Azərbaycan Ağırlıqqaldırma Federasiyası

Azərbaycan Ağırlıqqaldırma Federasiyası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Ağırlıqqaldırma Federasiyası, Non-Governmental Organization (NGO), Tbilisi prospekti 35, Yasamal rayonu, 1033-cü məhəllə (ASK Plaza), Baku.

İdarə Heyəti:

Kamran Nəbizadə - sədr (prezident)

Mirsəməd Mövsümzadə – üzv (vitse-prezident)

Firdovsi Umudov – üzv (vitse-prezident)

Anar Hüseynov – üzv

Nihad Məmmədli – üzv

Asif Məmmədov – üzv

Aydın Ağaəliyev – üzv

AAF prezidenti Kamran Nəbizadə Asiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Muhammed Yousef Al Mana ilə görüşübAzərb...
23/06/2026

AAF prezidenti Kamran Nəbizadə Asiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Muhammed Yousef Al Mana ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, Bakıda səfərdə olan Asiya Ağırlıqqaldırma Federasiyasının və Qətər Ağırlıqqaldırma Federasiyasının prezidenti Muhammed Yousef Al Mana ilə görüşüb. AAF-ın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi görüşdə bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb. Səfəri haqqında məmnunluqla danışan qonaq, Azərbaycanın nümunəvi idman ölkəsi olduğunu diqqətə çatdırıb. AAF prezidenti Kamran Nəbizadə, Muhammed Yousef Al Mananı Bakıda görməkdən məmnun olduğunu bildirib. Federasiya prezidenti qeyd edib ki, Azərbaycanda idman sahəsinə, o cümlədən ağırlıqqaldırma növünün inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Kamran Nəbizadə xatırladıb ki, Azərbaycan, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusuna sahibdir və bu mənada qarşılıqlı təmasların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddət ərzində bir neçə ölkənin idmançılarının Bakıda təlim-məşq toplanışı keçdiyini vurğulayan Kamran Nəbizadə, təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb. Məhsuldar keçən görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

23/06/2026

Mübarizə, həyəcan və yadda qalan bir gün ...

Daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşibMəktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə dah...
22/06/2026

Daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşib

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə daha 2 çəkidə qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Fərqlənmiş idmançılara mükafatları Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, həmçinin ARGİN-in Olimpiya və Paralimpiya idman növləri sektorunun baş məsləhətçisi Yusif Hüseynov təqdim ediblər.

Nəticələr: 56 kq çəki dərəcəsi

1-ci yer: Sərdar Alməmmədov – toplamda 168 kq (76 kq + 92 kq)
2-ci yer: Mehdi Məmmədov – toplamda 158 kq (68 kq + 90 kq)
3-cü yer: İlham Əliyev - toplamda 155 kq (70 kq + 85 kq)

Nəticələr: 60 kq çəki dərəcəsi

1-ci yer: Məhəmməd Rüstımli – toplamda 198 kq (88 kq + 110 kq)
2-ci yer: Mirmöhsüm Tağızadə – toplamda 182 kq (84 kq + 98 kq)
3-cü yer: Amin Quluzadə - toplamda 158 kq (68 kq + 90 kq)

Qeyd edək ki, ağırlıqqaldırma yarışlarına sabah yekun vurulacaq. Son gün atletlər 4 çəki dərəcəsində mübarizə aparacaqlar.

Rza Heydərov birinci oldu Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə 52 kq çəki dərəcəsində...
22/06/2026

Rza Heydərov birinci oldu

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə 52 kq çəki dərəcəsində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

Bu çəkidə qızıl medala Lənkəran idmançısı Rza Heydərov layiq görülüb. Rza 163 kq (76 kq + 87 kq) nəticə ilə yarışı birinci pillədə başa vurub.

Naxçıvan idmançısı Ümid Hüseynov iki hərəkətin cəmində göstərdiyi 134 kq (61 kq + 73 kq) nəticə ilə gümüş medala yiyələnib.

52 kq çəki dərəcəsində bürünc medalı digər Lənkəran idmançısı Roman Hüseynzadə əldə edib. Roman toplamda 118 kq (50 kq + 68 kq) nəticəyə imza atıb.

22/06/2026
Ömər Abdalov qızıl medal qazandı Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübari...
22/06/2026

Ömər Abdalov qızıl medal qazandı

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübarizəsi davam edir. İkinci yarış günü körpücük üzərinə ilk olaraq çəkisi 48 kq-a qədər olan yeniyetmələr çıxıblar.

Bu çəkidə qızıl medala Qazax idmançısı Ömər Abdalov layiq görülüb. Ömər 130 kq (57 kq + 73 kq) nəticə ilə yarışı birinci pillədə tamamlayıb.

Lənkəran təmsilçisi Mənsur Ağayev iki hərəkətin cəmində göstərdiyi 128 kq (57 kq + 71 kq) nəticə ilə gümüş medal qazanıb.

48 kq çəki dərəcəsində bürünc medalı Bakı idmançısı Elnur Əyyubov əldə edib. Əyyubov toplamda 121 kq (52 kq + 69 kq) nəticəyə imza atıb.

Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında atletlər bugün 4 çəki dərəcəsində mübarizə aparır.

Elçin Muradov qızıl medal qazandıMəktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübari...
21/06/2026

Elçin Muradov qızıl medal qazandı

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübarizəsi başlayıb. İlk yarış günü çəkisi 44 kq-a qədər olan yeniyetmələr bacarığını nümayiş etdirib.
Bu çəkidə qızıl medala Qazax idmançısı Elçin Muradov layiq görülüb. Elçin 110 kq (49 kq + 61 kq) nəticə ilə yarışı birinci pillədə tamamlayıb.
Lənkəran təmsilçisi Məmmədəli Məmmədov iki hərəkətin cəmində göstərdiyi 94 kq (41 kq + 53 kq) nəticə ilə gümüş medal qazanıb.
44 kq çəki dərəcəsində bürünc medalı Bakı idmançısı Abuzər Sultanov əldə edib. Sultanov toplamda 93 kq (43 kq + 50 kq) nəticəyə imza atıb.
Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında 100-dən artıq atlet 3 gün ərzində qalib və mükafatçıların adlarına aydınlıq gətirəcəklər.

Məktəblilərin Respublika İdman Olimpiadasında qızların yarışından fotolar...
21/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadasında qızların yarışından fotolar...

Qızların yarışında mükafatçıların adlarına aydınlıq gəldiMəktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma y...
21/06/2026

Qızların yarışında mükafatçıların adlarına aydınlıq gəldi

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma yarışlarına start verilib. Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar mübarizəyə qoşulublar.

Zəriflərin yarışında qızıl medala Qazax idmançısı Hənifə Məhərrəmli layiq görülüb. Məhərrəmli toplamda 160 kq (73 kq + 87 kq) nəticə ilə birinci olub. Gəncə təmsilçisi Zeynəb Həsənova 134 kq (63 kq + 71 kq) göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Ən güclü üçlüyü paytaxt idmançısı Zeynəb Bəkirli tamamlayıb. O iki hərəkətin cəmində 116 kq (53 kq + 63 kq) ağırlığı ram edib.
Qeyd edək ki iştirakçıların göstərdiyi nəticələr sinkler cədvəli üzrə hesablanıb.
Ağırlıqqaldırma yarışlarında 100-dən artıq atlet 3 gün ərzində qalib və mükafatçıların adlarına aydınlıq gətirəcəklər.

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə yarışlara start verildi.
21/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə yarışlara start verildi.

Address

Tbilisi Prospekti 35, Yasamal Rayonu, 1033-cü Məhəllə (ASK Plaza)
Baku
AZ1122

Telephone

+994120000000

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Ağırlıqqaldırma Federasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Ağırlıqqaldırma Federasiyası:

Share