19/04/2026
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin fəaliyyətinin 5 ili tamam olur.
5 il — zaman ölçüsü kimi qısa, təsir baxımından isə dərin bir mərhələdir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu müddətdə vətəndaş cəmiyyətinin inkişafına sadəcə töhfə verməyib, onu sistemli şəkildə formalaşdıran əsas dayaqlardan birinə çevrilib.
Təbii ki, qarşıda görüləcək çox iş var. Keçilən yol hər il üzrə təhlil olunduqda, mövcud (kadr azlığı) şəraitində görülən işin keyfiyyəti ancaq alqışa layiqdir. Bu 5 il, görülən işlərin deyil, qurulan etimadın və yaradılan imkanların tarixidir.
Agentliyin hər bir əməkdaşını təbrik edir, gələcək fəaliyyətlərində daha geniş üfüqlərə doğru uğurlar arzulayırıq.