ELSA Azerbaijan

ELSA Azerbaijan The European Law Students’ Association Azerbaijan

📣Dəyərli dostlar, ℹ️ 24 may tarixində “Silahlı münaqişələr zamanı ətraf mühit hüquqlarının qorunması” mövzusunda esse mü...
13/06/2026

📣Dəyərli dostlar,

ℹ️ 24 may tarixində “Silahlı münaqişələr zamanı ətraf mühit hüquqlarının qorunması” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutmuşdur.

🏆Belə ki, sahə üzrə peşəkar mütəxəssis tərəfindən esselər yoxlanmış və ən yaxşı üç essenin müəllifi qalib seçilmişdir.
1-ci yerə Sürəyya İzzətzadə, 2-ci yerə Leyla Hacıxanlı, 3-cü yerə isə Röya Məmmədlinin müəllifi olduğu esselər layiq görülmüşdür.

Sonda müsabiqənin partnyoru olan “Academstar” Tədris Mərkəzinə göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildirir, qalibləri isə bir daha ürəkdən təbrik edirik.

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli

📣 Hörmətli dostlar,24 may 2026-cı il tarixində ELSA Azərbaycanın XIII Ümumi Yığıncağının 2-ci günü keçirilmişdir!XIII Üm...
08/06/2026

📣 Hörmətli dostlar,

24 may 2026-cı il tarixində ELSA Azərbaycanın XIII Ümumi Yığıncağının 2-ci günü keçirilmişdir!

XIII Ümumi Yığıncağın 2-ci günü Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuşdur. XIII Ümumi Yığıncağın 2-ci gününü açıq elan edən ELSA Azərbaycanın Baş Katibi Murad Əsgərov tərəfindən Ümumi Yığıncağın tərkibi elan olunmuşdur.

XIII Ümumi Yığıncağın 2-ci gününün gedişində ELSA Azərbaycan tərəfindən həyata keçirilən Esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutmuşdur. Yekun Plenariyada 2026/2027-ci illər üzrə Milli İdarə Heyətinə namizədliyi təsdiq olunmuş şəxslər platformaları ilə Ümumi Yığıncaq qarşısında çıxış etmişlər. Son olaraq isə 2026/2027-ci illər üzrə Etika Komissiyasına namizədliyi irəli sürülmüş şəxslər haqqında Yığıncaq üzvlərinə məlumat verilmişdir.

XIII Ümumi Yığıncağın 2-ci gününün rəsmi hissəsi səsvermə prosesi ilə yekunlaşmışdır. Səsvermə nəticəsində ELSA Azərbaycanın 2026/2027-ci illər üzrə Etika Komissiyası və Milli Idarə Heyəti formalaşmışdır.

XIII Ümumi Yığıncağın 2-ci günü “Qala gecəsi” ilə yekunlaşmışdır.

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli.

📣 Hörmətli dostlar,23 may 2026-cı il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə ELSA Azərbaycanın XIII...
06/06/2026

📣 Hörmətli dostlar,

23 may 2026-cı il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə ELSA Azərbaycanın XIII Ümumi Yığıncağının ilk günü keçirilmişdir!

XIII Ümumi Yığıncaq Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunmuşdur. XIII Ümumi Yığıncağı açıq elan edən ELSA Azərbaycanın Baş Katibi Murad Əsgərov tərəfindən Ümumi Yığıncağın tərkibi elan olunmuşdur.

Daha sonra ELSA Azərbaycanın 2025/2026-cı illər üzrə Milli İdarə Heyəti və Auditorlar Şurası illik hesabatlarını təqdim etmişdir.

İlk günün davamında ELSA Azərbaycanın Milli İdarə Heyəti üzvləri tərəfindən Yığıncaq üzvləri üçün müxtəlif mövzularda vörkşoplar təşkil olunmuşdur.

XIII Ümumi Yığıncağın ilk gününün rəsmi hissəsi Plenariya ilə yekunlaşmışdır. Plenariya çərçivəsində ELSA Azərbaycanın yeni Reqlamentinin layihəsi Ümumi Yığıncaq üzvlərinə təqdim edilmiş, müvafiq müzakirələr aparılmış və suallar cavablandırıldıqdan sonra səs verməyə qoyulmuşdur. Səs vermə nəticəsində ELSA Azərbaycanın yeni Reqlamenti qəbul edilmiş və qüvvəyə minmişdir.

XIII Ümumi Yığıncağın təşkilində göstərdikləri dəstəyə görə ASAN İnnovativ İnkişaf Mərkəzinə dərin minnətdarlığımızı bildiririk!

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli.

📣Dəyərli dostlar, 2 may 2026-cı il tarixində XV Milli Məhkəmə Müsabiqəsinə hazırlıq çərçivəsində növbəti silsilə təlimlə...
04/06/2026

📣Dəyərli dostlar,

2 may 2026-cı il tarixində XV Milli Məhkəmə Müsabiqəsinə hazırlıq çərçivəsində növbəti silsilə təlimlər baş tutmuşdur.

🗣️İlk təlim “Vəkilin mülki məhkəmə icraatında rolu” mövzusunda keçirilmişdir. Təlimçi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Aydan Rəhimli çıxış etmişdir. Təlim çərçivəsində vəkilin mülki məhkəmə icraatında hüquqi statusu, prosessual hüquq və vəzifələri, tərəflərin maraqlarının müdafiəsində oynadığı rol, iddia ərizələrinin hazırlanması və s. kimi məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur.

🗣️Növbəti təlim “İnzibati icraatın prinsipləri” mövzusunda keçirilmişdir. Təlimçi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev çıxış etmişdir. Təlim çərçivəsində inzibati icraatın əsas prinsipləri, tərəflərin hüquq və mənafelərinin müdafiəsində onların əhəmiyyəti, məhkəmə təcrübəsi və s. kimi məsələlər müzakirə olunmuşdur.

Təlimlərin sonunda sual-cavab sessiyaları olmuş, iştirakçıları maraqlandıran mövzular barəsində fikir mübadiləsi aparılmışdır.

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli.

📣 Dəyərli dostlar,26 aprel 2026-cı il tarixində ELSA Azərbaycan tərəfindən “Cinayət mühakimə icraatının əsasları” mövzus...
02/06/2026

📣 Dəyərli dostlar,

26 aprel 2026-cı il tarixində ELSA Azərbaycan tərəfindən “Cinayət mühakimə icraatının əsasları” mövzusunda təlim keçirilmişdir.

Təlimçi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü hüquqşünas Fərid Həsənov çıxış etmişdir. O, 2006-2013-cü illər ərzində AR DİN Polis Akademiyasında, 2014-cü ildən isə AR Gömrük Komitəsinin Akademiyasında Cinayət Prosessi fənnini tədris edir. Fərid Həsənov həmçinin 2018-ci ildən etibarən AR Ədliyyə Akademiyasında vəkillər və vəkilliyə namizədlərə təlimlər keçir. 2020-ci ildən etibarən ADA universitetində cinayət prosesi fənnini tədris edən Fərid müəllim 2023-cü ildə AR Vəkillər Kollegiyasının “Fəxri Hüquq Doktoru” adına layiq görülmüşdür.

Təlim zamanı iştirakçılara cinayət hüququ, habelə cinayət-prosesual hüquq münasibətləri, bu sahələrlə əlaqədar yaranan münasibətlərin hansı yolla həll edilməsini öyrənməklə yanaşı, ayrı-ayrılıqda cinayət icraatının predmeti, rolu və mahiyyəti barədə nəzəri və praktiki biliklər ötürülmüşdür.

📌Qeyd edək ki, təlim Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışına hazırlıq çərçivəsində həyata keçirilmişdir.

Təlimçi qismində iştirakçılarla təcrübələrini paylaşdığı üçün Fərid bəyə xüsusi təşəkkürümüzü bildiririk!

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli.

🔔Dəyərli dostlar,ℹ️ 16 may 2026-cı il tarixində Bakı Dövlət Universitetində, BDU Debat Klubu ilə əməkdaşlıq çərçivəsində...
29/05/2026

🔔Dəyərli dostlar,

ℹ️ 16 may 2026-cı il tarixində Bakı Dövlət Universitetində, BDU Debat Klubu ilə əməkdaşlıq çərçivəsində, ELSA Azərbaycan tərəfindən ölkəmizdə beşinci dəfə təşkil olunan “Hüquqi Debat Müsabiqəsi” baş tutmuşdur.

Müsabiqədə müxtəlif universitetlərin tələbələri çıxış etmiş, onların çıxışları müxtəlif universitetlərin Debat Klublarının təcrübəli hakimlər heyəti tərəfindən qiymətləndirilmişdir.

✅ Final mərhələsinin nəticəsinə əsasən İlahə Murad və Kəmalə Bayramova I yerə, Eşqin Məmmədzadə və İbrahimxəlil Rəhimov isə II yerə layiq görülmüşdür.

Müsabiqənin sonunda final mərhələsində iştirak edən hər iki komanda üzvlərinə sertifikat hədiyyələr verilmiş və hakimlərə təşəkkürnamələr təqdim edilmişdir.

Qeyd edək ki, Kəmalə Bayramova “Ən yaxşı natiq.” nominasiyasına layiq görülmüşdür.

Son olaraq qalibləri təbrik edir, göstərilən dəstəyə görə BDU Debat Klubuna dərin minnətdarlığımızı bildiririk!

Hörmətlə,

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli

📣 Dəyərli dostlar,10 may 2026-cı il tarixində ELSA Azərbaycan və Bakı Dövlət Universiteti Debat Klubunun əməkdaşlığı çər...
21/05/2026

📣 Dəyərli dostlar,

10 may 2026-cı il tarixində ELSA Azərbaycan və Bakı Dövlət Universiteti Debat Klubunun əməkdaşlığı çərçivəsində Hüquqi Debat Müsabiqəsinin 5-ci buraxılışına hazırlıq məqsədilə təlim baş tutmuşdur.

Təlimin spikeri, A kateqoriyalı təlimçi İlahə Lətifova iştirakçılara debat sənətinin fundamental əsaslarını və müxtəlif debat növlərini yaxından tanıtmışdır. Təlim çərçivəsində parlamentar debat formatının incəlikləri, çıxış sırasının düzgün tənzimlənməsi, zamanın effektiv idarə olunması və raundlar zamanı diqqət yetirilməsi vacib olan strateji məqamlar ətraflı şəkildə təhlil edilmişdir.

Sonda iştirakçılar müsabiqənin əsas qətnaməsi olan “Regionlarda ağıllı şəhər layihələrinin sayı artırılmalıdır” mövzusu ətrafında da yaxından tanış olmuş və gələcək debat raundlarında uğurla iştirak etmək üçün lazımi biliklərə yiyələnmişlər.

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli.

📣Dəyərli dostlar, 30 may 2026-ci il tarixində Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışının final mərhələsi keçiriləcəkdi...
19/05/2026

📣Dəyərli dostlar,

30 may 2026-ci il tarixində Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışının final mərhələsi keçiriləcəkdir. Sizləri Azərbaycan Respublikasının Ali Məhkəməsində təşkil olunacaq final mərhələsini izləməyə dəvət edirik!

Qeyd edək ki, müsabiqənin qaliblərini mükafat fondu və təcrübə imkanları imkanları gözləyir.

Müsabiqədə izləyici kimi iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin! İştirakçı sayı məhdud olduğundan seçim motivasiya məktubu əsasında aparılacaqdır.

🔗Qeydiyyat linki: https://forms.gle/qsHyP3xVpnjM36QT7

⏳Tarix: 30.05.2026, 10:30.
Son qeydiyyat tarixi: 23.05.2026, 23:59.

📥 Hər hansı sualınız olarsa, [email protected] ünvanına müraciət edə bilərsiniz.

Hörmətlə,
Tarif, Murad, Tural, Sona, Ətiqə, Səmayə, Turanə, Əli.

📣 Dear friends,The team representing ADA University at 14th edition of one of the flagship projects annually conducted b...
17/05/2026

📣 Dear friends,

The team representing ADA University at 14th edition of one of the flagship projects annually conducted by ELSA International - Helga Pedersen Moot Court Competition, took 2nd place among 22 teams in the Regional Rounds of this competition, organized by ELSA Malta in Valetta, Malta, 27 February - 1 March, 2026. The team got the Runner-Up Diploma which granted them a seat to participate in the Final Oral Round which will be held in Strasbourg, before European Court of Human Rights.

The team members were the students of ADA School of Law Aydan Mehdiyeva, Banovsha Abbasova, Mahira Huseynli and Nigar Huseynova.

We express our congratulations to the administration and academic staff of ADA University’s School of Law and the team for that historical achievement!!

The competition is organized by ELSA International. It simulates the complaint procedures to the European Court of Human Rights, with the Final Round being held annually at the European Court of Human Rights in Strasbourg, France. The competition is named after Helga Pedersen, a Danish lawyer and politician who made history as the first female judge appointed to the European Court of Human Rights in 1971.
The competition consists of three stages: Memorial (written), Regional Rounds (Oral Pleading stage), and the Final Round. To advance to the oral pleading stage, teams must successfully complete the written stage. The Final Stage will be held among 18 teams that have successfully passed to the 3rd stage, at the European Court of Human Rights in Strasbourg, France, 1-6 June, 2026.

We wish the best of luck at the Final stage!

Kind regards,
Tarif, Murad, Tural, Sona, Atiga, Samaya, Turana, Ali.

Address

Hasan Seyidbayli 73
Baku

Telephone

+994506158529

Alerts

Be the first to know and let us send you an email when ELSA Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ELSA Azerbaijan:

Share