Azərbaycan İnsan Resursları Assosiasiyası

Azərbaycan İnsan Resursları Assosiasiyası AİRA insan resurslarının inkişaf etdirilməsi və səmərəli istifadə olunması məramını hədəfləmiş ictimai təşkilatdır.

Dəyərlərimiz

*Açıq fikirlilik – açıq düşüncəli və sağlam təfəkkürlü insanların şəffaf dəyərlər əsasında münasibəti;
*Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında təmənnasız fəaliyyət;
*Əməkdaşlıq – qarşılıqlı faydalılıq əsasında tərəflərin peşəkar münasibəti;
*Nəticə yönümlülük – peşəkar formada hədəflərə yönəlmiş yüksək dəyər yaradan fəaliyyət;
*Davamlılıq – inkişafa doğru daimi, stabil

və ardıcıl fəaliyyət;
*Peşəkarlıq –fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma;
*Operativlik – imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət;
*Komanda işi – müəyyən olunmuş rollar çərçivəsində vahid dəyər və məqsədlər naminə birgə əməkdaşlıq;
*İnnovativlik – yeniliklərə hazır olma və çağırışları müəyyən etmə mövqeyi. Vizionumuz

*Ümumbəşəri çağırışlardan çıxış edərək insan resurslarının davamlı peşəkar inkişafına daim yüksək dəyər qatmaq. Missiyamız

*İnsan kapitalını ən dəyərli hesab edərək, İnsan resursları sahəsinin davamlı inkişafına məqsədlərimizə çatmaqla nail olmaq:

*Əmək bazarı üzrə bütün maraqlı tərəflərin: fərdlərin, işçilərin, insan resursları mütəxəssislərinin, həmçinin dövlət və biznes sektorunun, iqtisadiyyat və cəmiyyətin faydalana biləcəyi etibarlı və mötəbər təşkilat olmaq;
*İnsan resurslarının idarə edilməsi sahəsi üzrə mötəbər yerli və beynəlxalq tərəfdaşa çevrilmək;
*İnsan resurslarının strateji baxımdan inkişafı məqsədi ilə beynəlxalq səviyyədə tanınan vahid milli standartlar yaratmaq;
*İnsan resurslarının idarə edilməsi sahəsində çalışan və karyerasını bu sferada qurmaq istəyən fərd, mütəxəssis və peşəkarların, həmçinin təşkilat və şirkətlərin ən böyük rəsmi platformasını formalaşdırmaq;
*Əmək şəraitinin və iş-həyat balansınıın daha da təkmilləşdirilməsi, əmək münasibətlərinin və əmək qanunvericiliyinin müasir biznesin çağırışlarına cavab verilməsi istiqamətində təşəbbüskar təşkilat olmaq;
*İnnovativ iqtisadiyyatın tələblərinə cavab verən kadr hazırlığı prosesinə istiqamət və dəstək vermək;
*Korporativ sosial məsuliyyət üzrə müxtəlif istiqamətli fəaliyyətləri birləşdirən mərkəzə çevrilmək.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.Sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzusu ilə bütün ...
31/05/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzusu ilə bütün uşaqları təbrik edirik!

27/05/2026

108 il bundan əvvəl məhz bu gün Azərbaycanın istiqlaliyyəti bəyan edildi və vətənimiz öz müstəqilliyinə qovuşdu.

Yaşasın güclü, müstəqil Azərbaycan! 🇦🇿

Qurban bayramı münasibətilə xalqımızı təbrik edirik!Etdiyiniz duaların, kəsdiyiniz qurbanların qəbul olunmasını, süfrələ...
26/05/2026

Qurban bayramı münasibətilə xalqımızı təbrik edirik!
Etdiyiniz duaların, kəsdiyiniz qurbanların qəbul olunmasını, süfrələrinizin bol və bərəkətli olmasını arzulayırıq.✨

İnsan resursları sahəsində çalışan bütün həmkarlarımızı Beynəlxalq İnsan Resursları günü münasibətilə təbrik edirik.    ...
20/05/2026

İnsan resursları sahəsində çalışan bütün həmkarlarımızı Beynəlxalq İnsan Resursları günü münasibətilə təbrik edirik.

10 May — Ulu Öndər Heydər Əliyevin doğum günüdür.Xalqımızın dahi şəxsiyyətini dərin hörmət və ehtiramla yad edirik.
10/05/2026

10 May — Ulu Öndər Heydər Əliyevin doğum günüdür.
Xalqımızın dahi şəxsiyyətini dərin hörmət və ehtiramla yad edirik.

Bu gün, tariximizin şanlı səhifələrindən biri – 9 May Qələbə Günüdür.Bu qələbə, azadlıq və sülh uğrunda döyüşən milyonla...
09/05/2026

Bu gün, tariximizin şanlı səhifələrindən biri – 9 May Qələbə Günüdür.
Bu qələbə, azadlıq və sülh uğrunda döyüşən milyonlarla insanın fədakarlığının nəticəsidir.

AIRA olaraq inanırıq ki, süni intellekt artıq gələcəyin deyil — bu günün HR alətidir.Bu yanaşmanı daha yaxından araşdırm...
29/04/2026

AIRA olaraq inanırıq ki, süni intellekt artıq gələcəyin deyil — bu günün HR alətidir.

Bu yanaşmanı daha yaxından araşdırmaq üçün sizi tərəfdaşlarımız Women in Tech və Xəzər İnsan Kapitalı Studiyasının birgə iştirakı ilə təşkil etdiyimiz seminara dəvət edirik 👇

🔖Mövzu: AI: HR-da imkanları genişləndirən vasitə kimi

HR sahəsində çalışanlar və bu istiqamətdə inkişaf etmək istəyənlər üçün nəzərdə tutulmuş bu seminar zamanı:
* AI-nin HR proseslərinə real təsirlərini
* İşə qəbul, təlim və performans idarəçiliyində tətbiq imkanlarını
* Praktik yanaşmaları və real keysləri birlikdə müzakirə edəcəyik

📅 Tarix: 03 may
🕙 Saat: 10:00 – 13:00
📍 Məkan: İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi

🎤 Təlimçi: Elnarə Məcidova - Xəzər İnsan Kapitalı Studiyasının Həmtəsisçisi | Azerconnect Group-da İnsan Kapitalının Transformasiyası üzrə Proqram Rəhbəri | İnsan mərkəzli AI Transformasiya Məsləhətçisi (SAFE AI™️)

Gələcəyin HR-ını bu gündən formalaşdırmaq istəyən hər kəsi gözləyirik.

Qeydiyyat üçün linkə keçid edin: 🔗 https://forms.gle/dpXeG8ZFEAZ5uJK18

AIRA olaraq inanırıq ki, süni intellekt artıq gələcəyin deyil — bu günün HR alətidir.Bu yanaşmanı daha yaxından araşdırm...
28/04/2026

AIRA olaraq inanırıq ki, süni intellekt artıq gələcəyin deyil — bu günün HR alətidir.

Bu yanaşmanı daha yaxından araşdırmaq üçün sizi seminarımıza dəvət edirik 👇

🔖Mövzu: AI: HR-da imkanları genişləndirən vasitə kimi

HR sahəsində çalışanlar və bu istiqamətdə inkişaf etmək istəyənlər üçün nəzərdə tutulmuş bu seminar zamanı:
* AI-nin HR proseslərinə real təsirlərini
* İşə qəbul, təlim və performans idarəçiliyində tətbiq imkanlarını
* Praktik yanaşmaları və real keysləri birlikdə müzakirə edəcəyik

📅 Tarix: 03 may
🕙 Saat: 10:00 – 13:00
📍 Məkan: İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi

🎤 Təlimçi: Elnarə Məcidova - Xəzər İnsan Kapitalı Studiyasının Həmtəsisçisi | Azerconnect Group-da İnsan Kapitalının Transformasiyası üzrə Proqram Rəhbəri | İnsan mərkəzli AI Transformasiya Məsləhətçisi (SAFE AI™️)

Gələcəyin HR-ını bu gündən formalaşdırmaq istəyən hər kəsi gözləyirik.

Qeydiyyat üçün linkə keçid edin:🔗https://forms.gle/dpXeG8ZFEAZ5uJK18

7 aprel tarixində təlimçimiz Sevda Məmmədova’nın təqdimatı ilə “HR detektivi: Müsahibədə ‘Toksik’ və ‘Ulduz’ namizədi ne...
14/04/2026

7 aprel tarixində təlimçimiz Sevda Məmmədova’nın təqdimatı ilə “HR detektivi: Müsahibədə ‘Toksik’ və ‘Ulduz’ namizədi necə müəyyən etmək olar?” mövzusunda vebinarımız uğurla baş tutdu.

Vebinar zamanı iştirakçılarla birlikdə:

🔹 Müsahibə zamanı namizədlərin davranış siqnallarını necə analiz etməyi
🔹 “Ulduz” namizədləri fərqləndirən xüsusiyyətləri
🔹 Komanda və təşkilat üçün risk yarada biləcək “toksik” davranış indikatorlarını müzakirə etdik.

İştirakçıların yüksək marağı və aktiv müzakirələri tədbirin effektivliyini və dəyərini daha da artırdı.

Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik! 🙌

AİRA olaraq HR icmasının inkişafına töhfə verən təşəbbüslərlə fəaliyyətimizi davam etdirəcəyik.

📢 Növbəti tədbirlərdən xəbərdar olmaq üçün WhatsApp kanalımıza qoşula bilərsiniz: https://whatsapp.com/channel/0029VbC0x0WChq6KATq2xB3X

🚀 HR sahəsində inkişaf etmək istəyirsiniz?🎓 HRM mini-MBA proqramına qeydiyyat başladı!Proqram Azərbaycan İnsan Resurslar...
09/04/2026

🚀 HR sahəsində inkişaf etmək istəyirsiniz?

🎓 HRM mini-MBA proqramına qeydiyyat başladı!

Proqram Azərbaycan İnsan Resursları Assosiasiyası, Bakı Avrasiya Universiteti, Niğde Ömer Halisdemir Universiteti, Digital Academy Baku və Human Resource Development tərəfindən birgə həyata keçirilir.

Real biznes keysləri ilə işləmək, praktiki HR bilikləri qazanmaq və güclü network qurmaq istəyənlər üçün ideal fürsət 👇
📍 Start: Aprel
⏳ Müddət: 3 ay | 110 saat
🕖 Dərslər: həftədə 2 dəfə (19:00 – 21:30)
💻 Online iştirak mümkündür

🎯 Bu proqram sizə nə qazandıracaq?
▪ HR idarəetməsini sistemli və praktiki öyrənmək
▪ Real кейslər və simulyasiyalarla təcrübə qazanmaq
▪ HR sahəsində yeni əlaqələr qurmaq
▪ HRM mini-MBA sertifikatı əldə etmək

📚 Təlim modulları:
▪ Strateji HR və Agile yanaşma
▪ Talent acquisition & motivasiya sistemləri
▪ Performansın idarə edilməsi
▪ HR analitika & Süni İntellekt
▪ Əmək qanunvericiliyi

💡 Proqramı həm tam, həm də ayrı-ayrı modullar üzrə əldə etmək mümkündür

💰 Hissəli ödəniş imkanı mövcuddur

📞 Qeydiyyat və ətraflı məlumat:
+994 51 652 78 83

✨ HR sahəsində növbəti səviyyəyə keçmək üçün indi başlayın!

Address

Xətai Rayonu, Babək Pr, Məhəllə 11/30, Bina 10A
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan İnsan Resursları Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan İnsan Resursları Assosiasiyası:

Share