17/02/2025
📢 "İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsi Qəbələdə.
✅️ Layihənin növbəti təlimləri ardıcıl 2 gün olmaqla Qəbələ rayonunda baş tutub. Təlimçi Günel Alızadə tərəfindən aparılan təlimlərdə 1-ci gün gənclərə özünü tanıma, stresin idarə olunması, emosional düşüncə, emosional idarə etmə, effektiv ünsiyyət texnikaları kimi əsas həyat bacarıqlarını əhatə edən təlimlər keçirilib.
✅️ 2-ci gün isə gənclər üçün zamanın idarə edilməsi texnikaları, problem həll etmə, münaqişələri idarə etmə və həlli yolları kimi əsas həyat bacarıqlarını əhatə edən müxtəlif mövzularda təlimlər keçirilib. Həmçinin sosial teatrlar, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar təşkil olunub. Layihənin hər iki günündə iştirak edən gənclər sonda sertifikatla təltif olunub.
🔶 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin( ) maliyyə dəstəyilə "Gənc Fəallar və Liderlər Alyansı" İctimai Birliyi tərəfindən keçirilən "İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsi İsmayıllı, Göyçay, Qəbələ rayonlarında və Lənkəran şəhərində keçirilməsi planlaşdırılıb.
📌 Layihənin məqsədi regionlarda xüsusilə də kəndlərdə yaşayan gənclərin şəxsi və peşəkar həyatlarında qarşılaşdıqları problemlərin aradan qaldırılmasına dəstək, onlarda sosial və emosional bacarıqların inkişaf etdirilməsi, onları əmək bazarına hazırlamaq və inkişaflarına dəstək olmaqdır.