AZƏRBAYCAN KİTABXANA İŞİNİN İNKİŞAFI ASSOSİASİYASI
(AKİİA)
Azərbaycan Kitabxana İşinin İnkişafi Assosiasiyası (AKİİA) 1999-cu ildə təsis
edilib. AKİİA 2000-ci ildən İFLA-nın – Kitabxana Assosiasiyalarının Beynəlxalq
Federasiyasının üzvüdür. Azərbaycan Kitabxana İşinin İnkişafi Assosiasiyası (AKİİA) sıralarında
respublikanın nüfuzlu 12 kollektiv və 500-ə qədər çox fərdi üzvü var. Məqsədi:
- Kitab
xana işinin elmi əsaslarla inkişaf etdirilməsi;
- Kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsinə yardım etmək;
- Yeni nəsil kitabxanaçı-biblioqrafların, həmçinin bu sahəyə marağı olan gənclərin
ümumi koordinasiyasını təşkil etmək;
- Müasir kitabxanaçılıq ilə bağlı nəzəri bilikləri praktiki bacarıqlara çevirəcək
tədbirlər planını tətbiq etmək, kitabxana sahəsində ixtisaslaşmış və uğur əldə etmiş
mütəxəssislərin Assosiasiya üzvləri ilə kommunikasiyasını təmin etmək, birgə
fəaliyyətə cəlb etmək;
- Respublikamızda kitabxanaçılığın müxtəlif sahələrini araşdırmaq və əldə olunan
naliyyətləri paylaşmaq;
- Gördüyü işlərlə, məhsuldar fəaliyyəti və yaradıcılığı ilə fərqlənən mütəxəssislərin
və aparıcı mütəxəssislərin Assosiasiya tərəfindən mükafatlandırılması;
- Forumlar, konfranslar, təlimlər, treninqlər təşkil etmək;
- Dövlət kitabxanaları və ali məktəb kitabxanaları ilə əməkdaşlıq etmək;
- Kitabxana fəaliyyətində menecment və idarəçilik məktəblərinin təşkil edilməsi;
- Beynəlxalq təcrübəni öyrənmək, bu məsələlərlə bağlı dəyirmi masalar keçirmək,
zərurət olduqda müstəqil ekspertizalar keçirmək, mülahizələr aparmaq, müstəqil
olaraq və ya dövlət idarələri, ictimai təşkilatlar və ya dövlət qurumları ilə birlikdə
konqreslər, konfranslar, seminarlar keçirmək, kitab və broşuralar çap etdirmək;
- Layihələr və layihələrin hazırlaması;
- Beynəlxalq tədbirlədə respublikanı yüksək səviyyədə təmsil etmək. Xəlil İsmayıl oğlu İsmayılov - AKİİA prezidenti, Bakı Dövlət Universiteti
Müjgan İsrafil qızı Nəzərova - AKİİA vise-prezidenti, ABŞ Konqres Kitabxanası
Arzu Məmməd qızı Məmmədova – AKİİA müşavir, Azərbaycan Dövlət İqtisad
Universiteti (UNEC)
e-mail: [email protected]
[email protected]
telefon: (994 12) 5101760, (994 12) 4927739
ünvan: Bakı ş., Z.Xəlilov küç. 23, BDU, 2saylı tədris binası, otaq 408