Sahil İctimai Birliyi

Sahil İctimai Birliyi Bu Sahildə Ümid Var!

11/01/2026

Sahil İctimai Birliyi və Respublika Qan Bankının təşkilatçılığı, Kristal Palace-nin dəstəyi ilə talassemiya xəstəliyindən əziyyət çəkən körpələrə dəstək məqsədilə təşkil olunan qanvermə aksiyamız uğurla sona çatdı.

Aksiya çərçivəsində ümumilikdə 61 nəfər bu xeyirxah təşəbbüsə qoşularaq iştirak etmişdir. Tibbi müayinələr nəticəsində 50 nəfər donor olaraq yararlı hesab edilmiş və onların verdiyi qan talassemiya xəstəsi olan körpələr üçün real ümidə çevrilmişdir. Sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq qan verə bilməyən iştirakçılarımız isə niyyətləri və mənəvi dəstəkləri ilə bu aksiyanın ayrılmaz hissəsi oldular.

Bu gün bir daha sübut olundu ki, birlikdə olduqda daha güclüyük. Hər verilən damla qan, hər göstərilən diqqət və qayğı bir körpənin sabaha daha ümidlə baxmasına səbəb oldu.

Aksiyada iştirak edən, vaxt ayıran, dəstək göstərən hər kəsə – donorlarımıza, tibbi heyətə, təşkilatçılara və bu xeyirxah işə könül verən bütün sakinlərimizə dərin təşəkkürümüzü bildiririk. Sizlərin sayəsində bir çox ailənin qəlbinə ümid, körpələrin həyatına isə sevinc toxumu səpildi.

Qan verdiniz, ümid oldunuz.
Bu cür humanist aksiyalarda yenidən bir araya gəlmək ümidi ilə ❤️

11/01/2026
Əziz Sahil Qəsəbəsi sakinləri!Sahil İctimai Birliyi, Respublika Qan Bankının təşkilatçılığı və Kristal Palace-nin dəstəy...
10/01/2026

Əziz Sahil Qəsəbəsi sakinləri!

Sahil İctimai Birliyi, Respublika Qan Bankının təşkilatçılığı və Kristal Palace-nin dəstəyi ilə talassemiya xəstələrinə dəstək məqsədilə növbəti qanvermə aksiyası keçiriləcək.

Aksiyada hər kəsi bu xeyirxah təşəbbüsə dəstək olmağa dəvət edirik.

Aksiyada 18 yaşdan yuxarı, sağlamlıq vəziyyəti qanverməyə uyğun olan, qan qrupu və rezus faktorundan asılı olmayaraq bütün vətəndaşlar iştirak edə bilər. Qanvermə prosesi peşəkar tibbi heyət tərəfindən, tam steril və təhlükəsiz şəraitdə həyata keçiriləcək. Aksiya zamanı iştirakçıların ümumi sağlamlıq göstəriciləri ilkin tibbi müayinədən keçiriləcək.

Bildiyiniz kimi, qanvermə orqanizmin yenilənməsinə kömək edir, qan dövranını və immun sistemini gücləndirir. Aksiyada donor olaraq iştirak edən hər bir şəxs daimi qan ehtiyacı olan xəstələr üçün real dəstək olur. Bir vahid qan bir neçə həyat üçün ümid deməkdir.

🗓️ 11 yanvar | 10:00–17:00
📍 Kristal Palace
Qan ver, ümid ol ❤️

Qeyd: Qanverdikdən sonra iştirakçılar üçün qısa istirahət, çay südlə və ilkin tibbi nəzarət təmin ediləcək.

Dostlar Talassemiya xəstələrinə qan ehtiyac olduğu üçün Sahil İctimai Birliyi və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə...
09/01/2026

Dostlar Talassemiya xəstələrinə qan ehtiyac olduğu üçün Sahil İctimai Birliyi və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Sahil qəsəbəsində növbəti Qanvermə Aksiyası təşkil olunacaq.

Qanvermə Aksiyası 11 Yanvar 2026-ci il Saat 10:00-dan 17:00-dək davam edəcək.

Qanvermə Aksiyası Sahil Qəsəbəsi, Emin Quliyev küçəsi, Kristal Palace'nin 2ci mərtəbəsində foyedə keçiriləcək.

Qan xəstəliklərindən əziyyət çəkən körpələrə dəstək olaraq həyat qurtaraq.

Onlar yaşadılar ki, Vətən yaşasın.27 Sentyabr – Qəhrəmanlarımızı Anım Günü.Allah bütün şəhidlərimizə rəhmət eləsin. 🙏🇦🇿 ...
27/09/2025

Onlar yaşadılar ki, Vətən yaşasın.
27 Sentyabr – Qəhrəmanlarımızı Anım Günü.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. 🙏🇦🇿


Əziz dostlar,Sizin sevginiz və dəstəyiniz sayəsində, Sahil İctimai Birliyin üzvü İlkin qardaşımızın balaca övladı *Zeyn*...
09/09/2025

Əziz dostlar,

Sizin sevginiz və dəstəyiniz sayəsində, Sahil İctimai Birliyin üzvü İlkin qardaşımızın balaca övladı *Zeyn* müalicəsinin ilk mərhələsini tamamlayıb və ikinci mərhələdə sağlamlığa doğru addımlayır. Bu yolda verdiyiniz hər yardım, etdiyiniz hər dua bizə güc verir. *Sizə minlərlə təşəkkür edirik!*

*Amma mübarizə hələ bitməyib…*

Zeyn hazırda *kritik dönəm müalicəsi* alır. Tam sağalması üçün *xaricdən gələcək dərmanlar üçün 14.000 dollar* və *xəstəxana xərcləri üçün 30.000 manat* dəstəyə ehtiyac var.

✨ Gəlin bir olaq ki, *Zeyn yenidən uşaqlığını doyunca yaşasın, gülüşü heç vaxt solmasın.* ✨

Hər dəstək – böyük ya da kiçik – Zeyn üçün yaşama səbəbidir. Sən də Bir Gülüşü Xilas Et

📢 Zeyn üçün birlik olaq!Bu balaca mələyin adı Zeyndir. Cəmi 6 yaşında həyatla böyük bir mübarizə aparır – ona Kəskin Lim...
06/07/2025

📢 Zeyn üçün birlik olaq!

Bu balaca mələyin adı Zeyndir. Cəmi 6 yaşında həyatla böyük bir mübarizə aparır – ona Kəskin Limfoblastik Leykoz diaqnozu qoyulub. Hər gününü iynələr, dərmanlar və xəstəxana divarları arasında keçirir… Onun sağalması üçün 150 min manat lazımdır. Bu gün sizin yardımınız bir ömürlük dua ola bilər...

Zeyn'in atası – Bir çoxunuzun tanıdığı İlkin bəy Sahil İctimai Birliyin üzvü olaraq illər boyu ehtiyacı olan insanlara, ailələrə, xəstələrə yardım edib. O, istər dini bayramlar zamanı, istər pandemiya dövründə, istərsə 44 günlük vətən müharibəsində, qəsəbədə hər il təkrarlanan qanvermə aksiyasında öz fəal iştirakı ilə seçilib. İndi isə öz oğlu üçün köməyə ehtiyacı var. Bu dəfə yardım səsi onun evindən gəlir…

💔 Bu gün 1 manat belə ümid deməkdir.

📞 Əlaqə: İlkin (atası) – +994 55 827 25 25
🏦 Kapital Bank
Kart nömrəsi: 4169 7388 1460 2631

🕊️ Gəlin birlikdə Zeyn'in sağalmasına bir ümid olaq. Onun yaşaması bizim insanlığımıza bağlıdır...

📢 Zeyn üçün birlik olaq!Bu balaca mələyin adı Zeyndir. Cəmi 6 yaşında həyatla böyük bir mübarizə aparır – ona Kəskin Lim...
05/07/2025

📢 Zeyn üçün birlik olaq!

Bu balaca mələyin adı Zeyndir. Cəmi 6 yaşında həyatla böyük bir mübarizə aparır – ona Kəskin Limfoblastik Leykoz diaqnozu qoyulub. Hər gününü iynələr, dərmanlar və xəstəxana divarları arasında keçirir… Onun sağalması üçün 150 min manat lazımdır. Bu gün sizin yardımınız bir ömürlük dua ola bilər...

Zeyn'in atası – Bir çoxunuzun tanıdığı İlkin bəy Sahil İctimai Birliyin üzvü olaraq illər boyu ehtiyacı olan insanlara, ailələrə, xəstələrə yardım edib. O, istər dini bayramlar zamanı, istər pandemiya dövründə, istərsə 44 günlük vətən müharibəsində, qəsəbədə hər il təkrarlanan qanvermə aksiyasında öz fəal iştirakı ilə seçilib. İndi isə öz oğlu üçün köməyə ehtiyacı var. Bu dəfə yardım səsi onun evindən gəlir…

💔 Bu gün 1 manat belə ümid deməkdir.

📞 Əlaqə: İlkin (atası) – +994 55 827 25 25
🏦 Kapital Bank
Kart nömrəsi: 4169 7388 1460 2631

🕊️ Gəlin birlikdə Zeyn'in sağalmasına bir ümid olaq. Onun yaşaması bizim insanlığımıza bağlıdır...

Qəsəbəmizin gül balası Baxışlı Zeynə təcili +1 Qan Donurun Trombositi (Kişi cinsi) lazımdır. Yaşı 20-45 arası olan hər k...
23/06/2025

Qəsəbəmizin gül balası Baxışlı Zeynə təcili +1 Qan Donurun Trombositi (Kişi cinsi) lazımdır. Yaşı 20-45 arası olan hər kəs dəstək ola bilər. Trombosit Mərkəzi Qan Bankında götürüləcək.

Sahil İctimai Birlikdə istər pandemiya dövründə, istər yardım aksiyalarında, istərsə də müharibə dövründə sosial aksiyalarda hər zaman fəal iştirak edən İlkin qardaşımızın bu gün övladı üçün qəsəbənin dəstəyinə ehtiyacı var!

Dəstəyinizi əsirgəməyin!

Ətraflı məlumat üçün:
+994 55 827 25 25 Baxışlı İlkin (Atası)

16 Mart 2025ci ildə təşkil olunacaq Şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası müəyyən səbəblərdən və büdc...
15/03/2025

16 Mart 2025ci ildə təşkil olunacaq Şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası müəyyən səbəblərdən və büdcə tam formalaşmadığından təxirə salınır.

Ağacəkmə aksiyası 2025-ci ilin Noyabr ayında Şəhid Teymur Rəsulovun anım günündə şəkildə təşkil ediləcək.

  Şəhidlərimizin Xatirəsinə Ağacəkmə Aksiyası (Sonuncu VIII mərhələsi)✔️Sahil İctimai Birliyinin təşəbbüsü ilə Sahil Qəs...
27/02/2025

Şəhidlərimizin Xatirəsinə Ağacəkmə Aksiyası (Sonuncu VIII mərhələsi)

✔️Sahil İctimai Birliyinin təşəbbüsü ilə Sahil Qəsəbəsidə Şəhidlərimizin xatirəsinə dənizkənarı parkında xeyirxah qəsəbə sakinlərinin dəstəyi ilə 2021ci ildə başlayaraq bu illərə qədər davam edən ağacəkmə aksiyasında 2700 ağac əkilmişdir.

✅Mərhələli şəkildə keçirilən aksiyanın səkkizinci mərhələsi 16 Mart 2025-ci ildə Sahil Qəsəbəsi Dənizkənarı Parkında təşkil ediləcəkdir.

🌳Aksiyada iştirak etmək könüllüdür. Aksiya çərçivəsində görüləcək işlərlə bağlı öz dəstəyini göstərərək könüllü iştirak etmək istəyən xanım və bəylər, uşaq baxçaları, orta məktəblər, peşə məktəbləri və s bu aksiyada könüllü iştirak edərək Şəhidlərin Xatirəsinə təşkil olunacaq ağacəkmə aksiyasının bir parçası ola bilərsiniz.

🌳Ağacəkmə aksiyasında maddi dəstək olmaq istəyənlər aksiya üçün nəzərdə tutulmuş bank kartı hesabına öz ianələrini edə bilərlər.

🌳 Toplanan ianələrlə aksiyada müxtəlif növ ağac, ağac üçün taxta dayaq, qara torpaq, gübrə alınaraq və aksiyada fiziki dəstək olan könüllülər üçün su, çay və qıdaların təşkil olunmasınəzərdə tutulmuşdur.

❓Ağacəkmə aksiyasında əlavə təklifləri olan şəxslər təkliflərini Sahil İctimai Birliyinə bildirə bilər.

⚠️Aksiya çərçivəsində 23₼ ianə toplanmışdır. İanə qəbulu davam edir. Dəstək olmaq istəyənlər qeyd olunan bank kartı hesabına öz ianələrini edərək dəstək ola bilərlər.

🤝İanələr üçün Bank Kartı Hesabı:
💳4127-2044-4774-6304

✅Aksiyaya başlama tarixi :
📅 16 MART 2025 | 🕘Saat 09:00

📌Ünvan : Sahil qəsəbəsi, Dənizkənarı parkı,Ana Heykəli ətrafı.

Address

Qaradağ Rayonu, Sahil Qəsəbəsi, Məhərrəm Seyidov Küçəsi, Yeni Sahil İdman Və Ticarət Mərkəzi 2ci Mərtəbə
Baku
1083

Alerts

Be the first to know and let us send you an email when Sahil İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sahil İctimai Birliyi:

Share