18/09/2025
📍 Azərbaycanda artıq 16 ildir keçirilən “Xəzəri Qoruyaq!” genişmiqyaslı ekoloji kampaniyası sentyabrın 20-də Bakının Bilgəh çimərliyində yekunlaşacaq. 🙌🏻
🎯 Tərəfdaşların dəstəyi ilə keçirilən kampaniya çərçivəsində iştirakçılar sentyabrın 1-dən 20-nə qədər Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Siyəzən, Sumqayıt çimərliklərini ümumilikdə 1650 kq tullantıdan təmizləyiblər. 🚮
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə ilə keçirilən kampaniya müddətində toplanan tullantılar çeşidlənərək təkrar emala göndərilir. ♻
📌 “EcoHub” ictimai birliyinin təşkilatçısı olduğu aksiyanın əsas tərəfdaşları Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)", “Carlsberg Azerbaijan”, "Azərbaycan Dövlət Reklam Agentliyi", “McDonald's” şirkətləridir.
Aksiyaya dəstək olan digər tərəfdaşlar isə Global Media Group, “PwC Azərbaycan”, Təmiz Şəhər, Port of Baku, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Yaşıl ASAN, Freken Bok, "ABŞ Təhsilli Azərbaycan Məzunları" ictimai birliyi, AmCham Azerbaijan, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Global Management, Global Shapers Shamakhi Hub, Liv Bona Dea Hospital, Smile və Azərbaycan Jurnalistlər Şəbəkəsidir.
📢 Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatında Azərbaycan “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 16 ildir ki, iştirak edir. ❤️