Ekonomiks BIAB

Ekonomiks BIAB Bu səhifə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinə məxsusdur.

04/10/2025

Rusiya beynəlxalq sanksiyalardan Ermənistan vasitəsilə yayınır – “Ekonomiks” İctimai Birliyinin tədqiqatı

Rusiya beynəlxalq sanksiyalardan Ermənistan vasitəsilə yayınır – “Ekonomiks” İctimai Birliyinin tədqiqatı2025-ci il okty...
03/10/2025

Rusiya beynəlxalq sanksiyalardan Ermənistan vasitəsilə yayınır – “Ekonomiks” İctimai Birliyinin tədqiqatı

2025-ci il oktyabrın 3-də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair apardığı tədqiqatın yekun nəticələrini ictimaiyyətə açıqlayıb.

Təşkilatın sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov brifinqdə bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əsas maliyyə mənbələrindən biri Ermənistan üzərindən həyata keçirilən idxal-ixrac əməliyyatlarıdır. Onun sözlərinə görə, Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə Ermənistanın xarici ticarət dövriyyəsində müşahidə edilən kəskin artımlar birbaşa əlaqəlidir.

Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların məlumatlarına əsasən, son beş ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına yüksəlib. Xüsusilə qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar üzrə idxal və ixrac əməliyyatlarında rekord göstəricilər qeydə alınıb:

Ermənistanın Rusiyadan idxalı 2021-ci ildə 1,8 milyard ABŞ dolları olduğu halda, 2024-cü ildə bu rəqəm 9,2 milyard dollara çatıb, bunun da 75%-i qiymətli metalların payına düşüb.

Eyni zamanda, Ermənistandan bu məhsulların ixracı 2020-ci ildə 368,8 milyon ABŞ dollarından 2024-cü ildə 8,4 milyard ABŞ dollarına yüksələrək 23 dəfə artıb.

Fikrət Yusifov bu vəziyyəti “pərdələnmiş iqtisadi əməliyyatlar” adlandıraraq qeyd edib:

“2020-ci ildə ağır məğlubiyyət yaşamış, iqtisadiyyatı zəifləyən Ermənistanın əhalisi birdən-birə xaricdən bu qədər qiymətli daş və metal ala bilməz. Bu, Rusiya ilə Ermənistan arasında sövdələşmənin nəticəsidir və məqsəd Rusiyanın sanksiyalardan yayınmasına şərait yaratmaqdır.”

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli isə vurğulayıb ki, bu fəaliyyət beynəlxalq hüquqa ziddir və BMT Baş Assambleyasının qətnamələrinə görə, başqa dövlətin hüquqazidd əməlini dəstəkləyən ölkə də məsuliyyət daşıyır.

“Ekonomiks” İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov əlavə edib ki, bu qeyri-qanuni ticarət əlaqələri region üzrə iqtisadi məlumatları təhrif edir və ciddi yanlışlıqlara yol açır.

Brifinqdə həmçinin qeyd olunub ki, Ermənistan məsuliyyətli və prinsipial davranmalı, Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz yaratmamalıdır. Çünki bu, Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasına şərait yaradır.

Xatırladaq ki, Azərbaycan QHT-ləri dəfələrlə beynəlxalq qurumlara müraciət edərək, Ermənistanın idxal-ixrac əməliyyatlarının araşdırılmasını və Rusiyanın sanksiyalardan yayınma sxemlərinin ifşa olunmasını tələb ediblər.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi hazırladığı hesabatı ingilis dilində Avropa və ABŞ-da Rusiya-Ukrayna mövzusunu araşdıran aparıcı beyin mərkəzlərinə təqdim edəcək.

20/09/2025

20 Sentyabr - Dövlət Suverenliyi Günü

📊 Ermənistanın xarici ticarət dövriyyəsində qeyri-adi artım müşahidə olunur.“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar...
05/09/2025

📊 Ermənistanın xarici ticarət dövriyyəsində qeyri-adi artım müşahidə olunur.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifovun sözlərinə görə, son 5 ildə ölkənin xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 mlrd. ABŞ dollarından 30,2 mlrd. dollara yüksəlib.

Xüsusilə qiymətli daşlar və metallar üzrə idxalın 2021-ci illə müqayisədə 30 dəfə artması iqtisadiyyatda “pərdələnmiş əməliyyatlar” barədə ciddi suallar doğurur.

🔎 Bu tendensiya region iqtisadiyyatı və sanksiyalar fonunda Ermənistanın roluna dair mühüm müzakirələr açır.

.

Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan sonra Ermənistanın xarici ticarət dövriyyəsində qəfil “yerindən oynama və sıçrayışla yüksəliş” qeydə alınmaqdadır.

📊 An unusual surge has been observed in Armenia’s foreign trade turnover.According to Fikrat Yusifov, Chairman of the “E...
05/09/2025

📊 An unusual surge has been observed in Armenia’s foreign trade turnover.

According to Fikrat Yusifov, Chairman of the “Economics” International Economic Research Public Union, the country’s foreign trade turnover has increased 4.2 times over the past 5 years — from USD 7.1 billion to USD 30.2 billion.

In particular, imports of precious stones and metals grew 30 times compared to 2021, raising serious questions about “concealed operations” in the economy.

🔎 This trend opens important discussions on Armenia’s role in the regional economy amid international sanctions.



Azerbaijani economists warn that Armenia’s recent spike in trade may be helping Russia evade international sanctions. Experts say this surge could be indirec...

📊 Внешнеторговый оборот Армении демонстрирует необычный рост.По словам Фикрета Юсифова, председателя Международного объе...
05/09/2025

📊 Внешнеторговый оборот Армении демонстрирует необычный рост.

По словам Фикрета Юсифова, председателя Международного объединения экономических исследований «Экономикс», за последние 5 лет внешний торговый оборот страны увеличился в 4,2 раза — с 7,1 млрд до 30,2 млрд долларов США.

Особенно выделяется рост импорта драгоценных камней и металлов — в 30 раз по сравнению с 2021 годом, что вызывает серьёзные вопросы о возможных «скрытых операциях» в экономике.

🔎 Эта тенденция открывает важные дискуссии о роли Армении в региональной экономике на фоне международных санкций.

#ЭкономическийАнализ #Финансы #Экономика #Бизнес #Статистика #Геополитика

Россия использует Армению для обхода санкций | Политический кризис во ФранцииВ Пекине состоялся парад, посвященный 80-й годовщине Победы в Войне сопротивлени...

https://az.trend.az/business/4086579.html
05/09/2025

https://az.trend.az/business/4086579.html

Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan sonra Ermənistanın xarici ticarət dövriyyəsində qəfil “yerindən oynama və sıçrayışla yüksəliş” qeydə alınmaqdadır.

https://www.baki-xeber.com/siyaset/234948.html
05/09/2025

https://www.baki-xeber.com/siyaset/234948.html

2025-ci il sentyabrın 3-də Azərbaycanın "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar xeyli müddətdir apardığı tədqiqatın bir hissəsinin nəticələrini açıqlayıb.

09/08/2025

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birl....

Address

Rəşid Behbudov Küç 25 Mənzil 1
Baku
AZ1014

Alerts

Be the first to know and let us send you an email when Ekonomiks BIAB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ekonomiks BIAB:

Share