İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası İCMA 2022 – ci ildə təsis olunmuş ictimai birlikdir.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA 2022 – ci ildə təsis olunmuş ictimai birlikdir. Məqsədimiz: Dövlət qurumları ilə işadamlarının münasibətlərini genişləndirərək, dövlətin sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətləri təbliğ etmək, sahibkarlıq subyektləri arasında işgüzar
əlaqələrin yaradılmasına, birgə investisiya, innovasiya layihələrinin və digər təşəbbüsk

ar layihələrin həyata keçirilməsinə dəstək verməkdən ibarətdir. Vəzifələr: Müxtəlif kurslar, seminarlar, dəyirmi masalar, görüşlər, sərgilər təşkil etmək; Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri hökümət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə
qurub və onlarla birlikdə layihələr həyata keçirmək; Azərbaycan Respublikasının aidiyyatı dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Sənaye və İnnovasiya...
13/05/2026

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi-ndə görüş baş tutub. Görüşdə İCMA üzvü sahibkarlar iştirak edib.

Tədbirdən öncə qonaqlar üçün mərkəzdə infotur təşkil olunub, iştirakçılara təhsil müəssisəsinin imkanları, müasir tədris infrastrukturu və praktiki təhsil prosesi barədə məlumat verilib. Daha sonra sahibkarlar arasında qeyri-rəsmi ünsiyyət məqsədilə coffee break keçirilib.

Görüş zamanı əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı, biznes və peşə təhsili əməkdaşlığı, eləcə də gələcək birgə layihələr ətrafında müzakirələr aparılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxışında dövlət–özəl sektor əməkdaşlığının peşə təhsilinin inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, sahibkarların prosesə aktiv cəlb olunması əmək bazarının ehtiyaclarına uyğun peşəkar kadrların hazırlanmasına töhfə verir.

İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev isə çıxışında peşə təhsilinin sahibkarlığın inkişafı və gənclərin məşğulluğu baxımından əhəmiyyətini vurğulayıb. O, biznes və təhsil tərəfdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib. Daha sonra iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sonda İCMA tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinə xatirə hədiyyəsi təqdim olunub.

Mayın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi...
13/05/2026

Mayın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün növbəti təlim keçirilib.

Təlim Dövlət Gömrük Komitəsi tərəfindən ənənəvi keçirilən sorğuların nəticəsinə əsasən sahibkarların gömrük məsələləri üzrə rəy və təkliflərinə müvafiq olaraq onların məlumatlandırılması məqsədilə təşkil edilib.

Marsol Group partnyorlarının da iştirak etdiyi tədbirdə gömrük əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında tətbiq olunan qadağa və məhdudiyyət tədbirləri”, “Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət qaydaları və ekspertiza prosesinin təşkili”, “Elektron gömrük xidmətlərindən istifadə: “e-customs” platformasında tətbiq edilən xidmətlər” mövzularında təqdimatlar nümayiş etdirilib.

Yekunda sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib, praktiki izahlar təqdim olunub və sualları cavablandırılıb.

9 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı və Baku Derma şirkətinin təşkilatçılığı ilə...
11/05/2026

9 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı və Baku Derma şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Beynəlxalq Dermatoloji və Kosmetoloji Konqres keçirilib.

Konqres çərçivəsində dermatologiya və kosmetologiya sahəsində ən son yeniliklər, müasir yanaşmalar və beynəlxalq təcrübələr geniş şəkildə müzakirə olunub. Tədbirdə İCMA üzvləri də fəal iştirak edərək sahənin aparıcı mütəxəssisləri ilə görüşlər keçirib, yeni əməkdaşlıq imkanlarını dəyərləndirib və peşəkar bilik mübadiləsində iştirak ediblər.

Yüksək səviyyədə təşkil olunan konqres iştirakçılar üçün həm maarifləndirici, həm də effektiv networking platforması kimi çıxış edib.

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İş Adamları Cəmiyyətinin Milli...
10/05/2026

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri, Marsol Group partnyorları və əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

Azərbaycan xalqının Ümummilli Liderinin məzarı önünə gül dəstələri qoyularaq, xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

10 May - Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ...
09/05/2026

10 May - Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik.

8 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası-nın (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyası...
09/05/2026

8 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası-nın (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının növbəti iclası Zahra Clinic-də baş tutub.

İclas zamanı qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan tədbirlər və işgüzar görüşlər müzakirə olunub, həmçinin komissiyanın gələcək fəaliyyət istiqamətləri və iş planı nəzərdən keçirilib.

Sonda komissiya üzvləri Zahra Clinic-in fəaliyyəti və iş mühiti ilə yaxından tanış olublar.

Marsol Academy-nin təşkilatçılığı, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Marsol Expo-nun tərəfdaşlığı i...
09/05/2026

Marsol Academy-nin təşkilatçılığı, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Marsol Expo-nun tərəfdaşlığı ilə keçirilən “Sərgi idarəçiliyi və effektiv müştəri əlaqələri” mövzusunda onlayn təlim baş tutub.

Təlim zamanı iştirakçılara sərgiyə hazırlıq mərhələsi, sərgi günlərində düzgün kommunikasiya qurulması, potensial müştərilərlə effektiv əlaqələrin yaradılması və sərgi sonrası proseslərin idarə olunması ilə bağlı ətraflı məlumat təqdim olunub.

Təlim 2003-cü ildən etibarən sərgi sektorunda ixtisaslaşan, “Fuarista Təlim və Konsaltinq Xidmətləri”nin rəhbəri Mehmet Dükkancı tərəfindən keçirilib və 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin iştirakçıları üçün faydalı tövsiyələr, praktik yanaşmalar bölüşülüb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

9 May - Faşizm üzərində qələbədən 81 il ötür.Bu gün faşizmin məğlubiyyəti ilə insanlığın azadlıq və barış uğrunda qalib ...
09/05/2026

9 May - Faşizm üzərində qələbədən 81 il ötür.

Bu gün faşizmin məğlubiyyəti ilə insanlığın azadlıq və barış uğrunda qalib gəldiyi bir gündür.

Mayın 7-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyəti və üzvləri 19-cu Azərbaycan Beynəlxalq Kə...
07/05/2026

Mayın 7-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyəti və üzvləri 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisini (“InterFood Azerbaijan”) ziyarət ediblər.

“Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgi çərçivəsində İCMA üzvlərinin də yer aldığı stendlərə baş çəkilib, iştirakçılarla görüşlər keçirilib.

Qeyd edək ki, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində qida sənayesində innovativ həllər, eləcə də kənd təsərrüfatı sahəsində ən son texnologiyalar nümayiş olunur.

1 may tarixində Şəki səfəri çərçivəsində Marsol Group nümayəndə heyətinin Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Pa...
02/05/2026

1 may tarixində Şəki səfəri çərçivəsində Marsol Group nümayəndə heyətinin Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə görüşü baş tutub.

Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə baş tutan görüşdə Marsol Group və Region partnyoru olan sahibkarlarla yanaşı, Qax rayonunda fəaliyyət göstərən sahibkarlar da iştirak ediblər.

Ətraflı: http://bit.ly/4eioUYy

25/04/2026

Aprelin 23-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Esen Tekstil” MMC-nin təşəbbüsü və sponsorluğu ilə “Tekstil sektoru”na həsr olunmuş sektorial görüşün icmalını sizinlə bölüşürük..

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA:

Share