"Saglamliga Khidmat" Public Union

"Saglamliga Khidmat" Public Union Səhiyyə maarifi və araşdırmaları üzrə ixtisaslaşmış ictimai birlik

“Baku Call to Action” sənədində Azərbaycanın təşəbbüslərinin və təcrübəsinin əks olunması xüsusi əhəmiyyət daşıyır. Bura...
23/05/2026

“Baku Call to Action” sənədində Azərbaycanın təşəbbüslərinin və təcrübəsinin əks olunması xüsusi əhəmiyyət daşıyır. Burada post-münaqişə bərpası, məcburi köçkünlərin geri dönüşü, dayanıqlı şəhərsalma və urban təhlükəsizlik məsələləri geniş yer aldı. Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr beynəlxalq səviyyədə nümunə kimi təqdim edildi.
Mən Qərbi Azərbaycandan olan bir şəxs kimi hesab edirəm ki, doğma yurdlarından didərgin salınmış insanların geri dönüş hüququ və təhlükəsiz yaşayış məsələləri beynəlxalq platformalarda daim diqqətdə saxlanılmalıdır. Bu isə bir daha sübut edir ki, İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən siyasət yalnız milli deyil, qlobal əhəmiyyət daşıyır. WUF13 Azərbaycanın beynəlxalq nüfuzuna və yumşaq güc imkanlarına ciddi töhfə verdi.

Qarabağ və Şərqi Zəngəzur dünyada ən çox mina ilə çirklənmiş post-konflikt ərazisidir. Ermənistan dünyada mina istehsalı...
11/05/2026

Qarabağ və Şərqi Zəngəzur dünyada ən çox mina ilə çirklənmiş post-konflikt ərazisidir.
Ermənistan dünyada mina istehsalı ilə məşğul olan limitli sayda ölkələrdən biridir.
Minaların partlayışı nəticəsində sülh dövründə 420-dən çox azərbaycanlı mina qurbanına çevrilmişdir. Bu, insan sağlamlığına və ətraf mühitə böyük təhdiddir, həmçinin, keçmiş qaçqın/məcburi köçkünlərin öz torpaqlarına geri qayıdışını çətinləşdirir. Ermənistan bu yöndə öz üzərinə düşəni yerinə yetirməlidir. Mina xəritələri təqdim olunmalı və mina qurbanlarına dəymiş zərər ödənilməlidir.

Bu gün – 7 May, dünyada Beynəlxalq Zərərin Azaldılması Günü kimi qeyd olunur. Bu günün əsas mesajı çox sadədir: insanlar...
07/05/2026

Bu gün – 7 May, dünyada Beynəlxalq Zərərin Azaldılması Günü kimi qeyd olunur. Bu günün əsas mesajı çox sadədir: insanları cəzalandırmaq yox, qorumaq lazımdır.
Urbanizasiya sürətlə artdıqca sağlamlıq problemləri, sosial bərabərsizlik, stiqma, psixi sağlamlıq problemləri, asılılıqlar, vərəm, evsizlik və sosial təcrid kimi çağırışlar daha görünən olur.
17-22 may tarixinde keçiriləcək World Urban Forum 13 şəhərlərin gələcəyini müzakirə edərkən insan sağlamlığını və sosial məsələləri də diqqət mərkəzinə gətirməlidir. Çünki sağlam şəhər yalnız yollar və binalarla deyil, insanlara göstərilən qayğı ilə qurulur.
Zərərin azaldılması yanaşması insanların həyatını xilas etməyə, onları səhiyyə və sosial xidmətlərə yaxınlaşdırmağa xidmət edir.

Azərbaycanda vərəm stiqması hələ də ciddi problemlərdən biridir. Bir çox insanlar xəstəliklərini gizlətməyə çalışır, yaşadıqları kənd və ya məhəllədən uzaqlaşaraq şəhərlərə köçürlər. Bu isə həm sosial təcridə, həm də əlavə maliyyə yükünə səbəb olur. Şəhərlərdə kirayə, qidalanma və müalicə xərcləri onların həyatını daha da çətinləşdirir.
Bu baxımdan zərərin azaldılması yalnız tibbi yanaşma deyil — həm də insan hüquqları, sosial ədalət və urban sağlamlıq məsələsidir.
Sağlam və təhlükəsiz şəhərlər yalnız infrastruktura deyil, insanların sosial rifahının yaxşılaşdırılmasına investisiya ilə qurulur.









ENG - BELOW ⬇️16.04.2026Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı və Pr...
16/04/2026

ENG - BELOW ⬇️

16.04.2026
Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanları Xəstəlikləri Sanatoriyasının dəstəyi ilə Ümumdünya Vərəm Günü ilə bağlı tədbir keçirildi.
Tədbirdə sanatoriyanın direktoru Rəşid Bədəlov müəssisə və orada göstərilən xidmətlər barədə təqdimat etdi. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri İlham Məmmədov və Soltan Mammadov, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Cəvahir Süleymanova, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova çıxışlarında uşaqlarda vərəmin profilaktikasının qlobal səhiyyədə prioritet olduğunu, maarifləndirmənin, qanunvericilik səviyyəsində qərarların vərəmlə mübarizədə daha effektiv olduğunu qeyd etdilər.
Bununla yanaşı, Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri;

Sona Hacıyeva
Elchin Mukhtarli
Çingiz Ramazanlı
Mətanət Qaraxanova
Zəminə Səfərova
Turkan Mukhtarli
tədbirdə fəal iştirak etdilər. Uşaqlar ilə birlikdə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası tərəfindən hazırlanmış "Biz Vərəmə qalib gələ bilərik" plakatları ilə şüarlar səsləndirdilər.
Tədbir bədii hissə ilə yekunlaşıb. Sanatoriyada müalicə alan uşaqlar mahnı oxuyub rəqs etdilər.

On April 16, 2026, an event dedicated to World Tuberculosis Day was held, organized by the Research Institute of Lung Diseases of the Ministry of Health, with the support of the Republican Sanatorium for Children and Adolescents with Tuberculosis and Respiratory Diseases named after Professor Gindes.

During the event, the director of the sanatorium, Rashid Badalov, delivered a presentation about the institution and the services provided there. This was followed by speeches from Irada Akhundova, Director General of the Research Institute of Lung Diseases; Ilham Mammadov and Soltan Mammadov, members of the Health Committee of the Milli Majlis; Javahir Suleymanova, representative of the World Health Organization; and Nazifa Mursalova, Head of the Public Health and Sanitary-Epidemiological Control Department of the Ministry of Health. In their remarks, they emphasized that the prevention of tuberculosis among children is a global public health priority, and highlighted the importance of awareness-raising activities and legislative measures in effectively adressing tuberculosis.

Members of the TB NGO Coalition;
Sona Hajiyeva,
Elchin Mukhtarli
Chingiz Ramazanli,
Matanat Garakhanova
Zamina Safarova
Turkan Mukhtarli also actively participated in the event. Together with the children, they presented posters with the slogan “We can defeat tuberculosis,” prepared by the Azerbaijan TB NGO Coalition, and voiced awareness-raising messages.
The event concluded with an artistic program, children undergoing treatment at the sanatorium performed songs and dances.


Turkan Mukhtarli

11/04/2026
Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin komandası İstanbuldakı görüşdən! ❤️📍İstanbul, TürkiyəTB Europe Coal...
31/03/2026

Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin komandası İstanbuldakı görüşdən! ❤️
📍İstanbul, Türkiyə

TB Europe Coalition (TBEC) team at the meeting in Istanbul! ❤️
📍Istanbul, Turkey


Türkan Muxtarlı

(For english scroll down)📌Bu gün 24 Mart- Vərəmlə Mübarizə Günüdür. Bu məqsədlə Sağlamlığa Xidmət İctimai Birliyi olaraq...
24/03/2026

(For english scroll down)

📌Bu gün 24 Mart- Vərəmlə Mübarizə Günüdür.
Bu məqsədlə Sağlamlığa Xidmət İctimai Birliyi olaraq Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və TƏBİB-in Ağciyər Xəstəlikləri Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Vətəndaş Cəmiyyətlərinin olduqca interaktiv panel müzakirəsi aparıldı. QHT-lərin vərəmlə mübarizədə uğurları və üzləşdiyi çətinliklər müzakirə olundu.
2026-Ümumdünya Vərəmlə Mübarizə Gününün şüarı- Bəli! Biz Vərəmə qalib gələ bilərik! Ölkələrin rəhbərliyi ilə, İnsanların gücü ilə!
Bu mövzu artıq sadəcə planlardan danışmaq yox, real addımlar atmaq lazım olduğunu vurğulayır.
Bu yanaşma hər ölkəyə vərəmlə mübarizəyə töhfə verməyə imkan yaradır.
March 24- World Tuberculosis Day!
To mark this day, an event was held by “Saglamliga Khidmat” Public Union, jointly organized with the Azerbaijan TB NGO Coalition and the Lung Diseases Center of TƏBİB.(Management Union of Medical Territorial Units) During the event, a highly interactive panel discussion with civil society organizations took place. The achievements of NGOs in the fight against TB, as well as the challenges they face, were discussed.

The theme of World TB Day 2026 is: “Yes! We Can End TB. Led by countries. Powered by people!”

This theme highlights that it is no longer enough to just talk about plans — real action is needed.
This approach allows each country to contribute to the fight against TB.


Türkan Muxtarlı

Final rehearsal for TB Day! ⏰🫁        Turkan Mukhtarli
24/03/2026

Final rehearsal for TB Day! ⏰🫁


Turkan Mukhtarli

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when "Saglamliga Khidmat" Public Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to "Saglamliga Khidmat" Public Union:

Share