Qərbi Azərbaycan İcması - Barana rayon icması

Qərbi Azərbaycan İcması - Barana rayon icması Qərbi Azərbaycan İcması - Barana rayon icması

https://www.facebook.com/share/p/1ANtMpXcYo/?
26/05/2025

https://www.facebook.com/share/p/1ANtMpXcYo/?

Əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.

Dövlət başçısı vurğulayıb ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır.

https://azertag.az/xeber/prezident_qerbi_azerbaycanda_soydaslarimizin_tarixi_etnik_torpaqlarindaki_izlerini_yox_etmek_siyaseti_aparilir-3576355

https://www.facebook.com/share/p/16TkN1jGsi/?
21/05/2025

https://www.facebook.com/share/p/16TkN1jGsi/?

“Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfransın yekun sənədi
(21 May 2025-ci il, Ankara, Türkiyə Respublikası)

Biz, Azərbaycan, Türkiyə və digər ölkələrdən olan parlamentarilər, alimlər, vətəndaş cəmiyyəti nümayəndələri və ictimai xadimlərdən ibarət iştirakçılar, 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfransda bir araya gələrək, Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququ barədə və bu məsələnin insan hüquqları və regional sülh kontekstindəki əhəmiyyəti ətrafında dərin fikir mübadiləsi apardıq.
Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciətini böyük ehtiramla dinlədi. Bu müraciət konfransda ədalət və sülh məsələləri üzrə aparılan müzakirələrə istiqamət verdi və konfransın işinə böyük dəyər qatdı.

Aparılmış müzakirələrə əsaslanaraq biz, konfrans iştirakçıları aşağıdakılar barədə həmrəyliyimizi ifadə edirik:

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq konvensiyalarda öz əksini tapmış qayıdış hüququ beynəlxalq hüququn əsas normalarından biri olmaqla, sülh və birgəyaşayışa xidmət edən mühüm prinsipdir.

20-ci əsrin müxtəlif mərhələlərində – 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə – Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarılmışdır. Bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlı qaçqın vəziyyətinə düşmüş, onların mədəni irsi – məscidlər, qəbiristanlıqlar və tarixi abidələr – məhv edilmişdir. Bu faciəvi hadisələr regionun mədəni müxtəlifliyinə və tarixi yaddaşına ciddi zərbə vurmuş və hal-hazırda həll edilməmiş ədalətsizlik kimi qalmaqdadır.

Biz Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin təkcə insan hüquqlarının qorunması ilə məhdudlaşmayaraq, regionda ədalət, sabitlik və birgəyaşayışın bərqərar olması üçün zəruri şərt olduğunu bəyan edirik. Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır.

Qərbi Azərbaycanda dağıdılmış məscidlərin və digər mədəni abidələrin bərpası və qorunması regional barışıq və birgəyaşayışın möhkəmləndirilməsi üçün vacibdir. Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) və Islam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) yaxından iştirakı zəruridir.

Biz Ermənistan hökumətini Qərbi Azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırırıq. Ermənistan qayıdışı təmin etmək məqsədilə Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoq başlamalı, azərbaycanlıların mədəni irsinin qorumaq və bərpa etmək üçün UNESCO-nun və digər müvafiq qurumların monitorinq missiyalarına icazə verilməli və Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarını təmin etməlidir.

Qayıdacaq Qərbi azərbaycanlıların reinteqrasiyası üçün infrastrukturun bərpası, onlara humanitar yardımın təmin edilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş beynəlxalq tədbirlər zəruridir.
Biz beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşdırılması üçün diplomatik səyləri artırmağa və bu prosesin müfəssəl planlaşdırılması və icrasını dəstəkləməyə dəvət edirik.

Biz Birləşmiş Millətlər Təşkilatını və digər beynəlxalq təşkilatları beynəlxalq hüquqa uyğun olaraq qayıdışı təmin etmək üçün monitorinq və dəstək mexanizmləri yaratmağa, həmçinin regionda sülh və barışığın möhkəmləndirilməsi üçün dialoq platformaları formalaşdırmağa çağırırıq.

Biz indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qanuni təmsilçisi kimi Qərbi Azərbaycan İcmasına dəstəyimizi ifadə edir və onun qayıdış məqsədinə beynəlxalq hüquq çərçivəsində, sülh yolu nail olmaq əzmini, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmasını alqışlayır və beynəlxalq ictimaiyyəti Qərbi Azərbaycan İcmasına dəstək verməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsində liderliyini, beynəlxalq hüququn aliliyinə sadiqliyini və ədalətin bərpasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Eyni şəkildə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətə, sülh və barışığa möhkəm dəstəyini alqışlayırıq.

Bu yekun sənəd Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi, insan hüquqlarının müdafiəsi və Cənubi Qafqazda davamlı sülhün təşviqinə xidmət edən çağırışdır. Konfransın nəticələri beynəlxalq təşkilatlara, dövlətlərə və ictimaiyyətə çatdırılacaq, bu məsələnin qlobal gündəmdə prioritet kimi irəli sürülməsinə xidmət edəcəkdir.

Ankara, 21 May 2025-ci il

https://www.facebook.com/share/p/16UtdhG3Ya/?
21/05/2025

https://www.facebook.com/share/p/16UtdhG3Ya/?

Mayın 21-də Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransa Azərbaycan və Türkiyədən 250-dən çox iştirakçı qatılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Konfrans çıxışlarla davam edir.

28 Aprel 2025-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Vəli oğlu Mirzəliyev vəfat etmişdir. M...
30/04/2025

28 Aprel 2025-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Vəli oğlu Mirzəliyev vəfat etmişdir. Möylə müəllimə Allahdan rəhmət və ruhunun şad olmasını diləyirik.
Möylə Mirzəliyev 24 Oktyabr 1959-cu ildə Qərbi Azərbaycan, Barana (Noyemberyan) rayonunun Ləmbəli kəndində anadan olmuşdur. O 1966 - 1976-cı illərdə Ləmbəli 2 saylı orta məktəbində oxumuşdur. Hələ orta məktəb illərindən Möylə Mirzəliyevin incəsənətə, aktyorluğa meylli olması hamıya bəlli idi. Yaşlı nəsil xatırlayar, o vaxtlar pedoqoji institutlarda təhsil alan tələbələrdən yay tətilində pedoqoji praktikanı öz doğma kəndlərində kütləvi-mədəni tədbirlərin hazırlanması və keçirilməsi tələb olunurdu. Yekunda hazırladığı və keçirdiyi tədbirlər haqqında Rayon Maarif şöbəsindən instituta təqdim etmək üçün arayış verilirdi. Bu cür tədbirlərin keçirilməsində məktəb şagirdlərinin fəallığı göz önündə idi. Bu şagirdlərin ən fəallarından biri də Möylə Mirzəliyev idi. Kənddə hamı onun gələcəkdə gözəl aktyor olacağına inanırdılar. Belə də oldu. O, 1980-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Musiqili komediya aktyorluğu” fakultəsinə qəbul olunub.
1985-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrına təyinat alıb. 1992-ci ilə kimi orada xor artisti vəzifəsində işləyib.
1992-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrının aktyoru olub.
Möylə Mirzəliyev bir çox tamaşalarda gözəl rollarda çıxış edib. Bunlardan bəzilərini xatırlayaq.
- S. Ələsgərov və Ş. Qurbanovun “Özümüz bilərik”də Səftər
- S. Rüstəm və M. S. Ordubadinin “5 manatlıq gəlin”də Nadir
- Y. Adıgözəlov və Anarın “Aldın payını, çağır dayını”da Məlik
- E. Sabitoğlu və T. Vəliyevanın “Bankir adaxlı”da Zaur
- S.Fərəcov və Ə. Nesinin “Şəhərdə manyak var”da Dursun Soy və başqa obrazları yaratmışdır.
Möylə müəllim el-obamızı incəsənət sahəsində layiqincə və yüksək səviyyədə təmsil etmişdir. Eyni zamanda o gözəl ailə başçısı və ata idi.
Möylə müəllimin əziz xatirəsi daim onu sevənlərin qəlbində yaşayacaqdır.

Osman Hacıyev

Əslən Qərbi Azərbaycanın Barana rayonunun Ləmbəli kəndindən olan Ənsərli Gülər Akif qızı buraxılış imtahanının nəticəsin...
18/04/2025

Əslən Qərbi Azərbaycanın Barana rayonunun Ləmbəli kəndindən olan Ənsərli Gülər Akif qızı buraxılış imtahanının nəticəsinə görə 300 baldan 298 bal toplamışdır. Bu münasibətlə Gülər balamızı, valideynlərini və müəllimlərini təbrik edirəm. Qəbul imtahanında da ən yüksək bal toplamasını arzu edirəm.

Hörmətlə,
Qərbi Azərbaycan Barana
rayon icmasının sədri:
Osman Hacıyev

Address

Abdulkerim Alizade 5
Baku

Telephone

+994506202386

Website

Alerts

Be the first to know and let us send you an email when Qərbi Azərbaycan İcması - Barana rayon icması posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share