Huma Quşu Fondu

Huma Quşu Fondu “Huma Quşu” Təhsilə Yardım Fondu kommersiya məqsədi güdməyən qeyri-hökumət təşkilatıdır. Humay had an endless passion for knowledge and education.

Ad seçimində Humayın ingiliscə yazdığı şeirin “After all, I am named a bird living its entire life flying invisibily high above the Earth – Huma” (Axı hər şeydən əvvəl bütün həyatını yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma) misrasından istifadə edilib. Deviz Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından götürülmüş “Sən ki, Huma quşusan, şərəfli iş gör,

əlbət!” misrasıdır. Başlıca məqsəd imkansız və aztəminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından xaricdə keyfiyyətli bakalavr və magistr təhsil almasına və cəmiyyət üçün faydalı insanlar, Humay kimi xeyirxah və vətənpərvər gənclər yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərir. Xeyriyyəçilik fəaliyyəti üçün təhsilə yardım sahəsinin seçilməsi ilk növbədə Humayın biliyə, təhsilə, kitaba, oxuyub-öyrənməyə olan sonsuz məhəbbəti ilə bağlıdır. Fondun təsisi zamanı onun halal zəhmətlə qazanılmış vəsaitinin bu istiqamətdə xərclənməsinin istək və arzularının məqsədəuyğun şəkildə həyata keçməsi, nəcib fəaliyyətinin özündən sonra da davam etdirilməsi ideyası əsas götürülüb. Hələlik yeganə maliyyə qaynağı Humayın Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışdığı yeddi il ərzində şəxsi hesabında toplanmış vəsaitindən ibarətdir. Fond işini genişləndirmək və imkansız gənclərin təhsilinə maliyyə dəstəyini təmin etmək üçün gələcəkdə müxtəlif qurumlardan və vətəndaşlardan xeyriyyə məqsədi ilə könüllü ianələrin, habelə birdəfəlik yardımların qəbul olunmasını da məqsədəuyğun sayır. Fondun fəaliyyətinin həyata keçirilməsində Humayın qohumları, yaxın dostları və rəfiqələri könüllülük prinsipi əsasında təmənnasız şəkildə iştirak edirlər. Qərarlar kollegiallıq, dəqiqlik və Nizamnamədə elan olunmuş digər prinsip və meyarlara arxalanmaqla qəbul edilir. Bu zaman yalnız maddi imkansızlıq yox, həm də istedad, zəhmətsevərlik, intizam, ictimai fəallıq, vətənpərvərlik, məqsədyönlülük, milli-mənəvi dəyərlərə bağlılıq kimi amillər də əsas götürülür. Fondun təsisçisi və prezidenti Humayın anası Şəhla Cahangir qızı Vəzirovadır. Cari fəaliyyətin həyata keçirilməsində üç nəfərdən ibarət Himayəçilər Şurası iştirak edir. "Huma quşu" educational charity fund is a non-commercial, non-profit organization. The name was inspired by a line from a poem Humay had written, “ After all, I am named after a bird living its entire life flying invisibly high above the Earth – Huma.”

The motto of the fund is another poetic reference, from The Treasury of Mysteries by Nizami Ganjavi, - "You are a Huma bird, do honorable acts!"

The mission of the fund is to provide financial assistance to economically disfavored yet talented kids to pursue undergraduate and graduate studies in Azerbaijan and abroad, thus helping them to become kind, patriotic and fulfilled members of the society. At the same time, the fund aims to assist Karabakh War veterans to pursue their studies in the field of information technologies and learn new skills. Thus the main priority of this fund was selected accordingly. For now, the only financial source of the fund is Humay's savings which she accumulated during her seven years at the International Committee of the Red Cross. The fund aims to spend these funds, which is the result of Humay's hard work, expediently in order to continue her noble deeds. The fund also encourages other organizations and individuals to donate in order to expand its scope and further support educational aspirations of underprivileged youth. Humay's relatives and close friends participate voluntarily and on a pro bono basis in running daily operations at the fund. Decisions are being made jointly, based on integrity, merit and other principles specified in the statute of the fund. Grant aided students are selected based on their talent, work ethic, discipline, civic activity, patriotism and moral values. Shahla Vezirova, mother of Humay, is the founder and the president of the fund. Board of trustees, consisting of three members, monitors the fund's activities.

"Huma Quşu" Təhsilə Yardım Fonduna ianə edərək Siz də gələcəyin qurucularından olun 🚀Edilən ianələr istedad və bacarığı ...
17/06/2026

"Huma Quşu" Təhsilə Yardım Fonduna ianə edərək Siz də gələcəyin qurucularından olun 🚀
Edilən ianələr istedad və bacarığı ilə seçilən gənclərin keyfiyyətli bakalavr və magistr təhsili almasına yönəldilir 💁🏻‍♀️
Linkdəki təlimatı izləyərək asanlıqla ianə edə bilərsiniz.
➡️ https://www.facebook.com/humagushufund/videos/444662821296771
Təhsilimiz üçün yeni üfüqlər aç!

"Xəyaldan gerçəyə - Payız çağırışı" (2025) təqaüd müsabiqəsinin qalibi Cavidan Nəsirlidən daha bir böyük uğur 🌟🚀Azərbayc...
10/06/2026

"Xəyaldan gerçəyə - Payız çağırışı" (2025) təqaüd müsabiqəsinin qalibi Cavidan Nəsirlidən daha bir böyük uğur 🌟🚀

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kimya mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi olan Cavidan dünyanın nüfuzlu elm ocaqlarından biri - "King Abdullah University of Science and Technology"nin (KAUST) magistr və PhD pilləsinə qəbul alıb🔬🧪

Cavidanı bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona təhsil həyatında yeni-yeni uğurlar arzu edirik! Yolun açıq olsun! 🎓💙

08/06/2026

🎓 Təqaüd proqramlarımıza müraciət etmək istəyirsən, amma haradan başlayacağını bilmirsən? 🤔

Bu yoldan uğurla keçmiş və Fondumuzun təqaüdçüsü adını qazanmış gənclərimiz - Nigar Əhmədova və Vasif Məmmədli sənə kömək etməyə hazırdır! 🕊️✨

Qaliblərimiz müraciət prosesini daha rahat və doğru addımlarla tamamlamağın üçün xüsusi bir təlimat videosu hazırlayıblar. Uğura gedən yol təcrübəni paylaşmaqla daha da aydınlanır. Videonu izlə, məsləhətlərdən yararlan və gələcəyinə doğru ilk addımı at! 💻🚀

📢 Əziz dostlar,Huma Quşu Təhsilə Yardım Fondu tərəfindən "𝐌𝐚𝐥𝐢𝐲𝐲ə 𝐬𝐚𝐯𝐚𝐝𝐥ı𝐥ığı" mövzusunda seminar keçiriləcək. 📉💰Seminar...
06/06/2026

📢 Əziz dostlar,
Huma Quşu Təhsilə Yardım Fondu tərəfindən "𝐌𝐚𝐥𝐢𝐲𝐲ə 𝐬𝐚𝐯𝐚𝐝𝐥ı𝐥ığı" mövzusunda seminar keçiriləcək. 📉💰
Seminarda şəxsi büdcənin düzgün idarə edilməsi və maliyyə vərdişlərinin karyera yüksəlişinə təsiri haqqında danışılacaq.
Məqsəd tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verməkdir. 🎯
Seminarda (Yüzlərlə Azərbaycan Qızı — YAQ) sosial təşəbbüs qrupunun üzvləri də iştirak edəcək.
👩🏻‍🏫 Təlim Xəzər Universitetinin müəllimi 𝐗𝐮𝐦𝐚𝐫 𝐇ü𝐬𝐞𝐲𝐧𝐨𝐯𝐚 tərəfindən onlayn formada keçiriləcək.
💡 Təlimdə arzu edən hər kəs iştirak edə bilər.

🗓️ Tarix: 6 iyun
🕙 Saat: 10:00–11:30
🔗 Qoşulma linki: https://teams.microsoft.com/meet/48975865106756?p=PJBfaxXp8rlDhwqDDq
🆔 Görüş ID-si: 489 758 651 067 56
🔑 Giriş kodu: s5on9w7Q
Gəlin birlikdə öyrənək, inkişaf edək və daha güclü gələcək quraq! 💪🏻🚀

🎓 "Huma Quşu" Təhsilə Yardım Fondunun ADA University-də magistr təhsili almaq istəyən tələbələr üçün elan etdiyi 𝐇𝐮𝐦𝐚𝐲ı𝐧...
03/06/2026

🎓 "Huma Quşu" Təhsilə Yardım Fondunun ADA University-də magistr təhsili almaq istəyən tələbələr üçün elan etdiyi 𝐇𝐮𝐦𝐚𝐲ı𝐧 𝐭ə𝐡𝐬𝐢𝐥 𝐀𝐃𝐀𝐬ı təqaüd proqramının qalibləri müəyyən olunub ✅🎉
📄Müsabiqə ilə bağlı müraciət edən 1️⃣4️⃣ nəfərdən 7️⃣ namizəd intervüyə dəvət olunub.
🏆 Fondun Himayəçilik Şurası tərəfindən akademik müvəffəqiyyət göstəriciləri, ərizə üzrə topladıqları bal və intervyu üzrə topladıqları orta bal nəzərə alınaraq 2️⃣ iştirakçı "𝐌ü𝐬𝐚𝐛𝐢𝐪ə 𝐪𝐚𝐥𝐢𝐛𝐢" olub:
1. 𝐒ü𝐫ə𝐲𝐲𝐚 İ𝐬𝐥𝐚𝐦𝐨𝐯𝐚
2. 𝐑ü𝐬𝐭ə𝐦 Ə𝐦𝐢𝐫𝐨𝐯

Qeyd edək ki, Himayəçilik Şurası qərarı ilə cəsarət və inadkarlıqla təhsilini davam etdirdiyinə görə 𝐀𝐲𝐭𝐚𝐜 𝐒ə𝐦ə𝐝𝐨𝐯𝐚 “𝐂ə𝐬𝐚𝐫ə𝐭 𝐪𝐫𝐚𝐧𝐭ı” ilə mükafatlandırılıb. Digər namizəd 𝐀𝐢şə 𝐁əş𝐢𝐫𝐥𝐢 isə İ𝐬𝐭𝐞𝐝𝐚𝐝𝐥ı 𝐆ə𝐧𝐜𝐥ə𝐫𝐢𝐧 Ç𝐨𝐱𝐩𝐢𝐥𝐥ə𝐥𝐢 𝐓ə𝐡𝐬𝐢𝐥𝐢𝐧ə 𝐃ə𝐬𝐭ə𝐤 𝐏𝐫𝐨𝐫𝐪𝐚𝐦ı𝐧𝐚 yönləndirilib və onun təhsilini davam etdirməsi məqsədilə Fond tərəfindən vəsait ayrılıb.
Qaliblərimizi təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzu edirik 🤗

⏳ 𝐒𝐨𝐧 𝟐 𝐡ə𝐟𝐭ə!🎓 𝐇𝐮𝐦𝐚𝐲ı𝐧 "𝐗ə𝐲𝐚𝐥𝐝𝐚𝐧 𝐠𝐞𝐫çə𝐲ə" təqaüd müsabiqəsinə qeydiyyat davam edir! ✨📅 E-ərizələrin son təqdimetmə tari...
02/06/2026

⏳ 𝐒𝐨𝐧 𝟐 𝐡ə𝐟𝐭ə!
🎓 𝐇𝐮𝐦𝐚𝐲ı𝐧 "𝐗ə𝐲𝐚𝐥𝐝𝐚𝐧 𝐠𝐞𝐫çə𝐲ə" təqaüd müsabiqəsinə qeydiyyat davam edir! ✨
📅 E-ərizələrin son təqdimetmə tarixi: 𝟏𝟓 𝐢𝐲𝐮𝐧 𝟐𝟎𝟐𝟔-𝐜ı 𝐢𝐥 🕒
🔗 Ətraflı məlumat və müraciət üçün:
👉 https://humagushu.az/az/newsdetails?id=10081 🌐

Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 👶👧✨Uşaqları qorumaq və müdafiə etmək, onların sadəcə qayğısına q...
01/06/2026

Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 👶👧✨
Uşaqları qorumaq və müdafiə etmək, onların sadəcə qayğısına qalmaq deyil, həm də xəyallarını yaşatmaq, istedadlarını üzə çıxarmaq və onlara bərabər təhsil imkanları yaratmaqdır.

Bütün uşaqların sevgi, sülh və elmlə əhatə olunduğu bir dünya arzusu ilə, bayramınız mübarək! ❤️

Gələcəyi yenidən inşa edən və cəmiyyəti irəliyə aparan yeganə qüvvə təhsildir!İmmanuel Kant deyirdi: “Dünyadakı bütün ya...
31/05/2026

Gələcəyi yenidən inşa edən və cəmiyyəti irəliyə aparan yeganə qüvvə təhsildir!

İmmanuel Kant deyirdi: “Dünyadakı bütün yaxşı şeylər yalnız təhsillə ortaya çıxır.”

"Huma Quşu" Fondu olaraq biz də bu fəlsəfəyə sadiq qalır, gənclərimizin potensialını üzə çıxarmaq və onlara daha aydın sabahlara gedən yolda cığır açmaq üçün çalışırıq. 🕊️✨

"Bir kərə yüksələn bayraq, bir daha enməz!" 🇦🇿1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk d...
28/05/2026

"Bir kərə yüksələn bayraq, bir daha enməz!" 🇦🇿
1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Bayramınız mübarək!

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Huma Quşu Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Huma Quşu Fondu:

Share