Turizm Könüllüləri Təşkilatı / Tourism Volunteers Organization

  • Home
  • Azerbaijan
  • Baku
  • Turizm Könüllüləri Təşkilatı / Tourism Volunteers Organization

Turizm Könüllüləri Təşkilatı / Tourism Volunteers Organization “Turizm Könüllüləri”-nin rəsmi “Facebook” səhifəsi
The official page of “Tourism Volunteers”

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi həyata keçirilib. Könüllülük fəaliyyətinin inkişaf...
28/05/2026

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi həyata keçirilib.

Könüllülük fəaliyyətinin inkişafına və gənc liderlərin formalaşdırılmasına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən hazırlanmış “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) Proqramının açılış mərasimi baş tutub.

Bakı Konqres Mərkəzində keçirilən açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış və salamlama nitqi ilə çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev proqramın əsas məqsədləri, könüllülük fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti və könüllü gənclərin liderlik bacarıqlarının inkişafındakı rolu barədə danışıb.

Tədbir çərçivəsində proqramın təqdimat videoçarxı nümayiş etdirilib.

Rəsmi çıxışlar zamanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov və Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov proqramın könüllü gənclərin şəxsi və peşəkar inkişafında oynadığı mühüm roldan bəhs edərək, bu kimi təşəbbüslərin könüllülərin liderlik bacarıqlarının formalaşdırılması, ictimai fəallığının artırılması və gələcək fəaliyyətlərində uğurlu karyera istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda eyni zamanda könüllülük fəaliyyətinin cəmiyyətin inkişafına verdiyi töhfə və könüllülərin gənclər siyasətindəki aktiv iştirakının önəmi qeyd olunub.

Daha sonra “KLİK iştirakçılarının proqramla bağlı təəssüratları” adlı videoçarx təqdim olunub.

Tədbir çərçivəsində proqram iştirakçıları, “Turizm Könüllüləri” İctimai Birliyinin Layihələrin idarəolunması departamentinin nümayəndəsi Təranə Şahbazova və Elşən Soltanzadə çıxış edərək layihənin müsahibə və seçim mərhələsində qazandıqları təcrübə, eləcə də proqramın onlar üçün yaratdığı inkişaf imkanları barədə fikirlərini bölüşüblər.

Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Anadan olmasının 103-cü ildönümündə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla...
10/05/2026

Anadan olmasının 103-cü ildönümündə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

“Turizm Könüllüləri” İctimai Birliyinin 8 nümayəndəsi “Şuşa-İƏT-in turizm paytaxtı 2026” çərçivəsində keçirilən tədbirlə...
03/05/2026

“Turizm Könüllüləri” İctimai Birliyinin 8 nümayəndəsi “Şuşa-İƏT-in turizm paytaxtı 2026” çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər! 🤩

Belə ki, qeyd olunan tədbirlər çərçivəsində 27 aprel 2026-cı il tarixində açılış mərasimi, 28 aprel 2026-cı il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası keçirilib. Daha sonra tədbir çərçivəsində Qastronomiya günü təşkil olunub.
29 aprel 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 7-ci görüşü baş tutub.

Qeyd olunan tədbirlərdə təşkilati proseslərə dəstək, qonaqların və tədbir iştirakçılarının qeydiyyatı və yönləndirilməsi, ümumi koordinasiyanın təşkil olunmasını təmin etmək məqsədilə 8 nümayəndədən ibarət turizm könüllülərinin müvafiq komandası cəlb olunub.

Qeyd edək ki, “Şuşa – İƏT-in turizm paytaxtı 2026” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak ediblər.

1918-ci il 30 mart-3 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələri, həmçinin Şamaxı, Quba, Xa...
31/03/2026

1918-ci il 30 mart-3 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələri, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni daşnaklarının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanlarını dərin hörmət və ehtiramla yad edirik.

Əziz Azərbaycan xalqı!Hər birinizi baharın gəlişinin simvolu olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir...
20/03/2026

Əziz Azərbaycan xalqı!

Hər birinizi baharın gəlişinin simvolu olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. 💜

Qoy bu bayram hər birimizə cansağlığı, süfrəmizə bol ruzi-bərəkət, həyatımıza xoş günlər gətirsin! 🌷

Sevgilərlə,
“Turizm Könüllüləri” İctimai Birliyi. ✨

Əziz həmvətənlər!🌙 Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, tutulan orucların qəbul olmasını dilə...
20/03/2026

Əziz həmvətənlər!

🌙 Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, tutulan orucların qəbul olmasını diləyirik!

Hörmətlə,
“Turizm Könüllüləri” İctimai Birliyi. 💜

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxt günl...
07/03/2026

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxt günlər, cansağlığı arzulayır, üzünüzdən təbəssüm, gözlərinizdən sevincin əskik olmamasını diləyirik! ✨

Hörmət və sevgilərlə,
“Turizm Könüllüləri” İctimai Birliyi. 💜

Bu gün Xocalı Soyqırımının baş verməsindən 34 il ötür.“Turizm Könüllüləri” İctimai Birliyi olaraq, faciə qurbanlarının ə...
26/02/2026

Bu gün Xocalı Soyqırımının baş verməsindən 34 il ötür.

“Turizm Könüllüləri” İctimai Birliyi olaraq, faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Turizm könüllüləri “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2025-ci ilin yekunları və 2026-cı ilin perspektivlər...
13/02/2026

Turizm könüllüləri “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2025-ci ilin yekunları və 2026-cı ilin perspektivləri” mövzusunda keçirilən toplantıda iştirak ediblər. ⭐️

12 fevral 2026-cı il tarixində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2025-ci ilin yekunları və 2026-cı ilin perspektivləri mövzusuna həsr olunmuş geniş tərkibdə toplantısı keçirilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, DTA nümayəndələri, ATAA -nın İdarə Heyətinin, həmçinin komitə və komissiyalarının üzvləri, Assosiasiya nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin ümumi koordinasiyası, o cümlədən qonaqların qarşılanması, qeydiyyata alınması və digər təşkilati proseslərin icrasına dəstək olmaq məqsədilə “Turizm Könüllüləri” İctimai Birliyinin 11 nəfər könüllü və nümayəndədən ibarət komandası tədbirə cəlb edilib.

🌟 Bütün Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni İl bayramı münasibət...
31/12/2025

🌟 Bütün Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni ildə hər birimizə möhkəm cansağlığı, yeni müvəffəqiyyətlər və xoşbəxtlik arzulayırıq! 🥳

Hörmətlə, “Turizm Könüllüləri” İctimai Birliyi! 💜

#2026

Address

96E Nizami Str. , Landmark I
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Turizm Könüllüləri Təşkilatı / Tourism Volunteers Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Turizm Könüllüləri Təşkilatı / Tourism Volunteers Organization:

Share