Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi

Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi Məqsədimiz əhalinin aztəminatlı təbəqəsinin rifahının yaxşılaşdırılmasına və sosial problemlərin həllinə dəstək verməkdir.

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi əhalinin aztəminatlı təbəqələrinə onların əsas ehtiyaclarının ödənilməsində, sosial problemlərinin həllində, təhsil şəraitinin yaxşılaşdırılmasında, icmaların inkişafında, əhali üçün iqtisadi imkanların yaradılmasında və s. yardım edən müstəqil milli qeyri-hökumət təşkilatıdır.

“Ümid” SİD ilk fəaliyyətinə 1997-ci ildə Sumqayıtda yerləşən xırda köçkün

icması ilə kiçik həcmli kredit layihəsinin yerinə yetirilməsi ilə başlamışdır. Bu layihə üzrə nümayiş etdirdiyi uğurlu iş və innovasiya ilə “Ümid” SİD nüfuz qazandı və inkişaf etməyə başladı. Təşkilat 06 Mart 1998-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. Bizim əsas məqsədlərimiz:
• İqtisadi və məşğulluq imkanlarının Biznes İnkişafı Xidməti (təlıim, konsultasiya, təlimatlandırma), usta yanında şagird hazırlığı, kredit fəaliyyəti və şəbəkə vasitəsilə genişləndirmək
• Hədəf icmaların özünə inamını sosial, təhsil və iqtisadi ehtiyaclarla bağlı qarşıya çıxan problemləri həll etmək istiqamətində təlimatlandırmaqla nail olmaq
• İcmanın savadlanmasını onları təhsilə və məlumatlılığı artırmağa cəlb etməklə təmin etmək
• Rəsmi və qeyri-rəsmi qurumların inkişafını onların təşkilati və idarəetmə bacarıqlarını davamlı və peşəkar texniki kömək göstərməklə dəstəkləmək
• Qurum və icmalara şəffaf, birgə işləmək, məsuliyyətli olmaqla özünün davamlı inkişafını təmin etməkdə kömək etmək

____________________________________

"Umid" Support to Social Development Public Union is an independent national NGO of Azerbaijan working to help the marginalized segment of the population, in resolving their basic needs and social problems, improving the education condition, developing communities, creating economic opportunities for the people etc. "Umid" SSD launched its activity in a small IDP community in Sumgait area in 1997 with implementation of a small-scale lending project. "Umid" SSD initiated a reputation for successful performance and innovation with this project and has grown ever since. The NGO was officially registered by the Ministry of Justice of The Republic of Azerbaijan on March 6, 1998. Our main goals are:
• Expand economic and employment opportunities via delivery of BDS (training, consultation, mentoring and coaching), apprenticeship activities, credit linkage activities and networking
• Inspire target communities to ensure their self-sufficiency via developing them to initiate solutions for addressing their social, educational and economic needs
• Increase community literacy via involving them to educative and awareness raising activities
• Ensure development of formal and informal institutions via enhancing their organizational, institutional and managerial capacities through sustainable and professional technical assistance
• Assist institutions and communities to become transparent, participatory, responsible and self sustaining

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birl...
20/02/2026

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın “Britaniya İmperiyası Ən Əla Ordeni”nin fəxri Zabiti (OBE) adına layiq görülmüşdür.

Bu nüfuzlu mükafat münasibətilə Bəxtiyar müəllimi səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində yeni zirvələr, uğurlu layihələr və davamlı nailiyyətlər arzulayırıq!

Ətraflı:
https://www.bp.com/en_az/azerbaijan/home/news/press-releases/bp-vp-honoured-with-honorary-Officer-of-UKs-Order-of-British-Empire-title.html

Zəfərin mübarək, Azərbaycan!🇦🇿
08/11/2025

Zəfərin mübarək, Azərbaycan!🇦🇿

Vətən üçün canlarından keçən bütün şəhidlərimizi dərin ehtiramla anırıq!
27/09/2025

Vətən üçün canlarından keçən bütün şəhidlərimizi dərin ehtiramla anırıq!

🇦🇿20 Sentyabr- Dövlət Suverenliyi GünüYaşasın müstəqil və suveren Azərbaycan!
20/09/2025

🇦🇿20 Sentyabr- Dövlət Suverenliyi Günü

Yaşasın müstəqil və suveren Azərbaycan!

20 Sentyabr - Dövlət Suverenliyi Günü

22/08/2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir. Müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2025-ci il sentyabr ayının 22-də başlanacaq. Müraciət üçün son tarix 2025-ci il 22 oktyabrdır. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarlarına uyğun təşkil edilir.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:
• Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək);

• Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);

• Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

1. WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:
- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;
- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dillərində);
- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);
- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;
- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.

Bu istiqamət üzrə üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın əvvəlki WUF tədbirlərində beynəlxalq təcrübəsinin olması;
- Xarici tərəfdaş qismində iştirak edən təşkilatın Qlobal Cənub QHT Platforması şəbəkəsində təmsil olması;
- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;
- Əsas tədbirin WUF13 zamanı forum məkanında (pavilyonlar, konfrans zalları və forumun digər yan tədbir məkanları) keçirilməsi.

2. Ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssas qruplarla iş

(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkotik vasitələrin istifadəsi, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, yol hərəkətinin təhlükəsizliyinin təşviqinə, həssas əhali qrupları (uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr, insan alveri qurbanları və s.) ilə işə, erkən nikahlarla mübarizə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) həllinə yönəlmiş, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərə üstünlük verilir)

3. Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə

(Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının naməlum taleyinin araşdırılması, onların ailələri ilə iş aparılması, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsi, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək verilməsi, təhlükələr barədə əhalinin maarifləndirilməsi, mina qurbanları, onların ailələri ilə iş aparılması, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində fəaliyyətin təşviqi üzrə təşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:
- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;
- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dillərində);
- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);
- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;
- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək;

Bu istiqamət üzrə üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq sahə üzrə beynəlxalq təcrübəsinin olması;
- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;
- Əsas tədbirin xarici ölkədə keçirilməsi.

4. Qərbi Azərbaycana qayıdış prosesi

(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə, dinc yolla qayıdışın insan hüquqları prizmasından təhlilinə dair təşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:
- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;
- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dillərində);
- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);
- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;
- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək;

Bu istiqamət üzrə üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq mövzuda beynəlxalq təcrübəsinin olması;
- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;
- Xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatların hazırlanması və yayılması.

5. Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş
(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə dair təşəbbüslərə üstünlük verilir);

6. Regionların sosial-iqtisadi inkişafına ictimai dəstək
(İşğaldan azad edilmiş ərazilərdə, Naxçıvan Muxtar Respublikasında tədbirlərin təşkilinə üstünlük verilir)

7. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (sərbəst mövzu)
(Yuxarıda qeyd olunan istiqamətlər üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. İdeoloji təxribatlara, hibrid təhdidlərə qarşı profilaktikaya, zərərli xarici təsirlərə qarşı sayıqlılığın artırılmasına, təhsilin, mədəniyyətin, ana dilinin saflığının qorunmasının, vicdan azadlığının, qida təhlükəsizliyinin, korrupsiyaya qarşı mübarizənin, ictimai nəzarətin təşviqinə dair təşəbbüslərə üstünlük verilir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi;

• layihənin icra planı;

• layihənin xərclər smetası;

• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;

• orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

• böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;

• Agentliyin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debitor borcu olan QHT-lərin layihələri.

Meyarlar:

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:

• layihənin məqsədinin aydınlığı;

• layihənin innovativliyi;

• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;

• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;

• layihə üzrə risklərin təhlili;

• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;

• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;

• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2025-ci il sentyabr 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);

• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur;

Tövsiyə

• QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected]
(+994 12) 493-15-81

https://ngoagency.gov.az/az/post/1242/azerbaycan-respublikasinin-qeyri-hokumet-teskilatlarina-dovlet-desteyi-agentliyi-2026-ci-il-uzre-kicik-orta-ve-boyuk-qrant-musabiqelerini-elan-edir

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri, təhsil sahəsində çoxilli...
04/07/2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri, təhsil sahəsində çoxillik təcrübəyə malik pedaqoq, ADPU-nun nəzdindəki Pedaqoji Kollecin sabiq direktoru İsrayıl İsgəndərovu səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.

Təqaüdə çıxması münasibətilə keçirilən vida görüşündə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən təltifnamə İsrayıl müəllimə təqdim olunub. Görüş zamanı onun təhsil sisteminə verdiyi töhfələr, rəhbərlik etdiyi kollektivin inkişafına göstərdiyi diqqət yüksək qiymətləndirilib.

“Ümid” SİD İB kollektivi olaraq biz də Israyil müəllimi bu əlamətdar mükafat münasibətilə səmimi qəlbdən təbrik edir, sağlamlıq, yeni uğurlar və fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!

🔗 Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi paylaşımı üçün keçid:
https://www.facebook.com/share/p/19ZVzEoiKC/?mibextid=wwXIfr

🔵 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə GünüBu gün dünyada narkom...
26/06/2025

🔵 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü
Bu gün dünyada narkomaniyaya qarşı maarifləndirmənin və profilaktikanın əhəmiyyətinə diqqət yönəldilir.

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi də bu çərçivədə narkotik vasitələrlə bağlı risklərə dair maarifləndirici fəaliyyətlərə töhfə vermişdir. 2022-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsini uğurla həyata keçirmişdir.

📍 Layihənin coğrafi ərazisi
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qobu Park 1, 2 və 3” yaşayış komplekslərində məcburi köçkün icmaları ilə.

📊 Əsas fəaliyyətlər
🔹 4 fokus qrup görüşü (68 nəfər iştirakçı)
🔹 16 təlim (206 nəfər iştirakçı)
🔹 1000 maarifləndirici buklet paylanılıb
🔹 193 nəfərlə sorğu keçirilib – mövzu üzrə biliklərdə 71% artım qeydə alınıb

💬 Təlimlər zamanı narkotik vasitələrin növləri, onların fiziki və psixoloji təsirləri, erkən əlamətlər, reabilitasiya yolları və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib.

📌 Ümumilikdə 990 nəfər layihədən faydalanıb.

Bu gün bir daha sağlam həyat tərzinin və maarifləndirmənin vacibliyinə diqqət çəkir, gənclərimizi təhlükələrdən uzaq durmağa çağırırıq!

🇦🇿Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edirik! 107 il qürurla!
26/06/2025

🇦🇿Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edirik! 107 il qürurla!

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrayıl İsgəndərovun “Hər bir QHT öz fəaliyyətinin hər...
25/06/2025

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrayıl İsgəndərovun “Hər bir QHT öz fəaliyyətinin hər bir mərhələsində faydalılıq əmsalını nəzərə almalıdır” adlı məqaləsi Newscenter.az platformasında dərc olunub.

📝 Məqalədə vətəndaş cəmiyyəti institutlarının layihələrin planlaşdırılması, icrası və qiymətləndirilməsi mərhələlərində faydalılıq əmsalını əsas meyar kimi nəzərə almasının zəruriliyi vurğulanır. Eyni zamanda, QHT-lərin effektivliyi, şəffaflıq və sosial nəticələrin ölçülməsi kimi aktual məsələlərə də toxunulur.

📰 Məqalə ilə tanış olmaq üçün keçid:
👉 https://newscenter.az/2025/06/25/her-bir-qht-oz-feliyyetinin-her-bir-merhelesinde-faydaliliq-emsalini-nezere-almalidir.html

📌“Faydalılıq əmsalı – QHT fəaliyyətinin hər mərhələsində ölçülə bilən təsirin əsas göstəricisidir.”
– İsrayıl İsgəndərov

Bu gün “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru, təhsil və vətəndaş cəmiyyəti sahəsində əvəzsiz...
23/06/2025

Bu gün “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru, təhsil və vətəndaş cəmiyyəti sahəsində əvəzsiz töhfələri ilə tanınan dəyərli ictimai xadim dosent İsrayıl İsgəndərovun doğum günüdür.

Israyil müəllim 25 ildən artıqdır ki, “Ümid” İctimai Birliyinə rəhbərlik edərək, təşkilatın inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında və QHT sektorunun güclənməsində mühüm rol oynayır. O, icraçı rəhbər kimi bir çox uğurlu sosial layihələrə imza atmış, xüsusilə gənclərin inkişafı, ictimai maarifləndirmə və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl və nümunəvi fəaliyyət göstərmişdir.
Təhsil sahəsində də dəyərli təcrübəyə malik olan İsrayıl müəllim, uzun illərdir ki, idarəçi və müəllim kimi gənclərin formalaşmasında fəal rol oynayır, onların bilik, bacarıq və vətəndaş məsuliyyətinin inkişafı üçün zəmin yaradır.
İsrayıl müəllimin yüksək təşkilatçılıq bacarığı, idarəçilik qabiliyyəti, mənəvi keyfiyyətləri, eləcə də təşəbbüskarlığı, islahatlara açıq mövqeyi, prinsipiallığı və novator yanaşması onun rəhbərlik etdiyi kollektivlərdə şəffaf daxili mühitin, ciddi nizam-intizamın və səmərəli idarəetmə modelinin formalaşmasına səbəb olmuşdur.
O, yalnız bir təşkilat rəhbəri deyil, həm də maarifləndirici, yolgöstərən və dəstəkləyici bir şəxsiyyət kimi tanınır. Gənclərə daim motivasiya verərək onların fərdi və peşəkar inkişafına imkanlar yaratması ilə seçilir. Təhsil, sosial inkişaf və vətəndaş məsuliyyəti sahəsindəki dərin bilikləri, idarəçilik bacarığı və humanist dəyərlərə sadiqliyi onu nümunəvi ictimai liderlərdən birinə çevirmişdir.
Onun uzunillik fəaliyyəti və xidmətləri dövlət səviyyəsində də yüksək qiymətləndirilib. İsrayıl müəllim, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu il 27 may tarixli, 1205 nömrəli Sərəncam ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və digər fəxri təltiflərlə təltif olunmuşdur. Onun cəmiyyətə verdiyi töhfələri sadalamaqla bitməz...

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi adından hörmətli İsrayıl müəllimi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uğurlar və gələcək fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq!

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi adından Sizləri Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, tutduğun...
06/06/2025

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi adından Sizləri Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, tutduğunuz xoş niyyətlərin qəbul olmasını diləyirik. Uca Allah ölkəmizə sülh, əmin-amanlıq, evinizə bərəkət, həyatınıza dinclik, ömrünüzə səadət bəxş etsin. Bayram namazlarınız və kəsdiyiniz qurbanlarınız qəbul, Uca Yaradana iman və təslimiyyətiniz möhkəm olsun.

Qurban Bayramınız mübarək!

  🇦🇿Azadlıq və özhakimliyimizin əbədi olması diləyi ilə, hər bir soydaşımızı 28 May Müstəqillik Günü münasibətilə səmimi...
27/05/2025

🇦🇿

Azadlıq və özhakimliyimizin əbədi olması diləyi ilə, hər bir soydaşımızı 28 May Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

*****************************************

With a firm commitment to the eternity of our freedom and self-governance, we sincerely congratulate each of our compatriots on the occasion of May 28 – Independence Day!





Address

Yasamal R-nu, Ə. Cavad Küç. , 7a
Baku

Opening Hours

09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi:

Share