14/07/2020
Erməni tərəfindən kiber hücumlar var. Bu barədə sosial mediada açar adamlarını izləyirik. Məlumatlar gəldikcə paylaşıram. Qısa kitabca yazıram, panikaya qapılmadan sadəcə qeydlərimə diqqət və əməl edin, problem olmaycaq.
Qayda 1: Instagram və digər hesablarınıza gələn təqsdiqləmə kodlarının linklərinə fikir verməyin. Sosial mediada o screenləri paylaşmayın. Sadəcə görüb, keçin. Mənə belə mesaj gəlib, deyib, paylaşırsınız, o linki kopyalayıb hesabı ələ keçirə bilirlər. Sadəcə, o mesajları görməzdən gəlin və panikaya düşməyin.
Qayda 2: Wifi Routerlərin giriş səhifəsini dəyişmək məsləhətdir. Qarşı tərəfdə 2000 modem məlumatı var amma hələ ki təhlükəli bir şey yoxdur. Sadəcə o admin admin panelində kodu dəyişsəz, kifayət edəcək. Necə dəyişək deyirsinizssə burada: https://bit.ly/3j0kvu9
Qayda 3: Erməni sosial media fenomenlərinin hər paylaşdığı dataya aldanmayın. Azərbaycandan məlumat oğurladıq deyib, müxtəlif linklər olur. Siz marağa o məlumata baxmaq istəyəndə kompüterinizə virus yüklənə bilər. Mən məlumatlara baxmışam, strateji heç bir məlumatımız oğurlanmayıb. Boş cəhdlərdir.
Qayda 4: Picsartın data oğurlaması hələ ki, təsdiqini tapmayıb. Bu App belə bir şeyə imza atsa, Google və Apple məsələyə müdaxilə edəcək və tətbiq silinəcək. Amma məsləhətdir ki, istifadə etməyəsiniz. Galereyaya giriş izni olur birbaşa.
Qayda 5: Ermənilərin arxasında olduğu və mərkəzi ofisi Yerevanda olan bir çox məşhur platformaların adlarını yazıram. Bu bizim daxili araşdırmadır. Paylaşmaq məqsədim odur ki, istifadə edəndə ağlınıızn bir ucunda olsun bu məsələ ki, burda gördüyünüz işlərin arxasında ermənilər var. Məşhur erməni platformaları:
1. Picsart – Şəkil redaktə tətbiqidir Qurucuları- Hovhannes Avoyan, Artavazd Mehrabyan, Mikayel Vardanyan
2. Tamable - Qurucuları - Hovhannes Nurijanyan, Laura Bilazarian, Meruzhan
Danielyan, Vazgen Hakobjanyan
3. Codesignalcom (köhnə adı ilə Codefights) - Qurucuları-Aram Shatakhtsyan, Felix Desroches, Sophia Baik, Tigran Sloyan
4. Renderforest – Qurucuları-Onlayn video, loqo, anamasiya, veb sayt yaratma - Narek Safaryan
5. Zangi Messenger - Qurucuları-Aram Hovsepyan, Vahram Martirosyan
6. Sololearn
7. Zoomerang - Qurucuları - David Grigoryan
8. Shadowmatic - Qurucuları -Ara Aghamyan
Qayda 6: Interfeysi sizə tanış olan lakin domen adları fərqli olan saytlara daxil olmayın. Bu aralar şəxsi məlumatlarınızı çalışın heç yerə yazmayın. Fişinq hallarından qorunun.
Bunlar ağlıma gələn ilk kiber first aid-lərdir. Daha çox məlumatlanma üçün paylaşmağınızı xahiş edirəm. Hər kəs öz cəbhəsində öz işi üzrə mübarizə aparmalıdır. Mən bacardığım bunlardır.