Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu - MİMTA

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu - MİMTA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu - MİMTA, Non-Governmental Organization (NGO), həsən bəy zərdabi pr. 78, Baku.

MIMTA Fondu qədim tarixə, yüksək mədəniyyətə malik olan Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək etmək məqsədi ilə 31 yanvar 2005-ci ildə təsis edilmişdir.

Mayın 14-də “Gülüstan” sarayında keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Globa...
14/05/2026

Mayın 14-də “Gülüstan” sarayında keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası öz işinə başlayıb.

Asambleyada dünya əhalisinin 80%-ni təmsil edən Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarından, ümumilikdə 110-dan çox ölkənin QHT nümayəndələri tədbirdə bir araya gəlib.

Tədbirdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov iştirak edib. Qeyd edək ki, şəhərsalma mövzusuna toxunulan platformada tarixi-mədəni irsin qorunması və milli memarlıq ənənələrinin müasir şəhər infrastrukturunda yaşadılması MİMTA Fondunun əsas diqqət mərkəzində olan məsələlərdəndir.

GSNP-nin ilk Baş Assambleyasında təşkilata növbəti 5 il ərzində rəhbərlik edəcək Baş katib, eləcə də Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən 4 müavin seçilib.

Xatırladaq ki, platformanın yaradılmasına əsas məqsəd Qlobal Cənub ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı gücləndirmək və beynəlxalq müstəvidə ortaq problemlərin həlli üçün vahid səs yaratmaqdır.

10/05/2026
Mayın 5-də Türkiyənin nüfuzlu gənclik təşkilatlarını birləşdirən Türkiyə Gənclər QHT-ləri Platformasının (TGSP) rəhbər h...
05/05/2026

Mayın 5-də Türkiyənin nüfuzlu gənclik təşkilatlarını birləşdirən Türkiyə Gənclər QHT-ləri Platformasının (TGSP) rəhbər heyəti Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) qonağı olub.

Görüşdə TGSP-nin sədri Ali Haydar Ustaosmanoğlu, sədr vəkili Kürşat Karaca, sədr müavini Muhammed Şamil Kılıçparlar, İdarə Heyətinin üzvü Ahmet Özdinç, baş koordinator Ahmet Sözbilir və baş direktor Yavuz Kaan Akın iştirak ediblər.

Görüş zamanı qonaqlara MİMTA Fondunun fəaliyyət istiqamətləri, milli mədəni irsimizin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, gənc nəslin öz köklərinə və mədəniyyətinə bağlı ruhda yetişməsi hər iki qurumun ortaq hədəflərindən biridir.

TGSP rəhbərliyi platformanın fəaliyyəti, gənclər sahəsində həyata keçirdikləri lobbiçilik, potensialın artırılması və ortaq layihə istehsalı təcrübələrini bölüşüblər.

Görüşdə iki ölkənin gəncləri arasında mədəni bağların gücləndirilməsi, birgə beynəlxalq layihələrin icrası və QHT-lərarası təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mayın 2-də “Litera” Kitab Evində dosent Orkhan Valiyevin MİMTA Fondunun dəstəyi ilə “MİMTA Yayımları” tərəfindən nəşr ol...
02/05/2026

Mayın 2-də “Litera” Kitab Evində dosent Orkhan Valiyevin MİMTA Fondunun dəstəyi ilə “MİMTA Yayımları” tərəfindən nəşr olunan “Modern Azərbaycanın doğuluşu” kitabının təqdimatı keçirilib.

Təqdimatda çıxış edən MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu nəşr Azərbaycanın milli kimlik və dövlət quruculuğu tarixinə yeni, elmi-nəzəri baxış təqdim edir. O, fondun milli irsin və elmi tədqiqatların işıqlandırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Tədbirdə həmçinin bp Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, tarixçi Əkbər Nəcəf, Beynəlxalq münasibətlərin təhlili mərkəzinin şöbə müdiri, dosent Mətin Məmmədli, tarixçi Nigar Gözəlova, tarixçi, kolleksioner Dilqəm Əhməd çıxış ediblər.

Çıxışlarda kitabın maarifçilikdən siyasi millətçiliyə qədər olan inkişaf yolunu elmi əsaslarla araşdırdığı, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma prosesinə siyasi nəzəriyyə prizmasından yanaşdığı qeyd olunub.

18/04/2026

Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltaraş, Xalq rəssamı Kamal Ələkbərovun yaradıcılığına dair “Kamal Ələkbərov – Heykəltaraşlıq”, eləcə də rəssam Fərid Ələkbərovun “Neon rəngkarlığı/Qrafika” kitablarının təqdimatı baş tutmuşdur. Təqdimat zamanı Xalq rəssamı Kamal Ələkbərovun həyat yoldaşı Gülarə Ələkbərovanın çıxışından…

Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltaraş, Xalq rəssamı Kamal Ələkbərovun xatirəsinə həsr ...
17/04/2026

Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltaraş, Xalq rəssamı Kamal Ələkbərovun xatirəsinə həsr olunmuş tədbir və sənətkarın yaradıcılığına dair “ Kamal Ələkbərov – Heykəltaraşlıq”, həmçinin rəssam Fərid Ələkbərovun “Neon rəngkarlığı/Qrafika” kitablarının təqdimatı keçirilib.
Qeyd edək ki, təqdim olunan hər iki nəşr MİMTA Fondu tərəfindən hazırlanaraq sənətsevərlər və tədqiqatçılar üçün dəyərli mənbə kimi ərsəyə gətirilib.

Address

Həsən Bəy Zərdabi Pr. 78
Baku
AZ11122

Alerts

Be the first to know and let us send you an email when Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu - MİMTA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu - MİMTA:

Share