Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi

Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi Legal Aid Centre of Azerbaijani Bar Association

24/06/2026
23/06/2026
22/06/2026

📢 ELAN!

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 25 iyun 2026-cı il tarixində respublika üzrə növbəti dəfə vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası təşkil olunacaq.

⚖️ Aksiya çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarında “Açıq qapı” günü keçiriləcək və aztəminatlı şəxslərə müxtəlif hüquqi məsələlər üzrə pulsuz hüquqi yardım göstəriləcək.

📍 Pulsuz hüquqi yardımdan yararlanmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə fəaliyyət göstərən vəkil qurumlarına müraciət edə bilərlər.

📞 Əlaqələndirici şəxs: Afət Qaziyeva – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktoru

☎️ Telefon: (012) 594 99 85
📱 Mobil: (050) 340 09 81

21/06/2026

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb.

20/06/2026

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

18/06/2026

18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur

17/06/2026

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

2026-cı il iyunun 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.

Ətraflı: https://barassociation.az/news/2021

Address

Səməd Vurğun 32 (48)
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125949985

Alerts

Be the first to know and let us send you an email when Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi:

Share