Azerbaijan Journalists’ Network

Azerbaijan Journalists’ Network Azerbaijan Journalists’ Network is a non-governmental organization aims to promote high standards of ethical and objective journalism in Azerbaijan. www.ajn.az

AJN – organizes training, workshops and seminars to enhance journalists’ skills and abilities. It also shares information about vacancies, seminars, trainings and other kinds of educational opportunities for journalists.

Xankəndidə "Yaradan" filminin təqdimatı olub🎥Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi il...
25/04/2026

Xankəndidə "Yaradan" filminin təqdimatı olub🎥

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən hazırlanmış “Yaradan” sənədli filminin Qarabağ Universitetində təqdimatı keçirilib.

Ekran əsəri Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma proseslərini, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat hekayələrini və xalqımızın dirçəliş ruhunu əks etdirir.

Filmin ssenari müəllifi Ayaz Mirzayev çıxış edərək, filmin ideyası barədə məlumat verib. Bildirib ki, film dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsidir. “Yaradan” filmi yalnız faktları və hadisələri deyil, həmçinin Azərbaycan vətəndaşının mənəvi dirçəlişini də nümayiş etdirir.

Filmin nümayişindən sonra Ayaz Mirzəyev ekran əsərinin yaradıcı heyəti adından Qarabağın və Şərqi Zəngəzurun tarixindən, abidələrindən bəhs edən kitabları Qarabağ Universitetinin kitabxanasına hədiyyə edib.

Təhsil cəmiyyətin gələcəyini formalaşdıran ən vacib, həssas və strateji sahələrdən biridir. Məhz bu baxımdan elm və təhs...
21/04/2026

Təhsil cəmiyyətin gələcəyini formalaşdıran ən vacib, həssas və strateji sahələrdən biridir. Məhz bu baxımdan elm və təhsil sahələrini işıqlandıran jurnalistlərin ümumi media bacarıqlarına sahib olmaları ilə yanaşı, sahəvi biliklərə yiyələnmələri də günün tələbidir.

Bu zərurətdən irəli gələrək “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi|nin dəstəyi ilə “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinə start verib.

Mövzunun aktuallığını və layihənin əhəmiyyətini nəzərə alaraq bu təşəbbüsün detalları, qarşıya qoyulan məqsədlər və gözlənilən nəticələrlə bağlı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzayev "Azərbaycan müəllimi" qəzetinin suallarını cavablandırıb.

Daha ətraflı: https://lnkd.in/d4NnsM_e

Təhsil cəmiyyətin gələcəyini formalaşdıran ən həssas və strateji sahələrdən biridir. Bu sahədə səsləndirilən hər fikir, yayımlanan xəbər və yazılan hər bir məqalə ictimai rəyə birbaşa təsir göstərir. Lakin informasiya axınının sürətləndiyi müasir dövrdə bə...

14/04/2026

▪️“Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin yaranma zərurəti nədən irəli gəldi?

▪️İştirakçılar nə kimi konkret bilik və bacarıqlara nail olacaqlar?

▪️Təlimlər jurnalistlərin yazı üslubuna və yanaşmasına necə təsir edəcək?

Qarşıya qoyulan məqsədlər və gözlənilən nəticələrlə bağlı suallarımızı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev cavablandırıb.

Ətraflı: https://muallim.edu.az/ayaz-mirzeyev-meqsedlerden-biri-movzulara-yanasmada-keyfiyyet-deyisikliyi-formalasdirmaqdir-musahibe

Media nümayəndələrinin diqqətinə❗Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai tə...
13/04/2026

Media nümayəndələrinin diqqətinə❗

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır.

Layihə çərçivəsində jurnalistlər üçün elm və təhsil sahəsinin aktual mövzularını əhatə edən 10 interaktiv təlim sessiyası təşkil olunacaq. Təlimlər may ayından başlayaraq ilboyu qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək.

🗓 Qeydiyyatın ilkin mərhələsi üçün son tarix: 30 aprel
🔗 Müraciət üçün keçid: https://forms.gle/ytEHbohpYncsVcBS7
📧 Sual və təkliflər üçün elektron poçt: [email protected]
ℹ️ Ətraflı: http://edu.gov.az/az/news-and-updates/22963-1

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən jurnalistlər üçün elm və təhsil mövzusunda silsilə t...

Qürurla bildirmək istərdik ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin “Qarabağ və Şərqi Zəngəzurda yenidənq...
14/03/2026

Qürurla bildirmək istərdik ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” sənədli film layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan müsabiqədə qalib gəlib.

2026-cı ilin martın 13-də Bakı Konqres Mərkəzində 2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olan QHT-lərlə görüş keçirilib.

26/02/2026

34 il əvvəl bu torpaqda göz yaşı vardı...
Bu gün isə uşaq təbəssümü eşidilir.
Xalqımızın yaddaşında böyük iz buraxan faciənin yaşandığı Xocalı bu gün azaddır.

"Yaradan" sənədli filmimizdən təqdim etdiyimiz bu qısa kadrlar göstərir ki, bir zamanlar sükuta qərq olan Xocalı küçələrində indi həyat var, nəfəs var, gələcək var!

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

“Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsi uğurla yekunlaşıb. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birli...
21/12/2025

“Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsi uğurla yekunlaşıb. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən icra olunan layihənin rəsmi bağlanış mərasimi Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib.

Rəsmi qurumların təmsilçilərinin, müəllimlərin və təlimçilərin iştirakı ilə keçirilən tədbir çərçivəsində layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olundu və onların əldə etdiyi bilik və bacarıqlar xüsusi vurğulandı.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində:
• Peşə təhsili alan tələbələr üçün kommunikasiya və media bacarıqları üzrə təlimlər təşkil olunub.
• Onlayn tapşırıqlar və mentorluq sessiyaları keçirildi
• İştirakçılar tanınmış influenserlərlə görüşlərdə və şirkətlərə tanışlıq səfərlərində iştirak ediblər.
• Peşə təhsilinin cəlbediciliyini artırmaq məqsədilə influenserlərin iştirakı ilə hazırlanan 8 videoçarx sosial media platformalarında yayımlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin də dəstəyi ilə reallaşan layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

Layihədə 3 aparıcı Peşə Mərkəzi - Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi , Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin seçilmiş tələbələri iştirak edib.

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctima...
08/12/2025

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filminin nümayişi baş tutub. Quba “ASAN xidmət” mərkəzində keçirilən filmə baxış zamanı AASAN Könüllüləri / ASAN Volunteerstəşkilatının üzvləri iştirak edib.

Məlumat üçün bildirək ki, film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.

Filmdə vurğulanır ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı ümumilikdə 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum olunub. Buna baxmayaraq Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayıb gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”-larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb.

Filmi izləmək üçün link : https://www.youtube.com/watch?v=fVn5iPvb9N8

18/11/2025

Astaranın kəndi təbiətin qoynunda gizlənmiş, macəra dolu bir məkandır 🌿🏞️. Uca dağlar, sıx meşələr və gözəl şəlaləsi ilə bu kənd ziyarətçilərə unudulmaz təəssüratlar bəxş edir.
🎥 Hazırlanan videoçarx “Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” layihəsi çərçivəsində ərsəyə gətirilib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi layihəni Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirir.

04/11/2025

“Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” layihəsi çərçivəsində keçirilən təlimlərin ikinci günü barədə qısa videonu təqdim edirik.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi layihəni Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirir.

“Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” layihəsi çərçivəsində keçirilən təlimlərin ikin...
03/11/2025

“Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” layihəsi çərçivəsində keçirilən təlimlərin ikinci günü də uğurla yekunlaşıb və günün sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimlərdə Qəbələnin , İsmayıllının , Lerikin , Astaranın və Qubanın kəndlərindən seçilmiş 10 nəfər bələdçi iştirak edib.
Layihənin əsas məqsədi seçilmiş turistik kəndlərin turizm potensialını daha geniş auditoriyaya təqdim etmək, həmin kəndlərdə turizmin inkişafına dəstək vermək, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətində təşəbbüsləri təşviq etməkdir.
Təlimlər zamanı iştirakçılara turistik kəndlərin daha effektiv şəkildə təbliği, turist cəlbi üçün müasir kommunikasiya və marketinq alətlərindən istifadə ilə bağlı geniş bilik və praktiki bacarıqlar öyrədilib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi layihəni Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Journalists’ Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijan Journalists’ Network:

Share