18/10/2023
Dostlar,
Sevinc hissi ilə bildiririk ki, "Xoşbəxt ayaqlar" kampaniyası çərçivəsində Astara, Masallı, Lerik, Yardımlı və Zərdab rayonlarının kəndlərində yaşayan 517 balaca dostumuz ayaqqabılar ilə təmin edilmişdir.
✅ Masallı rayonunun Məmmədoba, Tüklə, Tiyaqani, Kubin, Dico, Nəzəroba, Miyankü kəndləri: 72 nəfər
✅ Astara rayonunun Anboba, Asxanakəran, Bəlbay, Bursut, Daster, Əzərüd, Motlayataq, Rvadıla, Sığadul, Təzəkənd, Tülkükənd, Tüləküvan, Toradi, Diqoli, Reqloba, Hamoşam kəndləri: 167 nəfər
✅ Lerik rayonunun Göydərə, Aşağı Tikəband, Peştətük, Arta, Bilnə, Ağçay, Loda, Vijakr, Əliabad, Csorçay, Digah, Mistan, Şivlə, Osyodərə, Çeşman, Rəzgov, Kirəvud, Hamarat, Təngəbin, Cəynəvud, Siyəreğon, Kornədi, Soru kəndləri: 127 nəfər
✅ Yardımlı rayonunun Keçələkəran, Əfcədulan, Separadi, Vərgədüz, Telavar, Qabaqdibi, Odrağaran, Anzov, Kürəkçi kəndləri: 84 nəfər
✅ Zərdab rayonunun Dəkkəoba, Çallı, Pərvanlı, Gəlmə, Qoşaoba kəndləri: 67 nəfər
İANƏ EDİLƏN AYAQQABILAR:
➡️ Azərbaycan Beynəlxalq Məktəbi (TISA) - 100 ədəd
➡️ Baku Electronics - 51 ədəd
➡️ “LU-MUN” Holding - 42 ədəd
➡️ “Yüksəliş” müsabiqəsi - 23 ədəd
➡️ Fərdi sahibkar - 11 ədəd
XƏRCLƏR:
➡️ Ayaqqabıların alınması üzrə toplam xərc: 12478.5 AZN
➡️ Corabların alınması üzrə toplam xərc: 329 AZN
➡️ Ayaqqabıların paketlənməsi: 470 AZN
➡️ Nəqliyyat xərcləri: 1145.5 AZN
➡️ Könüllülərin qonaqlaması və qidalanması xərci: 670.25 AZN
🔵 Kampaniya müddətində toplanan məbləğ: 15092 AZN
🔴 Toplam xərc: 15093.25 AZN
Qeyd edək ki, ətraflı hesabat bütün dəstəkçilər ilə ayrılıqda bölüşüləcəkdir, sənədi əldə etmək üçün şərh bölməsinə yaza bilərsiniz.
Dəstəyiniz və inamınız üçün komandamız adından minnətdarlığımızı bildiririk!❤️
Hörmətlə,
“Təhsilə davam” və “Biz birlikdəyik” komandaları