11/10/2022
Yaxşı qız dözmək üçün böyüdülür. Çətinlikləri, onu bədbəxt edən problemləri haqqında danışmamağı, onlar haqqında "bu həyatdır, hamı elə yaşayır" düşünməyi vadar edilərək susdurulur. "Yaxşı" qız dözməyə o qədər vərdiş edir ki, bu, onun ikinci təbiətinə, həyat tərzinə çevrilir - hətta olmayan yerdə də əzab tapmaq və tədricən bu əzabları həyatın reallığı kimi baxmağı öyrənir.
Yaxşı uşaqlara sahib olmaq böyüklər üçün çox əlverişlidir. Pəncərələrdə düzülmüş dibçəklər kimi yaxşı uşaqlar gözləri sevindirir. Ancaq həyatda başqaları üçün "yaxşı" olmaq, təəssüf ki, hər zaman fayda gətirmir. Sonra uzun müddət və səylə "yaxşılıqdan" qurtulmaq zorunda qalırlar. Buna görə qoy qızlar "tərlik kimi rahat" olmasınlar başqaları üçün. Əksinə, cəsarətli, öz istəklərini, ehtiyaclarını və şəxsi sərhədlərini bilən, özləri üçün ayağa qalxa bilən şəxslər olsunlar. Müəllimlərin gözünün içinə baxmasınlar, özlərini qiymətləndirməyə öyrənsinlər. Lazım gələrsə, kobudluq edib, cavab verməyi bacarsınlar. "Yaxşı" olmasınlar. Xoşbəxt olsunlar...
Qız Uşağı Günü münasibəti ilə hazırladığımız materialı sizlərlə bölüşürük. Bizim reallığı əks etdirirmi?