Milli Debat Proqramı

Milli Debat Proqramı Milli Debat Proqramı debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır.

Şəhid debatçı Toğrul Nağıyevin doğum günü Şəkidə anılıb.8 iyun 2025-ci il tarixində Vətəndaş Cəmiyyətində Debat İctimai ...
10/06/2025

Şəhid debatçı Toğrul Nağıyevin doğum günü Şəkidə anılıb.

8 iyun 2025-ci il tarixində Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Şəki Regional Debat Mərkəzinin məzun debatçısı, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Toğrul Nağıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə şəhər ictimaiyyəti ilə yanaşı, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Aydan Hüseynova, Regionlarla iş üzrə meneceri Ərhun Baxış və birliyin digər nümayəndələri iştirak ediblər.

Anım tədbirində Toğrul Nağıyevin vətənpərvərliyi, gənclərə örnək olan fəaliyyəti və Debat Hərəkatında keçdiyi yol barədə çıxışlar edilib. Onun xatirəsinin daim yaşadılması məqsədilə təşkil olunan və artıq ənənə halını almış “Qəhrəman Kuboku” turniri bu il də uğurla başa çatıb. Turnirin qalibi olan komanda tərəfindən kubok şəhidimizin anası Əntiqə Nağıyevaya təqdim olunub.

Tədbirdə çıxış edənlər Toğrul Nağıyevin fədakarlığının və onun timsalında şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.🥀

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi olaraq, qəhrəman şəhidimiz Toğrul Nağıyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun keçdiyi şərəfli yolu gələcək nəsillərə ötürüləcəkdir.❤️

 Şəhid Toğrul Nağıyevin xatirəsinə həsr olunmuş "Qəhrəman Kuboku" debat turniri keçirilib.🤩10 iyun 2025-ci il tarixində ...
10/06/2025



Şəhid Toğrul Nağıyevin xatirəsinə həsr olunmuş "Qəhrəman Kuboku" debat turniri keçirilib.🤩

10 iyun 2025-ci il tarixində Şəki şəhərində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin Şəki Regional Debat Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında "Qəhrəman Kuboku" debat turniri keçirilib. Turnir Azərbaycanın qəhrəman şəhidlərindən biri, Vətən uğrunda fədakarcasına döyüşmüş Toğrul Nağıyevin xatirəsinə həsr edilib.

Qeyd edək ki, tədbirdə Regionlarla iş üzrə menecer Ərhun Baxış iştirak edib.

Debat hakimlərinin akkreditasiyası elan olunur! 🎓🗣️Milli Debat Proqramının hakimlər komitəsinə yeni üzvlərin qəbulu üçün...
08/06/2025

Debat hakimlərinin akkreditasiyası elan olunur! 🎓🗣️

Milli Debat Proqramının hakimlər komitəsinə yeni üzvlərin qəbulu üçün iyunun 8-dən akkreditasiya prosesinə start verilir. prosesinə qəbul olunan və mərhələləri uğurla tamamlayan təcrübəli debatçılar kateqoriyası əldə edəcək. ✅

Müraciət üçün şərtlər: 📌

• Ən az bir BGDF, RGDF və ya DVC tərəfindən təsdiq edilən əhəmiyyətli turnirdə iştirak təcrübəsi; 🏆
• Debat klubunun daxili turnirlərinin ən az birində "Ən yaxşı 10 natiq" sıralamasında olduğunu təsdiq edən sənəd (sertifikat); 📃

Yalnız bu tələblərə uyğun namizədlər qeydiyyatdan keçə bilər.

Uğurlar arzu edirik! 🤝🎯

Qeydiyyat linki üçün rəy bölməsində "+" qoymağınız xahiş olunur. ➕
Son qeydiyyat tarixi: 12.06.2025, 18:00 ⏰

Əziz debatçılar və debatsevərlər!📣Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 20 illik yubileyi münasibətilə “...
23/05/2025

Əziz debatçılar və debatsevərlər!📣

Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 20 illik yubileyi münasibətilə “İRS 20” adlı açıq turniri baş tutacaq.

İştirak edəcək bütün komandalara uğurlar!💜

📄 : Strateji əhəmiyyətli müəssisələrin özəlləşdirilməsi dövlətin iqtisadi səmərəliliyini artırır.
📍: Azərbaycan Dövlət İqtisad Universiteti, II tədris binası (Gənclik korpusu)
📅 : 31 may – 1 iyun

  19-20 aprel tarixlərində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində DİA debat ...
08/05/2025



19-20 aprel tarixlərində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində DİA debat klubunun təşkilatçılığı ilə "Dünya miqyasında ölüm cəzası tamamilə dayandırılmalıdır" mövzusunda daxili turnir keçirilib.Turnirin final mərhələsinə təsdiq mövqedə "De Sən Öl", inkar mövqedə isə "EGYPTDİA" komandaları vəsiqə qazanmışdır. Final oyunun qalibi "De Sən Öl" komandası ( Ayan Nəsirli, Lalə Qəribova, Selcan Mirzəyeva) olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının debat klubuna uğurlar arzu edirik!💜

 19-20 aprel tarixlərində, Milli Aviasiya Akademiyasının Debat Klubunun 9 illiyi münasibətilə və “Konstitusiya və Suvere...
28/04/2025



19-20 aprel tarixlərində, Milli Aviasiya Akademiyasının Debat Klubunun 9 illiyi münasibətilə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “IX NAAryad” adlı açıq debat turniri baş tutmuşdur.

Turnirdə 8 müxtəlif ali təhsil müəssisəsini təmsil edən debatçılar iştirak etmiş, ümumilikdə 16 komanda və 200-dən çox gənc turnirə qoşulmuşdur. Gərgin mübarizənin sonunda “UNECTAŞ” (Yusif Əliyev, Raul Rəhimov, Rəcəbəli Əbdüləziz) və “UNEC Airlines” (Əli Rəhimov, Zibeydə Əliyeva, Fatimə Mirzəyeva) komandaları finala yüksəlmişdir. Final mərhələsini uğurla başa vuran “UNECTAŞ” komandası turnirin qalibi olmuşdur.

Turnirin ən yaxşı natiqi İlkin Hüseynov seçilmişdir. Qalib komanda, finalçı komanda və ən yaxşı 10 natiq müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır.

Milli Aviasiya Akademiyası Debat Klubunu 9 illik yubileyi münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!💜

 19-20 aprel tarixlərində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində ADU Debat K...
28/04/2025



19-20 aprel tarixlərində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində ADU Debat Klubunun təşkilatçılığı ilə "Konstitusiya dəyişikliyi yalnız referendum yolu ilə edilməlidir" mövzusunda daxili turniri keçirilib. Turnir zamanı Azərbaycan bölməsi üzrə final mərhələsində "Çox üzüblər hə səni" (Arzu Zamanova, Nərmin Məcidzadə, İsmayıl Dautov) və "Sıradan vətəndaşlar" (Sevinc Rzayeva, Aysun Quliyeva, Ayşe Syed) komandaları qarşı-qarşıya gəlmiş, nəticədə turnirin qalibi "Çox üzüblər hə səni" komandası olub.

Rus bölməsi üzrə final mərhələsində isə "Рай в Аду" (Nuray Haciyeva, Cavidan Hüseynli, İlahə Sadıqzadə) və "Рустамики-гиппопотамики" (Kamilla Novruzova, Veronika Əlimetova, Aysel Qasımova) komandaları qarşı-qarşıya gəlmiş, nəticədə turnirin qalibi "Рай в Аду" komandası olmuşdur.
Sonda qaliblər, kubok, medal və diplomla, iştirakçılar isə təşəkkürnamə ilə təltif olunub.

Azərbaycan Dillər Universitetinin debat klubuna və debatçılara uğurlar arzu edirik!💜

 !Milli Debat Proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klubunun "Dövlətin tətbiq etdiyi...
23/04/2025

!

Milli Debat Proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klubunun "Dövlətin tətbiq etdiyi təsərrüfat strategiyaları qida çatışmazlığı ilə mübarizədə öz rolunu doğruldur" mövzusunda XXVIII daxili turniri keçirilib.

Turnirdə Azərbaycan bölməsi üzrə "Ölmüş ümidlər"(Rəna Cəfərzadə, Ayan Məmmədova, Fatimə Zeynalova), Rus bölməsi üzrə isə "Q.E.D"(Asiyat Çingizova, Məryəm Abdullayeva, Aylin Əkbərova) çempion olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klubuna və debatçılara uğurlar arzu edirik!💜

 5-6 aprel tarixlərində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin “Milli Debat Proqramı” çərçivəsində “UNEC Debat...
15/04/2025



5-6 aprel tarixlərində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin “Milli Debat Proqramı” çərçivəsində “UNEC Debat Klubu”nun XLVII Daxili Debat Turniri baş tutmuşdur.

Turnir zamanı Azərbaycan bölməsi üzrə final mərhələsində “Heç nə deməyəcəm, qoy ürəyim partlasın” (Elcan Nəcəfzadə, Gülnar Çinkil, Fatimə Mirzəyeva) və “Hər ehtimala, sizə də qurban olum” (Amin Hüseynov, Nicat Məmmədov, Xanım Səfərli) komandaları qarşı-qarşıya gəlmiş, nəticədə turnirin qalibi “Heç nə deməyəcəm, qoy ürəyim partlasın” komandası olmuşdur.

Rus bölməsi üzrə isə “Ага верни долг” (Quliyeva Günay, Baxşəliyev Kənan, Əhmədzadə Toğrul) və “Не помню название” (Abbasova Aylin, Yusufov Cavid, Məmmədov Əkbər) komandaları final mərhələsində qarşı-qarşıya gəlmiş, nəticədə “Ага верни долг“komandası turnirin qalibi olmuşdur.
Sonda qaliblər kubok, medal və diplomla, iştirakçılar isə təşəkkürnamə ilə təltif olunmuşdur.💜

   5-6 aprel tarixlərində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin “Milli Debat Proqramı” çərçivəsində “UNEC Deb...
15/04/2025



5-6 aprel tarixlərində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin “Milli Debat Proqramı” çərçivəsində “UNEC Debat Klubu”nun XLVII Daxili Debat Turniri baş tutmuşdur.

Turnir zamanı Azərbaycan bölməsi üzrə final mərhələsində “Heç nə deməyəcəm, qoy ürəyim partlasın” (Elcan Nəcəfzadə, Gülnar Çinkil, Fatimə Mirzəyeva) və “Hər ehtimala, sizə də qurban olum” (Amin Hüseynov, Nicat Məmmədov, Xanım Səfərli) komandaları qarşı-qarşıya gəlmiş, nəticədə turnirin qalibi “Heç nə deməyəcəm, qoy ürəyim partlasın” komandası olmuşdur.

Rus bölməsi üzrə isə “Ага верни долг” (Quliyeva Günay, Baxşəliyev Kənan, Əhmədzadə Toğrul) və “Не помню название” (Abbasova Aylin, Yusufov Cavid, Məmmədov Əkbər) komandaları final mərhələsində qarşı-qarşıya gəlmiş, nəticədə “Ага верни долг“komandası turnirin qalibi olmuşdur.
Sonda qaliblər kubok, medal və diplomla, iştirakçılar isə təşəkkürnamə ilə təltif olunmuşdur.💜

 Azərbaycan Dillər Universitetinin Debat klubu Sabunçu Gənclər evində Azərbaycan və Rus bölmələri üçün yeni mövsümün açı...
10/04/2025



Azərbaycan Dillər Universitetinin Debat klubu Sabunçu Gənclər evində Azərbaycan və Rus bölmələri üçün yeni mövsümün açılış mərasimini keçirib və yeni debatçı namizədlər üçün şou-debat nümayiş edib.

Şou-debatda Azərbaycan bölməsində təsdiq mövqedə "Şou var dedilər gəldik" inkar mövqedə isə "Debat var dedilər gəldik" , Rus bölməsində təsdiq mövqedə "Дамский Каприз" inkar mövqedə "Райан Госдинг" komandaları çıxış ediblər.

ADU Debat klubuna və debatçılara uğurlar arzu edirik!💜

Address

Suleyman Rustam 15H
Baku
AZ1015

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 16:00

Telephone

+994774211102

Alerts

Be the first to know and let us send you an email when Milli Debat Proqramı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Milli Debat Proqramı:

Share