11/02/2025
“Beynəlxalq Şəffaflıq” Təşkilatı 2024ci il üçün Korrupsiya Qavrama
İndeksini (2024 KQİ) açıqlayıb
Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2024-cü il üçün Korrupsiya Qavrama İndeksini (KQİ 2024) təqdim edir.
“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.
Korrupsiya Qavrama İndeksini qlobal orta göstəricisi ardıcıl on üçücü ildir ki, demək olar ki, dəyişməz qalır, , ölkələrin üçdə ikisindən çoxu 50-dən aşağı bal toplayır. Bu da öz növbəsində korrupsiya ilə əlaqədar ciddi problemlərinin həll olunmamasından xəbər verir.
Korrupsiya Qavrama İndeksi 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
Azərbaycan 2024-cü ildə 22 balla 180 ölkə arasında 154-cü sırada qərarlaşıb. 2023-ci ildə isə 23 bal almışdı.
KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 6 fərqli mənbə əsasında hazırlanıb. Azərbaycana dair məlumat isə 6 fərqli mənbə əsasında hazırlanıb. Mənbələrin tam siyahısı ilə «Suallar və Cavablar» sənədində tanış ola bilərsiniz.
2022-ci ildən bəri Dünya İqtisadi Forumunun qiymətləndirilməsi nəzərə alınmadığından belə kəsin geriləmə qeydə alınıb
Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur:
İllər KQİ balı Qlobal sıralamada yeri KQİ-də ölkələrin sayı
2023 23 154 180
2022 23 157 180
2021 30 128 180
2020 30 129 180
2019 30 126 180
2018 25 152 180
“Şəffaflıq Azərbaycan” hökuməti “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın daha səmərəli icrası, müstəqil monitorinq mexanizminin yaradılması ilə əlaqədar tədbilər görməyə çağırır. “Şəffaflıq Azərbaycan” 2024-cü il yanvarın 1-dən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” yeni qanun böyük antikorrupsiya potensialını vurğulayaraq dövlət satınalmaları sistemində şəffaflıq, hesabatlılıq, açıqlığın səviyyəsinin artırılması üzrə islahatların dərinləşdirilməsinin vacibliyini qeyd edir. Hesablama Palatası tərəfindən həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında daha təsirli tədbirlər görülməsi, korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət təqibinin gücləndirilməsi, gəlir deklarasiyaları, benefisiar sahibkarlıq məlumatlarının açıqlanması kimi yeni alətlərin tətbiqinin zəruiliyini diqqətə çatdırır. Eyni zamanda ədalət mühakiməsinin səmərəliyinin artırılması istiqamətində islahatların genişləndirilməsinə, şəffaflıq və hesabatlılıq məsələlərində dövlət orqanları və dövlət şirkətləri ictimai xidmətləri yerinə yetirən şirkətlərin məsuliyyətini gücləndirəcək tədbilər həyata keçirilməsinə çağırır.
The Corruption Perceptions Index 2024 ranks 180 countries by their perceived levels of public sector corruption. Find out the scores and read our analysis.