Regional İnkişaf - RİİB

Regional İnkişaf - RİİB "Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb.

"Regional İnkişaf" İctimai Birliyi və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın tərəfdaşlığı ilə şəhid Elşad Yəhya...
05/05/2026

"Regional İnkişaf" İctimai Birliyi və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın tərəfdaşlığı ilə şəhid Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə "Aprel - Autizm maarifləndirmə ayı"na həsr olunmuş konfrans keçirilib. Konfransda təhsil ictimaiyyətinin nümayəndələri, sahə üzrə mütəxəssislər, məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər, həmçinin "Regional İnkişaf" İctimai Birliyinin bir qrup əməkdaşı iştirak ediblər.
Konfransı giriş sözü ilə açan 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova Autizm maarifləndirmə ayı çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib, həmçinin inklüziv təhsilin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə aparılan işlərin davamlı olacağını bildirib.
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Jalə Muradova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının sədri Hikmət Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqu Aysel Novruzova, klinik psixoloq Aida Sübhan, İctimai Şuranın katibi Günay Əkbərova, ADPU-nun dosenti Xalidə Həmidova, Direktorlar klubunun sədri Cəfər Mənsimli, psixoloq İlqar Kamil və valideyn Əsmər Əskərova çıxış edərək Autizm maarifləndirmə ayı çərçivəsində görülən işlərin əhəmiyyətindən bəhs ediblər.
Konfrans çərçivəsində həmçinin tipik və atipik inkişaf edən şagirdlər psixoloqlar və xüsusi təhsil mütəxəssisi ilə birlikdə məktəbin həyətində gül əkiblər.

Mayın 4-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, "ASAN xidmət"in və "Regional İnkişaf" İctimai Birli...
05/05/2026

Mayın 4-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, "ASAN xidmət"in və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 10 May - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan və Quba rayonunda keçirilən "Zirvə" gənclər düşərgəsinin açılışı olub.
Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba rayon Şəhidlər Xiyabanını ziyarət ediblər.
Düşərgə proqramının davamında Avropa Tələbələr Forumunun sədri və BeBrave şəxsi inkişaf platformasının təsisçisi Cəsur Mədətzadənin təqdimatında “Komanda quruculuğu” mövzusunda təlim baş tutub.
Təlim çərçivəsində könüllülər komanda daxilində düzgün ünsiyyətin qurulması, birgə fəaliyyətin təşkili və liderlik keyfiyyətlərinin formalaşdırılması istiqamətində həm nəzəri biliklərə yiyələnib, həm də praktiki məşğələlərdə iştirak ediblər. Müxtəlif interaktiv tapşırıqlar və qrup əsaslı fəaliyyətlər vasitəsilə onların komanda mühitində işləmək, qarşılıqlı anlaşmanı gücləndirmək və effektiv əməkdaşlıq qurmaq bacarıqları inkişaf etdirilib.
Düşərgə proqramı çərçivəsində, həmçinin Hünər Alxanov və Fatimə Məmmədlinin moderatorluğu ilə Lissabon sammitinin infosessiyası keçirilib.
Simulyasiya zamanı könüllülər beynəlxalq müzakirə mühitini canlandıraraq müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, qərarvermə və çıxış etmə bacarıqlarını nümayiş etdiriblər. Proses iştirakçıların analitik düşüncə, komandada işləmək və diplomatik yanaşma kimi bacarıqlarının inkişafına töhfə verib.

“Regional İnkişaf” İctimai Birliyi və Neftçala Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Neftçala Peşə Məktəbində keçiril...
05/05/2026

“Regional İnkişaf” İctimai Birliyi və Neftçala Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Neftçala Peşə Məktəbində keçirilən “Peşəkar Gələcək” layihəsi çərçivəsində təlimlər davam edir.
Mayın 2-də Salyan Regional Aqrar Təlim Mərkəzinin direktoru Vüqar Hüseynov tərəfindən "Kənd təsərrüfatında innovativ suvarma metodları və tətbiqi" mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara müasir suvarma texnologiyalarının üstünlükləri, resurslardan səmərəli istifadə yolları və bu metodların praktiki tətbiqi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi aqrar sahəyə maraq göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, onların müasir kənd təsərrüfatı yanaşmaları və innovativ metodlarla tanış edilməsi, praktiki vərdişlərinin inkişafına dəstək göstərilməsi, eləcə də gələcək məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verməkdir.

Mərakeşdə ICESCO qərargahında  Heydər Əliyev Fondu və ICESCO-nun birgə  təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı”nın (“...
04/05/2026

Mərakeşdə ICESCO qərargahında Heydər Əliyev Fondu və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı”nın (“Natavan Heritage Excellence Award”) ilk qaliblərinin mükafatlandırılması mərasimi olub.

04/05/2026

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti ilə bağlı AzTV-nin sujeti

Aprelin 27-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi çərçivəsində Gənclər...
04/05/2026

Aprelin 27-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi çərçivəsində Gənclər Forumu baş tutub.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir zamanı “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Millət vəkili, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Naqif Həmzəyev və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Strateji təhlil sektorunun müdiri Dağlar Yusifov çıxış edərək bildiriblər ki, Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinin tanıdılması, gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, milli kimlik şüurunun güclənməsinə, vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir və gənclərin belə təşəbbüslərdə fəal iştirakı dövlətçilik dəyərlərinə bağlı, savadlı və təşəbbüskar nəslin formalaşmasına mühüm töhfə verir.
Daha sonra layihə çərçivəsində keçirilən intellektual oyunun qalibləri müvafiq olaraq Bakı Dövlət Universitetinin komandası, Data Qorqud komandası və Triple 7 komandasının üzvləri təltif olunublar.
Tədbirin davamında “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən “Qərbi Azərbaycan irsinin təbliği, təşəbbüslərin dəstəklənməsi, gənclərin iştirakçılığının artırılması” mövzusunda ikinci panel sessiyada Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı, rəssam Elçin Hüseyn, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Proqram meneceri, CreART Mədəniyyət Klubları Şəbəkəsinin Dəstəklənməsi Proqramının rəhbəri Bəxtiyar Quluzadə çıxış ediblər. Sessiyada gənclərin milli irsin təbliğində rolu, təşəbbüslərin institusional dəstəklənməsi, yaradıcılıq platformalarının genişləndirilməsi və ictimai iştirakçılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi çərçivəsində Gənclər Forumu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, Nizami Kino Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkiş...
04/05/2026

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə metronun “Gənclik” stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti təşkil olunub.
Paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Daha sonra səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib.
Qeyd edilib ki, son illərdə ölkə başçısı İlham Əliyevin ölkəmizin, o cümlədən paytaxtımızın inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib, istifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı parklar və yaşıllıqlar şəhəri edib.
Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Arif Məlikov, Müslüm Maqomayev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı, dünyaşöhrətli Yohannes Brams və Astor Piazzollanın də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” səsləndirilib.
Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

04/05/2026

“Bakı Marafonu 2026” çərçivəsində 1000-dən çox marafon könüllüsünün fəaliyyətini əks etdirən videoçarx.

Qeyd edək ki, "Bakı Marafonu 2026" könüllü proqramı "Regional İnkişaf" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

“Bakı Marafonu 2026”-da iştirak edən 1000-dən çox marafon könüllüsü yarış boyunca böyük məsuliyyət və yüksək fəallıq nüm...
03/05/2026

“Bakı Marafonu 2026”-da iştirak edən 1000-dən çox marafon könüllüsü yarış boyunca böyük məsuliyyət və yüksək fəallıq nümayiş etdirdilər. Könüllülərimizə göstərdikləri əzmə, fədakarlığa və tədbirin uğurla təşkilinə verdikləri dəyərli töhfəyə görə səmimi təşəkkürümüzü bildiririk!

Qeyd edək ki, "Bakı Marafonu 2026" könüllü proqramı "Regional İnkişaf" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub.“Sea Breeze” ərazisi...
03/05/2026

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub.

“Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Tanışlıq və karyera planlaması ayı” çərçivəsində Bakı və regio...
02/05/2026

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Tanışlıq və karyera planlaması ayı” çərçivəsində Bakı və regionlarda könüllülər üçün keçirilən təlimlər davam edir.
Bu çərçivədə növbəti təlimlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlimçi Sahil Yusibov tərəfindən “Aİ ilə gələcəyin cv-si; Suni intellekt köməkliyi ilə peşəkar hazırlıq” mövzusunda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təlimçi Pərvin Əhmədova tərəfindən və “Regional İnkişaf” İctimai Birliyinin ofisində İctimai Birliyin əməkdaşı Fəxrəddin Abdullayev tərəfindən “Rəqəmsal dövrdə karyera planlaması”mövzularında keçirilib.
Təlimlər zamanı iştirakçılara süni intellekt vasitəsilə cv yazmağın əsas prinsipləri, rəqəmsal dövrdə karyera planlamasının xüsusiyyətləri, SMART yanaşması əsasında karyera hədəflərinin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal cv və onlayn portfolio hazırlanması qaydaları barədə ətraflı məlumat verilib, mövzular praktiki nümunələrlə izah olunub.
Qeyd edək ki, təlimlərin əsas məqsədi könüllülərin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının artırılması, onların karyera planlaması prosesində daha hazırlıqlı olmalarına dəstək göstərməkdir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin birgə...
02/05/2026

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat keçirilib.

Layihənin əsas məqsədi tələbələrin bilik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, onların intellektual potensialını üzə çıxarmaq, həmçinin komanda işi bacarıqlarını gücləndirmək və sağlam rəqabət mühitini formalaşdırmaqdan ibarət olub.

Yarışda hər biri 6 nəfərdən ibarət olmaqla ümumilikdə 16 komanda iştirak edib. Çempionat boyunca komandalar arasında gərgin və maraqlı intellektual mübarizə müşahidə olunub.

Yarışda Bakı Ali Neft Məktəbinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Universitetinin, Bakı Slavyan Universitetinin, Bakı Biznes Universitetinin, Bakı Mühəndislik Universitetinin,, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan İdman Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak edib.

Layihədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun müdiri Aysu Əfəndiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin Könüllülərlə iş sektorunun müdiri Böyükxanım Babayeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Nərmin Nəbiyeva və Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə iştirak ediblər.

Çıxış edən qonaqlar yarışın təşkilini yüksək qiymətləndirərək iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar xüsusilə qeyd ediblər ki, bu kimi intellektual layihələr gənclərin bilik və bacarıqlarının inkişafı, onların komanda ruhunun gücləndirilməsi və sağlam rəqabət mühitinin formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

Yarışın yekununda qalib komandalar müəyyən olunub. Belə ki, I yerin qalibi Azərbaycan Tibb Universitetinin komandası, II yerin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin komandası, III yerin qalibi isə Bakı Dövlət Universitetinin komandası olub.

Qalib komandalar mükafatlandırılıb, sonda isə xatirə fotosu çəkilib.

Address

Afiyəddin Cəlilov Küçəsi, 90-98
Baku
AZ1025

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Regional İnkişaf - RİİB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Regional İnkişaf - RİİB:

Share