Dəstəkçi

Dəstəkçi Məqsədimiz layihəsi olub,lakin layihənin icrası icrası üçün, resuslara ehtiyacı olan şəx

📢3 il avqust tarixində baş tutan,  tərəfdaşı olduğumuz,  Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation  maliyyə...
06/08/2024

📢3 il avqust tarixində baş tutan, tərəfdaşı olduğumuz, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə həyaya keçirilən "Gənclər Dayanıqlı İnkişaf Məqsədləri Naminə" Gənclərin Şəbəkələşmə Forumundan SDG Youth Forum görüntüləri təqdim edirik sizə.

✅ Forumda Dəstəkçi platformasını təmsilən platformanın təsisçisi Etibar Xıdırov iştirak etmişdir. O çıxışında sosial sahibkarlığın dayanıqlı inkişaf məqsədlərinə necə töhvə verməyindən bəhs edib.

Forumun təşkili və dəvəti üçün layihə rəhbəri Hacı Mayılzadəyə təşəkkür edirik

📢 Dəstəkçi - Sosial Sahibkarlıq Platforması və  Dəstəkçi İcma Mərkəzi  olaraq artıq 3-cü Səhər Yeməyi Görüşümüzü elan ed...
12/07/2024

📢 Dəstəkçi - Sosial Sahibkarlıq Platforması və Dəstəkçi İcma Mərkəzi olaraq artıq 3-cü Səhər Yeməyi Görüşümüzü elan edirik.

💎 Fərqli sahələr üzrə sahibkarların və təşkilat nümayəndələrinin bir araya gələcəyi bu səhər yeməyi sizə dadlı təamlardan dadmaqla, yeni insanlar tanıyaraq, öz networking və əməkdaşlıq əlaqələrinizi genişləndirməyə fürsət yaradacaq.

📅 Tarix: 21 iyul (bazar günü), saat 10:00

📍 Məkan: Dəstəkçi İcma Mərkəzi (Nərimanov rayonu, Heydər Əliyev prospekti 95A)

💸 İştirak haqqı: 15 AZN

✅İştirak üçün komment hissəsinə + qoymağınız kifayətdir.

Bu gün partnyoru olduğumuz AIESEC in Azerbaijan  AIESEC Azərbaycanın təşkilatçılığı ilə baş tutan "Networking" karyera s...
30/06/2024

Bu gün partnyoru olduğumuz AIESEC in Azerbaijan AIESEC Azərbaycanın təşkilatçılığı ilə baş tutan "Networking" karyera sərgisində Dəstəkçi - Sosial Sahibkarlıq Platfoması olaraq iştirak etdik.

Sərgidə ziyarətçilərə platformamızın fəaliyyəti, hansı işlər görürük, onlar bizim xidmətlərdən necə faydalana bilərlər bu barədə məlumatlar təqdim etdik.

Belə önəmli tədbiri təşkil etdiyi və bizi də dəvət etdiyi üçün AIESEC Azərbaycana çox təşəkkür edirik!

9 iyun - bazar günü Dəstəkçi İcma Mərkəzimizdə Dəstəkçi İcma Mərkəzi  baş tutan  Sosial Sahibkarın Səhnəsinin ilk qonağı...
12/06/2024

9 iyun - bazar günü Dəstəkçi İcma Mərkəzimizdə Dəstəkçi İcma Mərkəzi baş tutan Sosial Sahibkarın Səhnəsinin ilk qonağı sosial sahibkar, "Danceability Azerbaijan" İnklüziv Rəqs Şirkəti və Təlim Mərkəzinin təsisçisi dəyərli Nigar xanım Sultanova Nigar Sultanova oldu.

Tədbirdə Nigar xanım, sosial sahibkarlıq ilə bağlı 2017-ci ildən başlayan bu yola o necə başladı, onu sosial sahibkar olmağa nə təşviq və motivasiya etdi, rəqs və inklüzivliyi bir araya gətirən Danceability metodu necə tanış oldu və öz sosial biznesini necə qurdu, qurduqdan sonra yaşadığı çətinliklərin üstəsindən uğurlu şəkildə necə gəldiyini iştirakçılarla bölüşdü.

Dəyərli vaxtını ayırıb və öz qiymətli təcrübələrini bizimlə bölüşdüyü üçün Nigar xanıma çox təşəkkür edirik 🙏🤗

11/06/2024

9 iyun - bazar günü icma mərkəzimizdə Dəstəkçi İcma Mərkəzi növbəti səhər yeməyi görüşü baş tutdu.

Görüşdə müxtəlif sahə və istiqamətlər üzrə fəaliyyət göstərən şirkət və təşkilatları təmsil edən sahibkar və rəhbər şəxslər iştirak edirdi.

Dəstəkçi Səhər Yeməyi görüşlərinin məqsədi sosial sahə və digər biznes sahələri üzrə şəxsləri bir araya gətirərək onlar arasında şəbəkələşmə əlaqələrinin artırılmasına şərait yaratmaq və xoş bir zaman keçirməkdir.

Bazar günü öz dəyərli vaxtlarını ayırıb görüşə gələn bütün qonaqlara çox təşəkkür edirik 🙏😊

Sosial sahibkarlığa necə və hardan başlaya bilərəm? 🤔Əgər sən də bu sualı özünə verirsənsə onda doğru zaman və yerdəsən....
04/06/2024

Sosial sahibkarlığa necə və hardan başlaya bilərəm? 🤔

Əgər sən də bu sualı özünə verirsənsə onda doğru zaman və yerdəsən. 🤫

Son illərin ölkəmizdə populyarlıq qazanmağa başlayan, yeni nəsil sahibkarlıq adlandırılan, sosial sahibkarlıq sahəsində karyera qurmaq istəyirsənsə mənim təqdimatında baş tutacaq bu təlimdən öyrənəcəyin çox şey olacaq.

Bu təlimdə öyrəcəksiniz:

✔️ Sosial sahibkarlıq nədir
✔️ Sosial sahibkarlığa hardan və necə başlamaq olar
✔️ Sosial sahibkar kimdir
✔️ Sosial sahibkarın sahib olmalı olduğu əsas bacarıqlar
✔️ Sosial sahibkarlıqda problemin müəyyən edilməsi yol və metodları
✔️ Azərbaycanda sosial sahibkarlıq üzrə mövcud vəziyyət və potensial imkanlar
✔️ Öz sosial sahibkarlıq ideyanız ilə bağlı fərdi yanaşma və tövsiyələr

Təlimdən əldə edəcəksiniz:

✅Sosial sahibkarlığa başlamaq üçün aydın bir yol xəritəsi
✅Təlimdə iştiraka dair rəsmi sertifikat
✅Fərqli sahələrdən yeni insanlarla şəbəkələşmə - Networking
✅Şipşirin şirniyyatlarla coffee break

🤵 Təlimçi haqqında:

Etibar Xıdırov - sosial sahibkarlıq və kraudfandinq üzrə təlimçi və mentor,
“Dəstəkçi” - Sosial Sahibkarlıq Platforması və Dəstəkçi İcma Mərkəzinin təsisçisi,

4 ilə yaxındır sosial sahibkarlıq və kraudfandinq istiqamətində təcrübəyə sahibdir

Xəzər Universiteti, İqtisadiyyat və menecment fakültəsi məzunudur.

Uğurları:
· British Council, “Creative Spark Big İdea Challenge 2022” People Choice Country Winner (Dəstəkçi platforması üzrə)
· ESN Azerbaijan, Visegrad Fund – Digiuth platform – Winner Trainer on Social Entrepreneurship

📅Tarix: 9 iyun (bazar günü), saat 12:00 - 14:00

📍Ünvan: Dəstəkçi İcma Mərkəzi (Nərimanov,Heydər Əliyev prospekti 95A)

💸Təlimdə iştirak haqqı 10 AZN -dir.

İştirak üçün qeydiyyat linki
https://forms.gle/fpTTPZRUJvb93TND9

Qeydiyyat üçün son tarix: 7 iyun

Salamlar əziz dostlar, Qısa bir müddətdən sonra  yenidən sizlərlə faydalı kontentləri bölüşməyə davam edirik. Bu günki m...
29/11/2023

Salamlar əziz dostlar,
Qısa bir müddətdən sonra yenidən sizlərlə faydalı kontentləri bölüşməyə davam edirik.
Bu günki mövzumuz sosial və ekoloji problemlərin həllində aktiv rol oynayan iki fərqli müəssisənin QHT və sosial sahibkarlığın fərqlərinə baxacağıq.

Əziz dostlar, sizə 11 oktyabrda baş tutan "Korporativ Sosial Satınalmalar Sərgisi"-ın növbəti şəkillərini təqdim edirik😊...
18/10/2023

Əziz dostlar, sizə 11 oktyabrda baş tutan "Korporativ Sosial Satınalmalar Sərgisi"-ın növbəti şəkillərini təqdim edirik😊

🎯Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, orqanik, etik , aqroturizm məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor, orta və böyük biznesləri arasında əməkdaşlığın qurulmasını təşviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.

📌Sərgidə ümumilikdə 40-a yaxın sosial sahibkarlıq, eko-orqanik məhsul istehsalçıları öz məhsullarını nümayiş etdirib. Sərgidə 200-ə yaxın ziyarətçi iştirak edib.

✅11 oktyabr 2023-cü il tarixində  "Dəstəkçi" - Sosial Sahibkarlıq Platforması və Education Hub ilə əməkdaşlıq çərçivəsin...
17/10/2023

✅11 oktyabr 2023-cü il tarixində "Dəstəkçi" - Sosial Sahibkarlıq Platforması və Education Hub ilə əməkdaşlıq çərçivəsində “Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi”ni həyata keçirilib

Dəstəkçi platforması olaraq 2022-ci ilk dəfə "1-ci Korporativ Sosial Satınalmalar Sərgisini" təşkil etməklə ölkədə "Korporativ Sosial Satınalma" yanaşmasının və bu tip sərgilərin əsasını qoydu. Və bu ilki sərgi artıq platformanın təşkilatçılığı ilə keçirilən sayca ikinci sərgidir.

🎯Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, orqanik, etik , aqroturizm məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor, orta və böyük biznesləri arasında əməkdaşlığın qurulmasını təşviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.

➡️Sərgi iki istiqamətdə keçirilib. Rəsmi hissədə sərginin açılışı olub və dəvət olunmuş qonaqlar çıxış ediblər.

⭕Açılış nitqi ilə "Dəstəkçi" - Sosial Sahibkarlıq Platformasının təsisçisi Etibar Xıdırov çıxış edib: “Dəstəkçi platforması olaraq ölkəyə ilk dəfə "Korporativ Sosial Satınalmalar" yanaşmasını gətirdiyimiz üçün və artıq sayca bununla bağlı ikinci sərginin təşkil etməyimizlə fəxr edirik".

🔺️Sonra forum qeyri-rəsmi hissə ilə davam edib. Bu hissədə sərgi hamı üçün açıq elan edilib, sosial sahibkarlar və aqroturizm müəssisələri korporativlərlə görüşmək imkanı əldə ediblər. Bundan əlavə, təlimçi Orxan Çobanzadə tərəfindən sosial sahibkarlara effektiv satış mövzusunda bacarıqların artırılması mövzusunda ustad dərsləri təşkil olunub.

📌Ümumilikdə 40-a yaxın sosial sahibkarlıq, eko-orqanik məhsul istehsalçıları öz məhsullarını nümayiş etdirib. Sərgidə 200-ə yaxın ziyarətçi iştirak edib.

📎Sərgidə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə KOBİA və PAŞA Bank-a təşəkkür edirik.

Əziz dostlar, sizə böyük məmnuniyyətlə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisinin" Tərəfdaşı olan "GUYS Gr...
27/09/2023

Əziz dostlar, sizə böyük məmnuniyyətlə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisinin" Tərəfdaşı olan "GUYS Group" -u təqdim edirik.

"GUYS Group" GUYS Group 10 kommersiya və qeyri-kommersiya təşkilatını özündə birləşdirən xidmətlər zənciridir.

A-dan - Z-yə bir çox xidmətləri sizlərə təqdim etməyə resursumuz, təcrübəmiz və ən əsası kifayət qədər peşəkar kadr bazamız mövcuddur.

GUYS Group-a daxil olan təşkilatların fəaliyyəti birbaşa xidmət və tədris olaraq 2 yerə bölünür. İstiqamətlərimiz👇🏻

☑️ Hüquq üzrə xidmətlər və tədrisi;
☑️ İqtisadiyyat üzrə xidmətlər və tədrisi;
☑️ İT üzrə xidmətlər və tədrisi;
☑️ Dizayn üzrə xidmətlər və tədrisi;
☑️ SƏTƏM üzrə xidmətlər və tədrisi;
☑️ Xaricdə təhsil üzrə xidmətlər və hazırlıq;
☑️ Təlim və məsləhət xidmətləri;
☑️ Tədbirlərin təşkili və idarəolunması;
☑️ HR üzrə xidmətlər və tədrisi;
☑️ Ümumi marketinq üzrə xidmətlər və tədrisi;
☑️ Təchizat;
☑️ Bütün növ elmi işlərin hazırlanması və s.

"Dəstəkçi" platforması və Education Hub olaraq "GUYS Group" şirkətinə "Korporativ Satınalmalar Sərgisi"-in tərəfdaşı olduğu və dəstəyi üçün öz təşəkkürümüzü bildiririk 🙏😊

Sərgi haqqında ətraflı məlumat və qeydiyyat üçün komment hissəsinə SƏRGİ yazmağınız kifayətdir.

Əziz dostlar, sizə böyük məmnuniyyətlə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisinin" Tərəfdaşı olan "Cığır" ...
26/09/2023

Əziz dostlar, sizə böyük məmnuniyyətlə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisinin" Tərəfdaşı olan "Cığır" İctimai Birliyini təqdim edirik Cığır Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin vizyonu “mərhəmət” dəyəri olmasından çıxış edərək, sosial rifahın tərəqqisi naminə sosial sahibkarlığın inkişafında, xüsusən, gənc nəslin bu istiqamətdə yetişdirilməsində özlərini məsul görür və inkişaf müstəvisini genişləndirməyə cəhd göstərir.

"Dəstəkçi" platforması və Education Hub olaraq "Cığır" İctimai Birliyinə "Korporativ Satınalmalar Sərgisi"-in tərəfdaşı olduğu və dəstəyi üçün öz təşəkkürümüzü bildiririk 🙏😊

Sərgi haqqında ətraflı məlumat və qeydiyyat üçün komment hissəsinə SƏRGİ yazmağınız kifayətdir.

Əziz dostlar, sizə böyük məmnuniyyətlə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisinin" Media Tərəfdaşı olan " ...
21/09/2023

Əziz dostlar, sizə böyük məmnuniyyətlə "Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisinin" Media Tərəfdaşı olan " " Media şirkətini təqdim edirik.

" " Media şirkəti 2022-ci ildə təsis edilib və müxtəlif marketinq, PR, SMM, video və fotoçəkiliş, o cümlədən müxtəlif reklam işlərini həyata keçirir.

Şirkətin əsas məqsədi sifarişçi şirkətlərə yüksək keyfiyyətli və peşəkar xidmət və ya məhsulla təmin edərək uzunmüddətli tərəfdaşlıq əlaqələrini qorumaqdır. Yeni şirkət olmasına baxmayaraq ixtisaslı və təcrübəli mütəxəssislərin sayəsində dəyər, keyfiyyət, etibarlılıq və səmərəlilik arasında balansı qoruyub saxlamaq və partnyorlarını tam və vaxtında cavab verən bir xidmət və ya məhsulla təmin etməklə fəaliyyət göstərir.

"Dəstəkçi" platforması və Education HUB olaraq "Adalia" Media şirkətinə "Korporativ Satınalmalar Sərgisi"-in tərəfdaşı olduğu və dəstəyi üçün öz təşəkkürümüzü bildiririk 🙏😊

Sərgi haqqında ətraflı məlumat və qeydiyyat üçün komment hissəsinə SƏRGİ yazmağınız kifayətdir.

Address

Baku
AZ-0100

Alerts

Be the first to know and let us send you an email when Dəstəkçi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dəstəkçi:

Share