Femida Könüllüləri Təşkilatı

Femida Könüllüləri Təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Femida Könüllüləri Təşkilatı, Non-Governmental Organization (NGO), 1193-cü məhəllə, 14 Yusif Səfərov küçəsi, Baku.

“Femida Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilat...
09/06/2026

“Femida Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə təlimlər keçiriləcəkdir!

Təlimlər çərçivəsində Femida könüllülərinin akademik hüquqi yazı bacarıqlarının inkişaf etdirilməsi, eləcə də BDU Tələbə Hüquq Jurnalının sahə üzrə formalaşmış təcrübəsinin bölüşülməsi məqsədilə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə təşkil olunacaq ilk təlim “Akademik hüquqi yazı: məqalə necə yazılmalıdır?” mövzusuna həsr olunacaqdır. Təlimdə akademik hüquqi araşdırmanın əsasları, düzgün mövzu seçimi, məqalənin formalaşdırılması və yazı zamanı qarşılaşılan çətinliklər, habelə onların həll yolları və digər məsələlər barədə ətraflı məlumat veriləcəkdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 25 may 20...
09/06/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 25 may 2026-cı il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Təlim zamanı tələbələrə internetdə məlumatların təhlükəsizliyinin təmin olunması, sosial şəbəkələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar, şəxsi və maliyyə məlumatlarının qorunma üsulları, eləcə də kibercinayətkarlıq hallarına qarşı hüquqi müdafiə mexanizmləri haqqında ətraflı məlumat təqdim olunmuşdur.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılmışdır və onların aktiv iştirakı təmin edilmişdir.

“Femida Könüllüləri” Təşkilatı AmCham Azərbaycan Konfransında təmsil olunmuşdur.“Hüquq təhsili və biznes gözləntilərinin...
06/06/2026

“Femida Könüllüləri” Təşkilatı AmCham Azərbaycan Konfransında təmsil olunmuşdur.

“Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması” mövzusunda keçirilən konfrans çərçivəsində hüquq təhsili, hüquq peşəsinin gələcəyi, peşəkar inkişaf və hüquq sahəsində mövcud çağırışlarla bağlı panel müzakirələri təşkil edilmişdir.

Tədbir iştirakçıları hüquq və biznes mühitinin gözləntiləri, eləcə də hüquq sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Yasamal Rayon Məhkəməsində  fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi b...
05/06/2026

Yasamal Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Yasamal Rayon Məhkəməsinin sədri Anar Tanrıverdiyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, noyabr-fevral ayları ərzində Yasamal Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 25 may 202...
04/06/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 25 may 2026-cı il tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İctimai təzyiq və bullinq” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Təlim zamanı iştirakçılara “ictimai təzyiq” və “bullinq” anlayışlarının hüquqi və sosial mahiyyəti izah edilmiş, bu halların psixoloji və sosial fəsadları barədə məlumat verilmişdir. Həmçinin ictimai təzyiqin qarşısının alınması üçün qanunvericilik çərçivəsində hüquqi mexanizmlərin mövcudluğu vurğulanmış, gənclərin öz hüquqlarını bilməsinin və hüquq pozuntuları ilə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılmışdır və onların aktiv iştirakı təmin edilmişdir.

“Femida Könüllüləri” Təşkilatının “Peşəkarın yol xəritəsi” layihəsi çərçivəsində “Doğru CV ilə fərq yarat” mövzusunda tə...
01/06/2026

“Femida Könüllüləri” Təşkilatının “Peşəkarın yol xəritəsi” layihəsi çərçivəsində “Doğru CV ilə fərq yarat” mövzusunda təlim baş tutub.

Təlim insan resursları üzrə ekspert və karyera koçu, həmçinin “Yüksəliş” müsabiqəsində ekspert kimi fəaliyyət göstərmiş Nisə Əbülhəsənova tərəfindən keçirilib. Görüş zamanı iştirakçılara peşəkar CV hazırlanmasının əsas prinsipləri, işə qəbul prosesində uğurlu müraciət strategiyaları, bacarıq və təcrübələrin effektiv təqdim olunması, eləcə də bu sahədə ən çox yol verilən səhvlərlə bağlı ətraflı məlumat verilib.

İnteraktiv formada keçirilən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

31/05/2026
31/05/2026

“Femida Könüllüləri” Təşkilatı 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nur Uşaq Evi”ni ziyarət edərək körpələr və uşaqlarla birlikdə vaxt keçiriblər.💙

Yay aylarında Femida Könüllüsü olmaq istəyən gənclərin nəzərinə!Könüllülər, gənclərin asudə vaxtlarının səmərəli şəkildə...
30/05/2026

Yay aylarında Femida Könüllüsü olmaq istəyən gənclərin nəzərinə!

Könüllülər, gənclərin asudə vaxtlarının səmərəli şəkildə dəyərləndirilməsi, regionlarda fəaliyyətin təmin edilməsi və könüllülük fəaliyyətinə əlçatanlığın artırılması məqsədilə yay tətilində 45 gün ərzində (1 İyul - 15 Avqust) STEP I və ya STEP II mərhələləri üzrə fəaliyyət göstərə biləcəklər.

Qeydiyyat zamanı https://portal.fmd.az vasitəsilə "Şəhər/Rayon” bölməsində fəaliyyət göstərmək istədiyiniz regionu seçərək fəaliyyətə qoşula bilərsiniz.

Qeyd: Regionlarda fəaliyyət məhkəmə və vəkillik modulları üçün nəzərdə tutulmuşdur.

Address

1193-cü Məhəllə, 14 Yusif Səfərov Küçəsi
Baku

Telephone

+994502557745

Alerts

Be the first to know and let us send you an email when Femida Könüllüləri Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share