16/06/2026
⚖️ “ABŞ-yə mükafat üçün dəvət olunmasaydım, həbs edilməyəcəkdim”
8 il azadlıqdan məhrum edilən hüquq müdafiəçisi, “Müdafiə Xətti” insan hüquqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov məhkəmədəki son sözündə həbsinin siyasi motivli olduğunu bildirib.
“Camnyus”a göndərdiyi son söz mətnində Səfərov qeyd edib ki, ABŞ Dövlət Departamentinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na namizəd göstərilməsi və Vaşinqtonda keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunması onun həbsinə səbəb olub:
🗣️ “Əgər ABŞ-ın Azərbaycandakı səfiri məni beynəlxalq mükafata təqdim etməsəydi, Dövlət Katibi bunu təsdiqləməsəydi və Vaşinqtonda senatorlar, konqresmenlər, Ağ Ev və Dövlət Departamentinin rəsmiləri ilə görüşlərim gözlənilməsəydi, İlham Əliyev həbsimə rəvac verməyəcəkdi”, - deyə o bildirib.
Səfərov vurğulayıb ki, həbsindən əvvəl bir ay ərzində iki dəfə ölkəni sərbəst şəkildə tərk edib geri qayıtmışdı.
📌 Rüfət Səfərov 2024-cü ilin dekabrında saxlanılıb. O, dələduzluq və xuliqanlıq ittihamları ilə üzləşsə də, ittihamları rədd edərək həbsinin hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
📌 Bakı Ağır Cinayətlər Məhkəməsi 12 iyun 2026-cı ildə çıxardığı hökmlə onu dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri üzrə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Vəkilləri hökmün siyasi sifariş olduğunu bildirərək apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.
🔗 Rüfət Səfərovun məhkəmədəki son sözünü oxumaq üçün şərh və ya hekayədəki keçiddən istifadə edə bilərsiniz.