Yüksəliş müsabiqəsi

Yüksəliş müsabiqəsi Yüksəliş sizinlə davam edir!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yü...
22/06/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə növbəti görüş keçirib.

Proqram çərçivəsində Fatimə Eyyub mentorunu müşayiət edərək idarəçiliyin müxtəlif istiqamətləri ilə yaxından tanış olub. O, rəhbərliyin gündəlik fəaliyyətini müşahidə edib, qərarların qəbul olunması prosesini izləyib və idarəetmə təcrübəsi barədə ətraflı məlumat əldə edib.

Proqramın bir hissəsi olaraq menti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu prosesində iştirak edib. Burada vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və həlli mexanizmləri ilə tanış olaraq dövlət-vətəndaş münasibətlərinin praktik aspektlərini müşahidə etmək imkanı qazanıb.

Daha ətraflı: https://shorturl.at/fZGG3

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov Tələbə Mentorluq Proqramı çərçivəsində “Təsir üçbucağı və risk” m...
22/06/2026

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov Tələbə Mentorluq Proqramı çərçivəsində “Təsir üçbucağı və risk” mövzusunda təlim keçib.

Təlim zamanı tələbələrə qərarvermə prosesində təsir amilləri, risklərin düzgün qiymətləndirilməsi və idarəetmədə balanslı yanaşmanın əhəmiyyəti barədə məlumat verilib. Müzakirə formatında keçirilən görüşdə tələbələr mövzu üzrə praktiki nümunələr əsasında biliklərini möhkəmləndiriblər.

21/06/2026

İyunun 14-də keçirilən imtahanda iştirak edən 1440 namizəddən 331 nəfər müsabiqənin yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı 3 hissədən, “Sabit situasiya əsaslı tapşırıqlar”, “Şaxələnən situasiya əsaslı tapşırıqlar” blokları və “Emosional zəka” alətindən ibarət olub. İmtahan çərçivəsində iştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib. İmtahanın ümumi müddəti 4 saat təşkil edib.

İmtahan nəticələrinə əsasən, İdarəetmə bacarıqları imtahanı üzrə keçid balı 560 T-bal şkalası olaraq müəyyən edilib.

İmtahanda iştirak edən hər kəsə təşəkkür edir, növbəti mərhələyə keçən namizədlərə uğurlar arzulayırıq!

“PAŞA Maliyyə Holdinq”in Baş icraçı direktoru Fərid Məmmədov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqə...
18/06/2026

“PAŞA Maliyyə Holdinq”in Baş icraçı direktoru Fərid Məmmədov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Nağıyevlə görüş keçirib.

Görüş zamanı peşəkar inkişaf, idarəçilik bacarıqlarının gücləndirilməsi, strateji idarəetmə yanaşmaları və karyera planlaması istiqamətində fikir mübadiləsi aparılıb. Mentor və menti arasında keçirilən müzakirələrdə real iş təcrübələri, qarşıya qoyulan hədəflər və gələcək inkişaf perspektivləri vurğulanıb.

“Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblər üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçiril...
17/06/2026

“Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblər üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.

Təlim müsabiqənin baş ekspertləri, təlimçi və kouçları Fidan Əzimli və Elçin Əzimli tərəfindən təqdim olunub. Təlim zamanı qaliblər effektiv ünsiyyət, aktiv dinləmə, düzgün mesaj ötürülməsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində nəzəri və praktiki biliklər əldə ediblər.

16/06/2026

İyunun 14-də 6-cı “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi olan İdarəetmə Bacarıqları imtahanı keçirilib. İmtahanda Analitik Təhlil imtahanını uğurla keçən 1440 nəfər iştirak edib.

İmtahanda iştirak edən bütün namizədlərə təşəkkür edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq.

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Günel Musayeva Tələbə Mentorluq Proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad...
16/06/2026

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Günel Musayeva Tələbə Mentorluq Proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Nigar Əhmədova,Zəhra Məmmədova və Nurlan Rüstəmli ilə görüş keçirib.

Görüşdə tələbələrin fərdi inkişafı, karyera planlaması, liderlik bacarıqlarının formalaşdırılması və peşəkar mühitə hazırlığı ilə bağlı müzakirələr aparılıb. Günel Musayeva öz təcrübəsini tələbələrlə bölüşərək uğurlu karyera yolunda məqsədyönlü fəaliyyətin, davamlı öyrənmənin və şəxsi inkişafın vacibliyini vurğulayıb.

14/06/2026

Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan bu tarix Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, müdrik siyasi iradəsi və dövlətçilik təcrübəsi ilə ölkəmizdə sabitliyin, milli birliyin və müstəqil dövlətçiliyin möhkəmlənməsinin əsasını qoydu.

Milli Qurtuluş Günümüz mübarək!

İyunun 14-də Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda keçirilən imtahan iki sessiya üzrə təşkil olunub. ...
14/06/2026

İyunun 14-də Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda keçirilən imtahan iki sessiya üzrə təşkil olunub. Ümumilikdə 1440 namizəd imtahanda iştirak edib.

İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində təqdim olunacaq.

Əyani mərhələni uğurla başa vuran iştirakçılar VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə müsabiqənin qalibləri müəyyən ediləcək.

Bu gün VI “Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilir.“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqla...
14/06/2026

Bu gün VI “Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilir.

“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı 3 hissə olmaqla “Sabit situasiya əsaslı tapşırıqlar”, “Şaxələnən situasiya əsaslı tapşırıqlar” blokları və “Emosional zəka” alətindən ibarətdir.

İmtahanda iştirak edən hər kəsə uğurlar arzulayırıq!

Address

Cəfər Cabbarlı
Baku
1001

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994125975624

Alerts

Be the first to know and let us send you an email when Yüksəliş müsabiqəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yüksəliş müsabiqəsi:

Share