DVC

DVC 25 ildən çoxdur ki, 50 000-dən çox gəncin həyatında dəyişikliklərə imkan yaratdıq!

«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX), Elm və Təhsil Nazirliyi  arasında əməkdaşlıq çərçivəsində və ...
19/06/2026

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX), Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda keçirilən debat turniri yekunlaşıb.

Turnirin əsas məqsədi tələbələr arasında mədəniyyətinin və savadlılığının təşviqi, analitik düşüncə, məntiqi təhlil və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, eləcə də vergi sahəsinə marağın artırılması olub.

DVX-nin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil olunan turnirdə 29 ali təhsil müəssisəsini təmsil edən, Azərbaycan, ingilis və rus bölmələrindən debatçılar təsnifat və final mərhələlərində mübarizə aparıb.

Sonda isə, hər üç bölmə üzrə qaliblər, ən yaxşı natiqlər və hakimlər mükafatlandırılıb.

  mədəniyyətinin və   savadlılığının təşviqi məqsədilə ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri keçi...
04/06/2026

mədəniyyətinin və savadlılığının təşviqi məqsədilə ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri keçiriləcək.🤩

Debat turniri 5-7 iyun tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin əməkdaşlığı ilə Milli Debat Proqramı çərçisində həyata keçirilir. Turnir hər 3 bölmə (Azərbaycan, ingilis və rus bölmələri) olmaqla 29 ali təhsil müəssisəsini əhatə edir.

Tədbirin əsas məqsədi təhsilverənlər və təhsilalanlar arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, tələbələrdə analitik düşüncə, məntiqi təhlil və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda vergi sahəsinə marağın artırılmasıdır.✨

📍Məkan: Şamaxı rayonu
🗓️Tarix: 5-7 İyun

Debateaz

28 May - Müstəqillik Gününüz mübarək!🇦🇿
28/05/2026

28 May - Müstəqillik Gününüz mübarək!🇦🇿

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

10 May – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. 🇦🇿Heydər Əliyevin gənclərə verdiyi dəyər, o...
10/05/2026

10 May – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. 🇦🇿

Heydər Əliyevin gənclərə verdiyi dəyər, onların təhsilli, vətənpərvər və savadlı yetişməsi üçün gördüyü işlər bu gün də Azərbaycan gəncliyi üçün böyük nümunədir.

Müasir və güclü Azərbaycanın təməlini qoyan, dövlətçiliyimizin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Bu dəfə Şəki gəncləri ilə !🤩Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Deba...
07/05/2026

Bu dəfə Şəki gəncləri ilə !🤩

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC İB) təşkilatçılığı Şəki şəhərində gənclərin debat və natiqlik bacarıqlarının inkişafına yönəlmiş “Hüquqi Debat” təlimləri keçirilib. Təlimlər həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dəstəyi ilə təşkil olunub.✨

2 gün davam edən təlimlərdə 200-ə yaxın gənc iştirak edib və onlara hüquqi debat formatı, arqumentasiya, analitik düşüncə və mövzuların hüquqi çərçivədə təhlili üzrə bilik və bacarıqlar aşılanıb. Proqram interaktiv müzakirələr və praktiki debat tapşırıqları ilə zəngin olub.⚡️

Təlimlərin əsas məqsədi gənclərin analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, onların ictimai fəallığını və sosial təşəbbüslərdə iştiraka marağını artırmaq, həmçinin region gəncləri arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarət olub.📈

Debateaz gənclərdebatda sosialgənclik Debat

Debat hakimlərinin akkreditasiyası elan olunur! 🎓🗣️Milli Debat Proqramının hakimlər komitəsinə yeni üzvlərin qəbulu üçün...
07/04/2026

Debat hakimlərinin akkreditasiyası elan olunur! 🎓🗣️

Milli Debat Proqramının hakimlər komitəsinə yeni üzvlərin qəbulu üçün aprelin 7-dən akkreditasiya prosesinə start verilir. prosesinə qəbul olunan və mərhələləri uğurla tamamlayan təcrübəli debatçılar kateqoriyası əldə edəcək. ✅

Müraciət üçün şərtlər: 📌

• Ən az bir BGDF, RGDF və ya DVC tərəfindən təsdiq edilən əhəmiyyətli turnirdə iştirak təcrübəsi; 🏆
• Debat klubunun daxili turnirlərinin ən az birində "Ən yaxşı 10 natiq" sıralamasında olduğunu təsdiq edən sənəd (sertifikat); 📃

Yalnız bu tələblərə uyğun namizədlər qeydiyyatdan keçə bilər.

Uğurlar arzu edirik! 🤝🎯

Qeydiyyat linki üçün rəy bölməsində "+" qoymağınız xahiş olunur. ➕
Son qeydiyyat tarixi: 15.04.2026, 18:00 ⏰
_________

Объявляется аккредитация судей по дебатам 🎓🗣️
С 7 апреля открывается процесс аккредитации для отбора новых членов в состав Судейского комитета Национальной дебатной программы. Кандидаты, успешно прошедшие отбор и завершившие все этапы аккредитации, получат соответствующую квалификационную категорию судьи. ✅

Требования к кандидатам: 📌
• Наличие опыта участия как минимум в одном значимом турнире, подтверждённом BGDF, RGDF или DVC; 🏆
• Наличие документа (сертификата), подтверждающего вхождение в «Топ-10 лучших спикеров» как минимум на одном внутреннем турнире дебатного клуба. 📃

К регистрации допускаются исключительно кандидаты, соответствующие указанным требованиям.

Желаем успехов всем претендентам! 🤝🎯

Для получения регистрационной ссылки просим оставить символ «+» в разделе комментариев. ➕
Крайний срок регистрации: 15.04.2026, 18:00 ⏰

 DVC İB-nin Milli Debat Proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 8 mart Beynəl...
13/03/2026



DVC İB-nin Milli Debat Proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "DebatHer" açıq debat turniri baş tutub.🌸

"Qadın sahibkarlığının inkişafında dövlət əsas rol oynayır" mövzusunda keçirilən turnirin finalında Azərbaycan bölməsi üzrə UNEC Debat Klubunun " Mavi qızılgüllər" BDU Debat Klubunun "Secret Garden", Rus bölməsi üzrə isə BDU DK-nın "Серебро" UNEC DK-nın "Пожалуйтесь руководству" qarşılaşıb. Yekunda hər iki bölmə üzrə BDU Debat Klubunun komandaları "Secret Garden" və "Серебро" turnirin çempionu olub.🏆

Yekunda turnir çərçivəsində çıxışları ilə seçilən natiqlər elan olunub və mükafatlandırılıb.✨

UNEC Debat Klubuna() və turnirdə iştirak edən bütün komandalara gələcək fəaliyyətində uğurlar arzu edirik!💜

Zərifliyi, gücü və sevgisi ilə dünyamızı gözəlləşdirən bütün xanımların 8 Mart – Beynəlxalq Qadınlar Günü mübarək! 🌷    ...
08/03/2026

Zərifliyi, gücü və sevgisi ilə dünyamızı gözəlləşdirən bütün xanımların 8 Mart – Beynəlxalq Qadınlar Günü mübarək! 🌷

Address

Səbail Rayonu, 6-cı Böyük Qala Döngəsi, 11
Baku
AZ1001

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 16:00

Telephone

+994124970845

Alerts

Be the first to know and let us send you an email when DVC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DVC:

Share