Ədliyyə Könüllüləri / Justice Volunteers

Ədliyyə Könüllüləri / Justice Volunteers Ədliyyə Könüllülərinin rəsmi facebook səhifəsi

15 İyun – Milli Qurtuluş Günü Bu tarix – xalqın iradəsi, liderin qətiyyəti və müstəqilliyin xilası deməkdir.1993-cü il 1...
14/06/2026

15 İyun – Milli Qurtuluş Günü

Bu tarix – xalqın iradəsi, liderin qətiyyəti və müstəqilliyin xilası deməkdir.
1993-cü il 15 iyun günü Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz sabitlik, inkişaf və gələcəyə inam qazandı.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsinin bağlanış mərasimi çərçivəsində iştirakçıların təltifolunma mərasimi...
01/06/2026

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsinin bağlanış mərasimi çərçivəsində iştirakçıların təltifolunma mərasimi keçirilib.

Mərasimdə düşərgə müddətində fəallığı, təşəbbüskarlığı və komanda işində səmərəli iştirakları ilə seçilən iştirakçılar təltif olunub.

Eyni zamanda, düşərgə çərçivəsində keçirilən fəaliyyətlərin nəticələrinə əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən iştirakçılar da mükafatlandırılıblar. “Ən yaxşı memorandum”, “Ən yaxşı media” və “Ən yaxşı vətəndaş cəmiyyəti nümayəndəsi” nominasiyaları üzrə qaliblər elan edilərək təltif olunublar.

Təltifolunma mərasimi iştirakçıların birgə xatirə fotosu çəkdirməsi ilə başa çatıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyinin təşkilati dəstəyi, “Ədliyyə Könüllüləri” İ...
01/06/2026

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyinin təşkilati dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə ilk dəfə keçirilən “Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsinin bağlanış mərasimi baş tutub.

Quba şəhərində təşkil olunan düşərgənin bağlanış mərasimində layihə müddətində həyata keçirilən fəaliyyətlərə yekun vurulub, iştirakçıların əldə etdikləri nəticələr və irəli sürdükləri təşəbbüslər dəyərləndirilib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tural Gəncəliyev çıxış edərək düşərgənin türk dünyası gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, ortaq dəyərlərin təşviqi və gələcək liderlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev çıxış edərək layihə çərçivəsində iştirakçıların nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin gənclərin peşəkar və şəxsi inkişafına mühüm töhfə verdiyini bildirib.

“Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı çıxışında layihənin ilk dəfə keçirilməsinə baxmayaraq böyük maraqla qarşılandığını qeyd edib, düşərgənin uğurla başa çatmasında əməyi olan bütün tərəfdaşlara və iştirakçılara təşəkkürünü ifadə edib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Qoçaq İmanzadə isə çıxışında gənclərin beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının vacibliyindən danışıb, düşərgə ərzində nümayiş etdirilən təşəbbüskarlıq və komanda ruhunu xüsusi vurğulayıb.

Tədbirin davamında layihə iştirakçıları söz alaraq düşərgə ilə bağlı təəssüratlarını bölüşüb, proqram çərçivəsində qazandıqları bilik və təcrübələrdən bəhs ediblər.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində müxtəlif istiqamətlər üzrə nazirlik və komitə rəhbərlərin...
01/06/2026

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində müxtəlif istiqamətlər üzrə nazirlik və komitə rəhbərlərini təmsil edən iştirakçılar arasında yekun görüş keçirilib.

Görüş zamanı tərəflər tərəfindən hazırlanmış ortaq memorandum imzalanıb. Memorandumda Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və müxtəlif sahələr üzrə birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Memorandumun imzalanmasının ardından mətbuat konfransı təşkil olunub. Konfrans çərçivəsində birgə əməkdaşlıq fonunda əsas istiqamətlər, nəzərdə tutulan fəaliyyət planları və gələcək perspektivlər barədə ətraflı məlumat verilib, mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində iştirakçılar üçün “Beynəlxalq danışıqlar və qərarvermə pr...
31/05/2026

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində iştirakçılar üçün “Beynəlxalq danışıqlar və qərarvermə prosesi” mövzusunda təlim təşkil olunub.

Təlim Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cinayət və mülki işlər üzrə hüquqi yardım idarəsinin rəisi Azər Cəfərov tərəfindən keçirilib.

Təlim zamanı beynəlxalq münasibətlər sistemində danışıqların aparılması mexanizmləri, qərarvermə prosesinin əsas mərhələləri, tərəflər arasında konsensusun əldə olunması üsulları və praktik yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində Baş nazirləri təmsil edən iştirakçılarla müxtəlif qurumla...
31/05/2026

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində Baş nazirləri təmsil edən iştirakçılarla müxtəlif qurumları təmsil edən iştirakçıların ekspertlərin müşahidəsi ilə növbəti görüşü keçirilib.

Görüş zamanı iştirakçılar 10 fərqli istiqamət üzrə əməkdaşlıq imkanlarını müzakirə edib, Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən təkliflər ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, regionda mövcud çağırışlar, qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağ...
31/05/2026

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı Tural Gəncəliyev ilə görüş keçirilib.

Görüş zamanı iştirakçılarla parlament fəaliyyəti, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və gənclərin ictimai-siyasi proseslərdə iştirakı mövzularında fikir mübadiləsi aparılıb. Deputat iştirakçıların suallarını cavablandıraraq öz təcrübəsini bölüşüb.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş spartakiada təşk...
31/05/2026

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş spartakiada təşkil olunub.

Spartakiadanın keçirilməsində məqsəd iştirakçılar arasında komanda ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və dostluq münasibətlərinin möhkəmləndirilməsi olub. Müxtəlif idman yarışları üzrə təşkil olunan spartakiada iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində nazirlikləri və vətəndaş cəmiyyəti institutlarını təmsil ...
30/05/2026

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi çərçivəsində nazirlikləri və vətəndaş cəmiyyəti institutlarını təmsil edən iştirakçılar arasında növbəti işgüzar görüş baş tutub.

Görüş zamanı tərəflər memorandumun hazırlanması prosesi ilə bağlı müzakirələr aparıblar. İştirakçılar sənədin ilkin layihəsi üzərində fikir mübadiləsi apararaq təklif və tövsiyələrini səsləndiriblər.

Eyni zamanda, əməkdaşlığın perspektivləri, birgə fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr keçirilib. Görüş çərçivəsində memorandumun məzmununun daha da təkmilləşdirilməsi istiqamətində ilkin razılaşmalar əldə olunub.

Address

Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ədliyyə Könüllüləri / Justice Volunteers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share