DGKA TGT

DGKA TGT Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı

🇦🇿 28 May — xalqımızın azadlıq və müstəqillik ruhunun zəfər tarixidir.
27/05/2026

🇦🇿 28 May — xalqımızın azadlıq və müstəqillik ruhunun zəfər tarixidir.

🇦🇿 28 May – Müstəqillik Günümüz mübarək!107 il öncə atılan ilk müstəqil addım bu gün də qürurumuz, gücümüz və birliyimiz...
27/05/2026

🇦🇿 28 May – Müstəqillik Günümüz mübarək!
107 il öncə atılan ilk müstəqil addım bu gün də qürurumuz, gücümüz və birliyimizin təməlidir. 💙❤️💚

WUF13 çərçivəsində DGKA tələbələri beynəlxalq forumda fəal iştirak ediblər 🌍Tələbələr forum müddətində könüllü və əməkda...
27/05/2026

WUF13 çərçivəsində DGKA tələbələri beynəlxalq forumda fəal iştirak ediblər 🌍

Tələbələr forum müddətində könüllü və əməkdaş kimi fəaliyyət göstərərək təşkilati proseslərdə yer alıb və müxtəlif ölkələrdən olan iştirakçılarla qarşılıqlı əlaqə qurublar.

Bu iştirak tələbələrə beynəlxalq təcrübə qazanmaq və qlobal müzakirələri yaxından izləmək imkanı verib 🏙️✨

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirin əvvəl...
27/05/2026

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra 28 May - Müstəqillik Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıb, 108 il əvvəl qurulan cümhuriyyətin dövlətçilik ənənələrimizin davamı olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin möhkəmləndiyini, Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkənin suverenliyinin tam bərpa olunduğunu qeyd edib və xalqımıza rifah, əmin-amanlıq arzulayıb.
Tədbirdə məruzəçi qismində çıxış edən Akademiyanın müəllimi, t.ü.f.d. Samir Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və dövlət quruculuğu sahəsində görülən işlərdən danışıb, Azərbaycanın bu gün AXC-nin varisi kimi ən güclü dövrünü yaşadığını vurğulayıb.
Daha sonra Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova “Azərbaycanın İstiqlal Bəyannaməsi” mövzusunda məruzə ilə çıxış edib.
Sonda Akademiyanın beynəlxalq ticarət və logistika ixtisasının I kurs tələbəsi İsmayıl Dadaşzadə Nəriman Həsənzadənin “Azərbaycan” şeirini səsləndirib.

Qurban Bayramınız mübarək!Bu müqəddəs gündə qəlblər mərhəmətlə dolsun, dualarınız qəbul olsun.Sevgi, birlik və bərəkət h...
27/05/2026

Qurban Bayramınız mübarək!
Bu müqəddəs gündə qəlblər mərhəmətlə dolsun, dualarınız qəbul olsun.
Sevgi, birlik və bərəkət hər zaman sizinlə olsun. 🌙🕊️

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı və DGKA TGT-nin də...
13/05/2026

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı və DGKA TGT-nin dəstəyi ilə “İnkişaf bələdçiləri” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində tələbələr üçün növbəti master-klass keçirilib. “Könüllülükdən karyeraya” mövzusunda keçirilən master-klas “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev tərəfindən təqdim edilib.

Tədbirdə Ayxan Allahverdiyev könüllülük fəaliyyətinin şəxsi inkişaf və peşəkar karyera yolunda rolu barədə fikirlərini bölüşüb. Görüş zamanı könüllülük fəaliyyətinin gənclərin sosial bacarıqlarının formalaşmasına, ictimai fəallığının artırılmasına və gələcək əmək fəaliyyətində uğur qazanmasına verdiyi töhfələrdən bəhs olunub.

Eyni zamanda, iştirakçılarla karyera planlaması, peşəkar inkişaf istiqamətləri, ictimai fəaliyyətə cəlb olunmanın əhəmiyyəti və uğurlu karyera yolunda praktiki təcrübələr ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Tələbə Gənclər və Gənclər Təşkilatlarının ...
10/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Tələbə Gənclər və Gənclər Təşkilatlarının rəhbərləri, nümayəndələri və 1500-dən çox aktiv tələbənin iştirakı ilə I Fəxri Xiyabana yürüş təşkil olunub.

Həmçinin, yürüşdə DGKA TGT-nin aktiv üzvləri də iştirak edib.

Ulu Öndəri ehtiramla yad edirik!

10 May — Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü.Müstəqil və güclü Azərbaycanın təməlini qoyan, x...
10/05/2026

10 May — Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü.

Müstəqil və güclü Azərbaycanın təməlini qoyan, xalqına daim yol göstərən dahi şəxsiyyətin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 9 ali təhsil müə...
09/05/2026

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 9 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən Respublika Hüquq Olimpiadasında daha bir uğurlu nəticə əldə edərək II yerə layiq görülüb.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun dəstəyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş III Respublika Hüquq Olimpiadası keçirilib.

Yarışın yekun nəticələrinə əsasən Dövlət Gömrük Komitəsinin Akademiyasını təmsil edən komanda əzmkarlıq və bilik nümayiş etdirərək yüksək nəticə ilə ikinci yerə layiq görülüb.

Sonda qaliblər diplomlarla təltif olunublar.

Xatırladaq ki, DGKA tələbələrindən ibarət komanda qısa müddət əvvəl Azərbaycanda hüquq təhsili verən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən 2026 Topçubaşov Məhkəmə Müsabiqəsində də uğurlu çıxış edərək qalib olmuşdur

Address

Sabunçu Rayonu, Maştağa Qəsəbəsi, Zabrat-Maştağa şossesi, 2
Baku
AZ1039

Alerts

Be the first to know and let us send you an email when DGKA TGT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DGKA TGT:

Share