Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi, Non-Governmental Organization (NGO), M. Rəsulzadə küç. Binəqədi şosesi 195 B, Baku.

HAQQINDA:
"PXTM" İB Qeyri-hökümət təşkilatıdır.
2016-cı ilin yanvar ayından fəaliyyət göstərir
2016-cı il dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Layihə boyunca tədbirlərin işıqlandırılmasında göstərdiyiniz informasiya dəstəyinə görə hər birinizə minnətdarlığımızı b...
18/10/2025

Layihə boyunca tədbirlərin işıqlandırılmasında göstərdiyiniz informasiya dəstəyinə görə hər birinizə minnətdarlığımızı bildiririk!

“Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” sonuncu tədbiri baş tutub.Azərbaycan Respublikasının Q...
17/10/2025

“Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” sonuncu tədbiri baş tutub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

15 oktyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetində baş tutan tədbirin açılışında çıxış edən Gəncə Dövlət Universitetinin Baş Müşaviri Asif Cavadov tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin gənclərin gələcək həyatlarına təsirləri barədə məlumat verib, Gəncə Dövlət Universitetinin rəhbərliyinin hər zaman gənclərin sosial, psixoloji istiqamətində həyata keçirilən tədbir və layihələri dəstəklədiyini bildirib.

Layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan "Gənclik və düşüncə" adlı kitabçanın əhəmiyyətini vurğulayıb.

Çıxış edən Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının müdiri Zümrüd Cavadova layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.

"Loqos" Psixoloji və Nitq Mərkəzinin Gəncə filialının psixoloqu Ruzziyə Məsimova çıxış edərək gəncləri ən çox narahat edən psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncə şəhər və rayonlarında 6 tədbir keçirilib və ümumilikdə 300-dən çox yeniyetmə və gənclər bu tədbirlərdə iştirak edib, 280 ədəd "Gənclik və düşüncə" adlı kitabça onlara paylanılıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət...
12/10/2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Beyləqan şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

10 oktyabr 2025-ci il tarixində Beyləqan Peşə Məktəbində baş tutan tədbirdə Beyləqan Peşə Məktəbinin direktor müavini Sənani Umudsoy , "Loqos" Psixoloji və Nitq Mərkəzinin Bərdə filialının baş psixoloqu Əşrəf Quliyev, eyni zamanda tələbələr iştirak edib.

Tədbirin açılışında layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan "Gənclik və düşüncə" adlı kitabçanın əhəmiyyətini vurğulayıb.

Çıxış edən Sənani Umudsoy layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.

"Loqos" Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Əşrəf Quliyev çıxış edərək gəncləri ən çox narahat edən sosial, psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət...
11/10/2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

08 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetində baş tutan tədbirdə LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abasova, eyni zamanda tələbələr iştirak edib.

Tədbirin açılışında layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan “Gənclik və düşüncə” adlı kitabçanın əhəmiyyətini vurğulayıb.

Çıxış edən LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abasova çıxış edərək gəncləri ən çox narahat edən sosial, psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncə şəhər və rayonlarında ümumilikdə 6 tədbirin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət...
09/10/2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Biləsuvar şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib.

07 oktyabr 2025-ci il tarixində Biləsuvar şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abasova yeniyetmə və gənclər iştirak edib.

Tədbirin açılışında layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan “Gənclik və düşüncə” adlı kitabçanın əhəmiyyətini vurğulayıb.

Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abasova çıxış edərək gəncləri ən çox narahat edən sosial, psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncə şəhər və rayonlarında ümumilikdə 6 tədbirin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət...
09/10/2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Quba şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib.

02 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında baş tutan tədbirdə universitetin direktoru, professor Yusif Alıyev, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba filialının baş psixoloqu Dilarə Qəribova, universitetin müəllim-psixoloq kollektivi, eyni zamanda tələbələr iştirak edib.
Tədbirin açılışında layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan “Gənclik və düşüncə” adlı kitabçanın əhəmiyyətini vurğulayıb.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba filialının baş psixoloqu Dilarə Qəribova çıxış edərək gəncləri ən çox narahat edən sosial, psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncə şəhər və rayonlarında ümumilikdə 6 tədbirin keçirilməsi nəzərdə tutulur.

Address

M. Rəsulzadə Küç. Binəqədi şosesi 195 B
Baku
AZ1054

Alerts

Be the first to know and let us send you an email when Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi:

Share

Məqsəd və vəzifə:

· Psixologiya və psixoloji xidmət kontekstində milli və beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquqları ilə əlaqəli qanunların təbliği və hüquqi maarifləndirməsi.

· Azərbaycanda psixologiya və psixoloji xidmət sahəsində mövcud olan qanunlarla bağlı maarifləndirmə işinin aparılması

· Beynəlxalq təşkilatların bu sahədə qəbul etdikləri konvensiyaların təbliği