İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi 2014-cü ildə təsis edilib və həmin ildə Dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qurumu qeydiyyata almaqdan imtina etmiş və Ədliyyə Nazirliyinin qanunsuz imtinasından sonra İctimai Birlik hüquqlarını təmin etmək məqsədi ilə Məhkəməyə müraciət etmiş, lakin heç bir məhkəmə istansiyası
Ədliyyə Nazirliyinin qanunsuz imtinasını ləğv etməmişdir. Birlik bundan sonra hüquqlarını bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş və Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ildə 34116/15 saylı qərarı ilə Ədliyyə Nazirliyinin imtina qərarını qanunsuz saymış və Birliyin hüquqlarının pozulmasını tanımışdır. AİHM-nin qərarından sonra Ədliyyə Nazirliyi 19.04.2022-ci də №11222-Q79-4044 saylı qərar ilə “İnsan Hüquqları və Qanunların Təbliği” İctimai Birliyini Dövlət qeydiyyatına alınmışdır. Birliyinin əsas məqsədi və fəaliyyət istiqaməti insan hüquqları və qanunların təbliği sahəsində fəalyyətin həyata keçirilməsidir. Birliyin əsas məqsədi insan hüquqları və qanunçuluöun təbliği sahəsində fəaliyyətin həyata keçirilməsindən ibarətdir.
2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
-- insan hüuqlarının müdafiəsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
-- bu sahənin inkişafını dəstəkləyən layihələr həyata keçirmək;
-- müvafiq istiqamətdə maarifləndirmə işi aparmaq;
2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
-- elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlat, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
-- ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökümət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçiri;
-- məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
-- Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.
2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.