Ədibin Evi

Ədibin Evi Şəfəq Mehrəliyeva
İcraçı direktor

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu

23/04/2026

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar müsabiqəyə 258 ə...
22/04/2026

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər.

3-cü yerə Turan Uğurun “Əbabil Quşu”, Həmid Piriyevin “Müjdə”, Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayələri,

2-ci yerə Elnur Məmmədlinin “Kəkələmə”, Ömər Xəyyamın “10410-cu gün” hekayələri layiq görülüb.

1-ci yeri isə Sərvanə Dağtumasın “Körpənin intiharı” kiçik hekayəsi qazanıb.

Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər.

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının növbəti sayında təqdim ediləcək.

28/03/2026

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin üçüncü sessiyası baş tutub.

Ədibin Evi tərəfindən keçirilən Mir Cəlal adına 5-ci Hekayə Müsabiqəsi FİNALA doğru irəliləyir!Bu dəfəki Müsabiqəyə 2️⃣1...
28/03/2026

Ədibin Evi tərəfindən keçirilən Mir Cəlal adına 5-ci Hekayə Müsabiqəsi FİNALA doğru irəliləyir!

Bu dəfəki Müsabiqəyə

2️⃣1️⃣1️⃣ müəllifin
2️⃣5️⃣8️⃣ hekayəsi

təqdim edilmişdir.

Münsiflər tərəfindən hekayələrə , ümumilikdə,
1️⃣3️⃣5️⃣4️⃣ dəfə qiymət qoyulmuşdur.
(müəlliflər anonim saxlanılmaq şərti ilə)

Beləliklə, Mir Cəlal adına 5-ci Hekayə Müsabiqəsinin FİNAL-ına aşağıdaki hekayələr gedir.

Qaliblər aprelin sonu "Ədibin Evi"ndə keçiriləcək mərasimdə mükafatlandırılacaqlar.

16/03/2026

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin

11/03/2026

Mətbuat Şurasında təcrübə keçən tələbələr “Ədibin Evi”ni ziyarət ediblər - FOTO

02/03/2026

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ikinci sessiyası baş tutub.

19/02/2026
Əziz Nəriman müəllim!Siz, müəlliminiz Mir Cəlalın sevimli tələbələrindən olaraq həmişə "Ədibin Evi”nin ən əziz qonaqları...
18/02/2026

Əziz Nəriman müəllim!

Siz, müəlliminiz Mir Cəlalın sevimli tələbələrindən olaraq həmişə "Ədibin Evi”nin ən əziz qonaqlarından və ən dəyərli ekspertlərindənsiniz.

Düz 95 ildir ki, üzərinizə qeyri-adi missiya düşüb- tək Allah-Təalanın Sizə verdiyi ömrü yaşamaq deyil, eyni zamanda ədəbi irsinizlə milyonların daxili dünyasına toxunmaq, onlara ən çətin, xoşbəxt, duyğulu anlarında ruh vermək!

Saysız-hesabsız qəlblərə yol tapan misralarınız hər nəsildə yenidən doğulur. Şerləriniz gənclərə yol yoldaşı, yaşlılara təsəlli, silinməz iz olur. Yazdıqlarınız oxunur, pıçıldanır, sevilir, bir sözlə özününküləşdirilir.

Zamana meydan oxuyan bu söz irsiniz daha neçə nəsillər aşacaq və Yer üzündə “azərbaycanlı” adlanan mədəniyyətin Fəxri Səfiri qalacaq.

Bu gözəl tarixdə Sizə möhkəm can sağlığı və sözünüzün işığına qərq olacaq daha neçə gözəl günlər arzulayırıq.

95 yaşınız mübarək!

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xalq şairi bu mükafata Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, bu gün Nəriman Həsənzadənin 95 yaşı tamam olur və Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onu bu münasibətlə təbrik edib.

Ədibin Evindən mədəni irsimizə daha bir töhfə.
18/02/2026

Ədibin Evindən mədəni irsimizə daha bir töhfə.

Azərbaycan Milli Konservatoriyasında “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub. Tədbir “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

03/02/2026

ASAN TV-nin “Ədibin Evi” ilə birgə ərsəyə gətirdiyi “Zəfər Rəqsi” (The Dance of Triumph) qısametrajlı bədii filmi Berlində Azərbaycan Kino Günlərinin açılışını edəcək.

Azərbaycan Kino Günləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 13–14 fevral 2026-cı il tarixlərində keçiriləcək.

Mədəni tədbir Almaniya paytaxtında keçirilən nüfuzlu 76-cı Berlin Beynəlxalq Film Festivalı günlərinə təsadüf edərək Berlin tamaşaçısı və beynəlxalq film icması üzvlərini Azərbaycan kinosu ilə tanış edəcək.

Tarixi Zəfərimizin beş illiyinə həsr edilən film Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsərinin motivləri əsasında çəkilib.

“Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar.

Filmin treyleri: https://youtu.be/I68OlJqVUTU?si=4wr6yOXxZ3_uKcqr

Ədibin Evində yeni layihə!
31/01/2026

Ədibin Evində yeni layihə!

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər 2026-cı ilin birinci yarısında yeni məzmun xətti ilə genişləndirilir. Bu çərçivədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibi...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Ədibin Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ədibin Evi:

Share