TRİBUNAT

TRİBUNAT Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

The wave of repression, which has intensified since the fall of 2023, has begun to cover the last representatives of ind...
13/03/2026

The wave of repression, which has intensified since the fall of 2023, has begun to cover the last representatives of independent non-profit organizations since March of the current year. According to reports, the current case is notable for its similarity to the “NGO case” initiated by the Prosecutor General’s Office of the Republic of Azerbaijan in April 2014. That criminal case was terminated in 2023 under Article 39.1.2 of the Code of Criminal Procedure (in the absence of a criminal content in action).

Although extensive information about the new criminal case is not available in open sources, the number of individuals involved as accused, suspects, and witnesses in this case is more than enough.

The persons engaged in the investigation were charged under the following articles and aggravating clauses of the Criminal Code:

Article 192: Illegal entrepreneurship

Article 193: Evasion from payment of taxes, unemployment insurance, compulsory medical insurance and/or mandatory public social insurance

Article 308: Abuse of ex-officio full powers

Article 313: Office forgery

The “other charges” phrase used in local media reports about the case creates the impression that the final indictment will be even more wide-ranging.

“Tribunat” tried to analyze the legality of the charges in the case, which can be labeled as “NGO Case 2”. Read full article on the website. 📱

The latest amendment to the Law “On Information, Informatization and Information Protection” approved by President Ilham...
06/03/2026

The latest amendment to the Law “On Information, Informatization and Information Protection” approved by President Ilham Aliyev has expanded the list of information prohibited from dissemination on Internet information resources. According to APA, the amendment envisages establishment of personal responsibility for actions that insult public morality and openly express disrespect for society, if publicly displayed.

“Tribunat” has analyzed the latest amendments to the Law from the perspective of freedom of expression. Read article on the website.📲

Activist Javid Asadov posted on his Facebook account that a database of users who shared critical opinions in the commen...
27/02/2026

Activist Javid Asadov posted on his Facebook account that a database of users who shared critical opinions in the comments section of videos by the Ministry of Internal Affairs (MIA) blogger Mehman Huseynov has been collected. The post claims that the data collection by law enforcement agencies is used to intimidate citizens. The ministry has not yet made any public statements regarding the allegations.

“Tribunat” has analyzed the legality of such practice.
Read article on the website.📲

The “LEGIS”lation legislative amendment project is being implemented within the framework of the “LEGIS Legal Forum” org...
25/02/2026

The “LEGIS”lation legislative amendment project is being implemented within the framework of the “LEGIS Legal Forum” organized by “Pasha Holding”, one of the largest holdings in the country and known for its political connections. Via reports, the aim of the project is to identify areas in which changes in legislation are necessary, to collect and systematize proposals from lawyers, researchers and young specialists on legislative amendments, and to form a list of proposals to be submitted to relevant state bodies.

Pasha Holding is a huge conglomerate that concentrates assets in the fields of banking, construction, real estate, insurance, technology, and investment. According to journalistic investigations, it is unofficially controlled by the country’s first family.

Even though the technical side of potential legislative projects being submitted to the competent authorities and the effectiveness of the initiative beg the question, this news creates a basis for discussion of the institution of legislative initiative in Azerbaijan.

“Tribunat” has analyzed the institute of legislative initiative and its problems in Azerbaijan.

Read the full article on our websie.📲

Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) 2002-ci ildə ratifikasiya edib. Konvensiyanın 19-cu...
18/02/2026

Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) 2002-ci ildə ratifikasiya edib. Konvensiyanın 19-cu maddəsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təsis edilməsini nəzərdə tutur və 46-cı maddəyə əsasən üzv dövlətlər Məhkəmənin onların tərəf olduğu işlər üzrə çıxardığı yekun qərarları icra etməyi öz öhdələrinə götürürlər.

Bu öhdəlik Konstitusiya səviyyəsində də təsbit olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə görə, insan hüquq və azadlıqları dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə təmin edilməlidir. Konstitusiyanın 151-ci maddəsi isə açıq şəkildə bildirir ki, normativ hüquqi aktlarla (Konstitusiya və referendumla qəbul edilmiş aktlar istisna olmaqla) beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilənin müddəası tətbiq edilir. Bu o deməkdir ki, AİHK Azərbaycan hüquq sistemində birbaşa üstün hüquqi qüvvəyə malikdir.

Bununla belə, AİHM-in statistikası göstərir ki, indiyədək Məhkəmə tərəfindən Azərbaycanla bağlı 592 qərar qəbul olunub və onların nə az, nə çoxu, düz 393-ü hələ də icra edilməyib. Bu qərarların 66 faizinin icra edilmədiyi mənasına gəlir. Azərbaycan Respublikası AİHM qərarlarını icra etməmə statistikasında Rusiya Federasiyasından (69 faiz) sonra ikinci yerdə gəlir.

Keçən il Azərbaycanla bağlı 48 qərar qəbul olunub və onların 43-də Konvensiyanın ən azı 1 maddəsinin pozuntusu tanınıb. Pozuntuların əsas hissəsi mülkiyyətin müdafiəsi (1 saylı protokolun 1-ci maddəsi, 16 pozuntu), azadlıq və toxunulmazlıq hüququ (5-ci maddə, 15 pozuntu), ədalətli məhkəmə araşdırması hüququ (6-cı maddə, 9 pozuntu), şəxsi və ailə həyatına hörmət hüququ (8-ci maddə, 8 pozuntu) ilə bağlıdır.

Bəs Azərbaycanda AİHM qərarları niyə icra edilmir?

“Tribunat” mövzunu araşdırıb. Ətraflı vebsaytımızdan oxuyun.📲

Keçən ilin dekabrında Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verilib. Qərar h...
05/02/2026

Keçən ilin dekabrında Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verilib. Qərar hakimin Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə əməl etməməsi ilə əsaslandırılıb. Yerli mediada yayılan məlumatlara əsasən, hakim dolu yağışı zamanı şəxsi avtomobilinin zədələnməsinin qarşısını almaq məqsədilə mantiyasını avtomobilin üstünə sərib. Hadisə haqqında məlumat Astara Rayon Məhkəməsinin sədri Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurası sədrinə göndərilib.

Məsələ ilə əlaqədar nə Astara Rayon Məhkəməsinin, nə də Məhkəmə-Hüquq Şurasının hər hansı açıqlaması olub.

“Tribunat” İ.Məmmədovun hakimlik səlahiyyətinə iddia edilən əsasla xitam verilməsinin Hakimlərin Etik Davranış Kodeksinə uyğunluğunu və tətbiq edilən sanksiyanın proporsionallığını dəyərləndirib. Ətraflı vebsaytımızdan oxuyun...

Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna ed...
03/02/2026

Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən son dəyişikliklə internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların siyahısı genişləndirilib. APA-nın yaydığı məlumata görə, dəyişiklik kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə görə şəxsi məsuliyyətin müəyyənləşdirilməsini nəzərdə tutur.

“Tribunat” Qanuna edilən son dəyişiklikləri ifadə azadlığı kontekstində təhlil edib. Təhlili vebsaytımızdan oxuyun.📲

Bugün ikinci səsvermədən keçən Naxçıvan Konstitusiyası ilə bağlı dəyişikliklərin analizini yenidən bizdən oxuya bilərsin...
02/02/2026

Bugün ikinci səsvermədən keçən Naxçıvan Konstitusiyası ilə bağlı dəyişikliklərin analizini yenidən bizdən oxuya bilərsiniz. Ətraflı şərhdə…👇

Bu ilin 21 iyununda Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi barədə Konstitusiya Qanununun layihəsi birinci oxunuşda təsdiq edilib. Parlamentdə layihənin etirazsız və müzakirəsiz qarşılanmasından ehtimal etmək olar ki, sənəd digər oxunuşlardan da uğurlu keçərək qanuni qüvvəsini alacaq.

“Tribunat” Naxçıvan Konstitusiyasına planlaşdırılan dəyişikliklərə nəzər yetirərək onların muxtar respublikanın statusuna olan təsirlərini təhlil edib. Tam versiyanı vebsaytımızdan oxuyun. 📲

P.S. Bu gün layihə sonuncu, üçüncü oxunuşda parlamentdə qəbul edilib.

Blogger Mehman Hüseynov “Meydan” TV-yə müsahibəsində bildirib ki, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin əməkd...
01/02/2026

Blogger Mehman Hüseynov “Meydan” TV-yə müsahibəsində bildirib ki, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Bakıda yaşayan ailə üzvlərini harasa aparıb və yaxınlarına onun intim görüntülərini nümayiş etdiriblər. M.Hüseynov deyib ki, 2019-cu ildə həbsdən azad edildikdən sonra şantaj etmək və peşə fəaliyyətindən çəkindirmək məqsədilə yaşadığı otağa gizli kamera yerləşdirilib və intim görüntüləri çəkilib.

“Tribunat” jurnalistin dediklərini şəxsi həyatın toxunulmazlığı hüququ baxımından araşdırıb. Tam mətni vebsaytımızdan oxuyun.📲

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cəzaçəkmə müəssisəsində sistematik təzyiq...
30/01/2026

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cəzaçəkmə müəssisəsində sistematik təzyiqlərə məruz qaldığı bildirilir. Vəkili Nazim Musayev “Azadlıq Radiosu”na bildirib ki, Möhyəddin Orucov videozəng vasitəsilə danışarkən ailəsi ekran görüntüsünü çəkərək sosial şəbəkələrdə paylaşıb. Müəssisə rəhbərliyi Möhyəddin Orucovu həmin paylaşım səbəbindən tənbeh edib. Möhyəddin Orucov bundan xəbərsiz olduğunu bildirsə də rəhbərlik digər dustaqlara da görüntülü danışıq qadağası qoyub və bunu Möhyəddinə görə etdiyini bildirib. Vəkil məsələ ilə bağlı müəssisə rəhbərliyinə və Ədliyyə Nazirliyinə müraciət etsə də, iddialarla bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bakı Ağır Cinayətlər Məkəməsinin qərarı ilə 2025-ci il fevralın 25-də 3 il azadlıqdan məhrum edilən Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittiham edilsə də, özü və yaxınları ittihamı qəbul etmir, həbsinin əmək hüquqlarının müdafiəsindən irəli gəldiyini və siyasi motivli olduğunu bildirir.
“Tribunat” Möhyəddin Orucova münasibətdə məhdudiyyətlərin qanunauyğun olub-olmadığını araşdırıb. Ətraflı vebsaytımızdan oxuyun. 📲

İctimai fəal Cavid Əsədov öz “Facebook” hesabında Daxili İşlər Nazirliyinin (DİN) blogger Mehman Hüseynovun videoroliklə...
22/01/2026

İctimai fəal Cavid Əsədov öz “Facebook” hesabında Daxili İşlər Nazirliyinin (DİN) blogger Mehman Hüseynovun videoroliklərinin şərhlər bölümündə tənqidi fikirlərini bölüşən istifadəçilərin məlumat bazasının toplandığı barədə paylaşım yayıb. Paylaşımda iddia edilir ki, hüquq-mühafizə orqanlarının bu cür məlumatları toplaması vətəndaşlara qarşı hədə-qorxu məqəsədilə istifadə edilir. Nazirlik qeyd edilən ittihamlara dair ictimaiyyətə bugünədək heç bir açıqlama verməyib.

“Tribunat” bu praktikanın qanunauyğunluğunu araşdırıb. Ətraflı vebsaytımızdan oxuyun. 📲

Ölkənin ən böyük holdinqlərindən biri sayılan və siyasi əlaqələri ilə məşhur olan “Paşa Holding”-in icra etdiyi “LEGİS H...
20/01/2026

Ölkənin ən böyük holdinqlərindən biri sayılan və siyasi əlaqələri ilə məşhur olan “Paşa Holding”-in icra etdiyi “LEGİS Hüquq Forumu” çərçivəsində “LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsi həyata keçirilir. Məlumata əsasən, layihənin məqsədi qanunvericilikdə dəyişiklik zərurəti olan sahələri müəyyənləşdirmək, hüquqşünasların, tədqiqatçıların və gənc mütəxəssislərin qanunvericiliyə dəyişikliklə bağlı təkliflərini toplamaq, sistemləşdirmək və müvafiq dövlət qurumlarına təqdim ediləcək təkliflər siyahısını formalaşdırmaqdır.

“Paşa Holding” bank, tikinti, daşınmaz əmlak, sığorta, texnologiya, investisiya sahələrində aktivləri cəmləşdirən nəhəng konqlomeratdır, jurnalist araşdımalarına əsasən, qeyri-rəsmi ölkənin birinci ailəsi tərəfindən idarə edilir.

Texniki cəhətdən potensial qanunvericilik layihələrinin səlahiyyətli qurumlara çatdırılacağı və təşəbbüsün effektivliyi sual doğursa da, bu xəbər Azərbaycanda qanunvericilik təşəbbüsü institutunun müzakirəsi üçün əsas yaradır.

“Tribunat” Azərbaycanda qanunvericilik təşəbbüsü institutunu və onun problemlərini araşdırıb.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when TRİBUNAT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to TRİBUNAT:

Share