilatın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti həyata keçirir. NTK-nın say tərkibi 5 (beş) nəfərdən ibarət olmaqla Konfrans tərəfindən 2 (iki) il müddətinə seçilir.Komissiyanın fəaliyyətinə NTK sədri rəhbərlik edir. Klublar aşağıdakılardır:
İntellektual Oyunlar klubu
Debat klubu
Diplomat klubu
Musiqi klubu
Kitab klubu
Yazarlar klubu
Rəqs klubu
Linqvistika klubu
Sağlamlıq klubu
Rəsm klubu
İdman klubu

İntellektual Oyunlar klubu: Tələbələrin intellektual səviyyəsini yoxlamağa, yeni biliklər əldə etməyə xidmət edir. Oyunlar hər həftə keçirilir. İldə iki dəfə olaraq isə yaz, payız kubokları adlı çempionat keçirir. Debat klubu: Tələbələrin fikirlərini azad şəkildə ifadə etmək, müzakirələr aparmaq, nitq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Klub universitet tarixində bir neçə dəfə böyük uğurlar əldə etmişdir. 2012-ci ildə keçirilən Bakı Debat Forumunun rus bölməsi üzrə qalibi olmuşdur. Vətənpərvərlər klubu: Tələbələrin vətənpərvərlik ruhunun yüksəldilməsinə, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkil olunmasına xidmət edir. Diplomat klubu: Bir sıra məhşur ictimai-siyasi xadimlərlə, ekspertlərlə tələbələrin görüşlərinin, tələbələr arasında simulyasiya oyunlarının təşkilinə xidmət edir. Ekologiya klubu: Tələbələrin müxtəlif bölgələrə, muzeylərə ekskursiyasının, universitetdə ekoloji maarifləndirici tədbirlərin təşkil olunmasına xidmət edir.

Address

Rashid Behbudov
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 15:00

Telephone

+994519033090

Alerts

Be the first to know and let us send you an email when ADU TGT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ADU TGT:

Share