Code of Azerbaijan

Code of Azerbaijan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Code of Azerbaijan, Community Organization, Baku.

Gəncə şəhərində “Kod da Vinci” intellektual yarışı keçirildiGəncə şəhəri, Heydər Əliyev parkında Azərbaycan Respublikası...
19/10/2024

Gəncə şəhərində “Kod da Vinci” intellektual yarışı keçirildi

Gəncə şəhəri, Heydər Əliyev parkında Azərbaycan Respublikasının Gənclər Fondunun həyata keçirdiyi “İdeyanı Reallaşdır 2023” adlı müsabiqə çərçivəsində “Kod da Vinci” intellektual yarışı baş tutdu. Gəncə Dövlət Universitetinin dəstəyi ilə 50 nəfər gənc bu intellektual tədbirdə iştirak etdi.

Yarışın əsas məqsədi yalnız intellektual biliklərin yoxlanılması deyil, eyni zamanda Gəncə şəhərinin tarixi və mədəni irsinin öyrənilməsi və təbliği idi. Yarış iştirakçıları Heydər Əliyev parkında yerləşən abidə, küçə adları və digər mədəni obyektlər haqqında şifrələnmiş sualları cavablandıraraq ərazinin dərin tarixi və mədəni dəyərlərini kəşf etdilər.

Yarış 5 sualdan ibarət idi və hər bir sualda 5-6 gizli cavab şifrələnmiş şəkildə təqdim olunmuşdu. İştirakçılar məntiq və axtarış bacarıqlarından istifadə edərək bu cavabları taparaq, aparıcılara düzgün izah etməli idilər. Hər sualın doğru cavablandırılması növbəti mərhələyə keçid üçün şərt idi. Bu mərhələlər arasında əlaqə yaradılaraq yarışçılar hər sualın cavabını bir-birinə bağlamaqla uğur qazandılar.

Tədbirin sonunda 1-ci, 2-ci və 3-cü yerləri tutan iştirakçılar sertifikatlar, medallar, kuboklar və dəyərli hədiyyələrlə təltif edildilər. Yarışın bütün iştirakçıları sertifikatlarla təltif olunaraq mükafatlandırıldı. Təltifetmə mərasimi Gəncə Gənclər Evində keçirildi.

Layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların doğma şəhərlərinin tarixi, mədəni irsi və mədəni obyektləri ilə yaxından tanış olmalarına şərait yaratmaqdır. Bu cür tədbirlər gənclərin milli dəyərlərimizə və tariximizə daha dərindən bələd olmalarına töhfə verəcəkdir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Code of Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share