Şirvan şəhər Heydər Əliyev Mərkəzi

Şirvan şəhər Heydər Əliyev Mərkəzi Mərkəz Ulu öndər Heydər Əliyev irsini və Azərbaycançılıq məfkurəsini tədqiq və təbliğ edir.

12.06. 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə foto sərgi təşkil olunub.15 İyun Mill...
15/06/2026

12.06. 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə foto sərgi təşkil olunub.

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təşkil olunan "Dövlətin Xilası, Millətin Qurtuluşu" adlı foto-sərgi açıq havada şəhər sakinləri üçün nəzərdə tutulmuşdur. Sərgilənən fotolarda dövlətimizin qurucusu, qurtuluşumuzun yeganə təminatçısı Ümummilli Lider Heydər Əliyevin 10 illik prezidentlik dövründə dövlətinə, xalqına misilsiz xidmətlərinin bir qismi yer alıb. Ulu öndərin 1993-2003-cü illərdə ölkənin siyasi-iqtisadi, sosial, ordu quruculuğu, təhsil, idman, mədəniyyət sahələrinin tərəqqisi yolunda xidmətləri fotolarda əksini tapıb.

Sakinlərin marağına səbəb olan foto-sərgi gün ərzində davam edib.

10.06.2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ...
11/06/2026

10.06.2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə rəsm və kitab sərgisi təşkil olunub.

18 may-18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində "Təxəyyüldən Qanuna: İnsan Hüquqları Sənətin Gözü İlə" adlı rəsm və kitab sərgisində gənc rəssamların insan hüquqlarına həsr etdikləri yağlı boya ilə kətan üzərində işlənmiş biri-birindən maraqlı rəsmləri, eləcədə Ümummilli Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyi dövründə və bütövlükdə rəhbərliyi illərində insan hüquq və azadlıqlarının qorunması, bu sahədə qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyətini özündə əks etdirən kitablar sərgilənmişdir.

Rəsm və kitab sərgisində mədəniyyət işçiləri, bölgə müxbiri, şəhər sakinləri iştirak edib. Sonda mövzuya həsr olunan film nümayiş olunub.

09.06.2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan şəhər Təhsil sektorunun birgə təşkilatçılığı il...
10/06/2026

09.06.2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şirvan şəhər Məftun Osmanov adına tam orta məktəbdə mühazirə təşkil olunub.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan "Eko-Şəhər: Təbiətlə Dost Olan Memarlıq" adlı mühazirə də öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maarifləndirici xarakter daşıyan mühazirədə gənc nəslə ekoloji dünyagörüşünün formalaşdırılması, ətraf mühitə qayğı hissi ilə yanaşılması və ekoloji memarlıq haqqında məlumatlar verilib. Ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə (məsələn, Zəngilanın Ağalı kəndində) tətbiq olunan müasir ekoloji standartlar, "Smart" texnologiyalar və yaşıl enerji zonalarının yaradılması dövlət siyasətinin mühüm istiqaməti kimi vurğulanıb. Mühazirənin sonunda şagirdlərlə "Mən memar olsaydım" adlı interaktiv oyun keçirilmiş, uşaqların gələcəyin ekoloji məktəb və ev binaları ilə bağlı yaradıcı ideyaları dinlənilmişdir. Görüş gənclərin ətraf mühitin qorunmasında fərdi məsuliyyət daşımaları mövzusunda çağırışla yekunlaşmışdır.

3-5 may tarixlərində Şirvan şəhər Heydər Əliyev Mərkəzində ekskursiyalar təşkil olunub.Şirvan Meliorasiya İdarəsinin, Şi...
08/06/2026

3-5 may tarixlərində Şirvan şəhər Heydər Əliyev Mərkəzində ekskursiyalar təşkil olunub.

Şirvan Meliorasiya İdarəsinin, Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, məktəblilərin iştirakı ilə təşkil olunan ekskursiyalarda Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin siyasi irsi və Şirvan şəhərinə etdiyi tarixi səfərləri barədə ziyarətçilərə geniş məlumatlar verilib.

İyunun 1-də Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və "Məktəbim" uşaq bağçasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqla...
02/06/2026

İyunun 1-də Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və "Məktəbim" uşaq bağçasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.
"Hər Uşaq bir Dünyadır: Müdafiə və İnkşaf" adlı bayram tədbirində balaca fidanlar əylənib, şeirlər söyləyib, nəğmələr ifa etmişlər.
Azərbaycanda uşaqlara
sevgi və qayğı hər zaman dövlət siyasətinin və milli-mənəvi dəyərlərimizin ən ali istiqamətlərindən biri olmuşdur. Ulu Öndər Heydar Əliyevin uşaqlara olan sonsuz sevgisi, onlarla keçirdiyi unudulmaz görüşlər və uşaqların rifahı naminə imzaladığı fərmanlar bu gün də bizim üçün ən mükəmməl örnəkdir. Ümummilli Liderin "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə dərəcədə qoruyacağıqsa, ölkəmiz, dövlətimiz, xalqımız bir o dərəcədə də güclü olacaqdır" müdrik kəlamı bu gün ölkəmizdə uşaq siyasətinin təməl prinsipini təşkil edir.

Mayın 26-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqillik ...
27/05/2026

Mayın 26-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, bu gün Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən birini – 28 May Müstəqillik Gününü böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın müasir dövlətçilik tarixi və bu gün qeyd etdiyimiz sarsılmaz müstəqilliyimiz birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı ən ağır dövrdə məhz Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi sayəsində dövlət müstəqilliyimiz real və sarsılmaz xarakter qazandı. O, Azərbaycanın müstəqilliyini təkcə siyasi bir akt kimi deyil, xalqın milli varlığının və azadlıq ruhunun təntənəsi kimi gələcək nəsillərə miras qoydu. Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf kursu bu gün Azərbaycanın qüdrətli və dünyada söz sahibi olan bir dövlətə çevrilməsinin sarsılmaz təməlidir.

Tədbirdə müstəqilliyimizin rəmzi olan bu möhtəşəm Zəfər dövrünün növbəti bir beynəlxalq uğuruna – WUF13-ün açılış mərasimində Azərbaycanın təqdimatına həsr olunmuş videoçarx nümayiş olunub.

Müstəqillik Gününə həsr olunan tədbir Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin, Şirvan Şəhəri Kimya və Biologiya Təmayüllü Liseyin və Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

21 may 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətil...
22/05/2026

21 may 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə "28 May: Milli Dirçəlişdən Möhtəşəm Zəfərə" adlı kitab sərgisi təşkil olunub.

Şirvan şəhər sakinlərinin, ictimaiyyət nümayəndələrinin, yaşlı və gənc nəslin nümayəndələrinin iştirak etdiyi kitab sərgisində maraqla vərəqlənən kitablar xalqımızın müstəqillik tarixinin, siyasi irsinin və azadlıq mücadiləsinin əsl mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, dövlətçilik tarixi və iqtisadi-siyasi inkişaf nümayiş olunan kitablarda tam dolğunluğu ilə əks olunub. ​Zəfər Tarixi, 44 günlük Vətən Müharibəsi, şanlı qələbəmiz və işğaldan azad edilmiş torpaqlarımızın tarixinə həsr olunmuş kitablar sərgi masalarının bəzəyinə çevrilib.

Kitab sərgisi həm müstəqillik tariximizə işıq tutmaq, həm də mütaliə mədəniyyətini əhali arasında təşviq etmək məqsədi daşıyıb.

20 May 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan şəhər Təhsil sektorunun birgə təşkilatçılığı i...
21/05/2026

20 May 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şirvan şəhər Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbdə mühazirə təşkil olunub.

18 may - 18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində baş tutan "Azad İnsan, Ədalətli Cəmiyyət" adlı mühazirədə məktəblilərə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın əhəmiyyətindən, Azərbaycan Respublikası Konstitusiyasının insan və vətəndaş hüquqlarına dair maddələrindən ətraflı söhbət aparılıb, uşaqların təhsil, sağlamlıq, mühafizə və öz fikrini azad ifadə etmək kimi fundamental hüquqları haqqında məlumat verilib.
​Şagirdlərin öz hüquqlarından istifadə edərkən eyni zamanda dövlət rəmzlərinə, milli-mədəni irsə, müəllim və sinif yoldaşlarının şəxsi sərhədlərinə hörmətlə yanaşmaq vəzifələri də xüsusilə vurğulanıb.

Mühazirə interaktiv şəkildə davam edib, sonda mövzuya həsr olunan film izlənilib.

18 may 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları  18 May - Beynəlxalq Muzeylər Günü münasibət...
19/05/2026

18 may 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyində ekskursiyada olublar.
Ekskursiyada Mərkəzin əməkdaşlarına Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin yaranma tarixinnən bəhs olunub. Həmçinin ekspozisiya zallarında nümayiş olunan Şirvan diyarının qədim tarixini, mədəniyyətini, iqtisadi-sosial və təsərrüfat həyatını, neft sənayesini özündə əks etdirən biri-birindən maraqlı eksponatlar haqqında geniş məlumat verilib.

18 may 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə ekskursiy...
19/05/2026

18 may 2026-cı il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə ekskursiyalar təşkil olunub.
Gənclərin iştirak etdiyi ekskursiyalarda Ümummilli Lider Heydər Əliyevin həyatı və zəngin siyasi irsinin bir qismini özündə əks etdirən eksponatlar haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Address

İstiqlaliyyət Pr. 8
Baku
1800

Telephone

+994212152161

Website

Alerts

Be the first to know and let us send you an email when Şirvan şəhər Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şirvan şəhər Heydər Əliyev Mərkəzi:

Share