06/06/2026
Slovakiyada minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası Vətənə qayıdıb.
İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Minifutbol Federasiyasının əməkdaşları, futbolçuların yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıblar.